Ağdamda açıq ərazidə yanğın davam edir YENİLƏNİB 2 VİDEO
Ağdam, 22 iyul, AZƏRTAC
Ağdam rayonunun Sarıcalı kəndi ərazisində baş verən yanğın hələ də davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanğın minalı əraziləri də əhatə etdiyindən partlayış səsləri eşidilir.
20:10
Ağdam rayonunda açıq ərazidə baş verən yanğın davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanğının ətraf ərazilərə yayılmaması və söndürülməsi istiqamətində tədbirlər həyata keçirilir, o cümlədən cəlb olunmuş əlavə texnikanın köməyi ilə küləyin istiqaməti üzrə ətraf sahələrin şumlanması həyata keçirilir.
18:47
Ağdam rayonunun işğaldan azad olunmuş Sarıcalı kəndi yaxınlığında açıq ərazidə yanğın baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Müxbir - Tahir Ağaməmmədov