Sabah ölkənin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq
Bakı, 12 avqust, AZƏRTAC
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 13-də ölkənin bir sıra rayonlarında 10 kV-luq hava elektrik verilişi xətlərində təmir işləri aparılacaq.
“Azərişıq” ASC-dən AZƏRTAC-a bildirilib ki, Ağdaş Elektrik Şəbəkəsinə (EŞ) daxil olan Yuxarı Zeynəddin kəndi və şəhər ərazisində yerləşən Səməd Vurğun, Arif Heydərov, Ağalı, Fariz Səfərov, Müşfiq İsayev küçələrinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Göyçay EŞ-nin xidməti ərazisində yerləşən şəhərin Məhəmməd Əmin Rəsulzadə, Məhəmmədhüseyn Şəhriyar və Nizami Gəncəvi küçələrində saat 10:00-dan 15:00-dək enerjinin verilişi dayandırılacaq.
Planlı fasilə saat 10:00-dan 16:00-dək Yevlaxın Aşağı Bucaq, Ərəş, Xaldan, Qaraoğlan, Qəribli, Quşçu, Yuxarı Bucaq kəndlərinin bəzi ərazilərini əhatə edəcək.
Görülən işlər yekunlaşdıqdan sonra adıçəkilən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.08.2026 [18:43]
Gömrük orqanına bəyan edilməyən 17 ədəd mobil telefon aşkarlanıb
- 13.08.2026 [17:24]
® “Expressbank” ASC tender elan edir – notbuk alışı
- 13.08.2026 [17:21]
Qlobal təmiz enerji texnologiyaları bazarı 1,1 trilyon dolları keçib
- 13.08.2026 [16:29]
“Petkim”in baş direktoru: Türkiyə neft-kimya sahəsində üstünlüklərə malikdir
- 13.08.2026 [16:18]
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda göndərilib VİDEO
- 13.08.2026 [15:56]