Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sahib Məmmədov: Natəvanın şeirlərinin hər bir sətri onun həyatının təzahürüdür

Sahib Məmmədov: Natəvanın şeirlərinin hər bir sətri onun həyatının təzahürüdür

Bakı, 13 avqust, AZƏRTAC

AZƏRTAC Xurşidbanu Natəvana həsr etdiyi söhbətlər silsiləsini Azərbaycan, Rusiya və Şimali Amerika Yazıçılar birliklərinin, Beynəlmiləl Yazıçılar İttifaqının üzvü, bir çox nüfuzlu ədəbi mükafatların, fəxri adların sahibi, çoxsaylı beynəlxalq poeziya müsabiqələrinin laureatı Sahib Məmmədovla davam etdirir. O, Natəvan yaradıcılığının günümüzdə də aktual olmasının və oxucular tərəfindən maraqla qarşılanmasının səbəblərindən bəhs edir.

Agentliyin həmsöhbəti deyir: “Əminəm ki, əsl poeziyanın son istifadə tarixi yoxdur. Onilliklər və əsrlər keçir, dövrlər, texnologiyalar və həyat tərzləri dəyişir, amma insan qəlbi əvvəlki kimi qalır. O, hələ də sevir, kədərlənir, ümid edir və həyatın mənasını axtarır. Buna görə də Natəvanın şeirləri bu gün də geniş rezonans doğurmağa davam edir.

İnanıram ki, Natəvan poeziyasının sirri məhz onun səmimiyyətindədir. O, heç vaxt gözəl sözlər naminə yazmayıb. Hər sətri onun yaşadığı ömrün təzahürüdür. Şairənin həyatında sevgi, xoşbəxtlik, çətin sınaqlar, oğlunun itkisi və dərin şəxsi təcrübələr olub. Bütün bu yaşananlar poeziyaya çevrilib. Onun şeirlərini oxuyanda, sanki müəlliflə oxucu arasındakı təxminən ikiəsrlik dövrün yox olduğunu hiss edirsən”.

Şair deyir ki, Natəvanın şəxsiyyəti də ona ilham verir. O vurğulayır: “Bir neçə ölçüdə bu qədər əlamətdar özünüdərk edən insanlara rast gəlmək çox nadir haldır. Natəvan şairə, xeyriyyəçi, ictimai xadim, incəsənətin hamisi və ədəbi salonun aparıcısı idi. O, yaradıcılığında özünə qapanmamış, əksinə başqalarının yazıb-yaratması üçün şərait yaratmışdır. Bu, bəlkə də mədəniyyətə xidmətin ən yüksək formasıdır.

Məni xüsusilə yaxın olan bir fikir var. Əsl sənətkar özündən sonra təkcə əsərlərini deyil, həm də yeni sənətin yarandığı bir məkan qoyur. Onun yaratdığı “Məclisi-Üns” məhz belə məkana çevrildi. Orada insanlar görüşür, fikir mübadiləsi aparır, müzakirə edir və bir-birlərinə ilham verirdilər. İnanıram ki, hər bir yaradıcı insan incəsənətin monoloqa deyil, canlı söhbətə çevrildiyi ab-havada olmağı arzulayır”.

Sahib Məmmədov hesab edir ki, Məhz bu səbəbdən Natəvanın yaradıcılığı günümüzdə də ilham mənbəyi olmaqda davam edir.

O, bununla bağlı fikirlərini bölüşür: “Natəvan bizə xatırladır ki, yaradıcılıq populyarlıq dalınca qaçmaq və ya adınızı tarixdə qoymaq istəyi deyil. Bu, hər şeydən əvvəl, səmimi söhbətdir. Əgər sözləriniz bir ürəyi belə isidə bilirsə, deməli, ömür hədər yerə yaşanmayıb.

Mənim üçün çox vacib olan başqa bir fikir də var. Bu gün biz sosial media dövründə yaşayırıq, burada hər gün minlərlə mətn, foto və video yaradılır. Məlumatlar artır, amma real məzmun bəzən azalır. Bu fonda Natəvanın yaradıcılığı xüsusilə dəyərlidir və bizə xatırladır ki, sənət sürətdən deyil, dərinlikdən yaranır. Poeziya kiminsə xoşuna gəlmək istəyindən deyil, daxili dürüstlükdən qidalanır.

Fikrimcə, buna görə də Natəvan müasir şəxsiyyət olaraq qalır. Formalar dəyişir, amma insanlar dəyişmir. İnsanlar hiss etməyə, sevməyə, əzab çəkməyə və şəfqət göstərməyə qadir olduqları müddətcə Natəvanın poeziyası yaşayacaq və yaradıcı insanların yeni nəsillərinə ilham verəcək”.

Natəvanın hansı şeirlərinin onun qəlbinə xüsusilə yaxın olduğu barədə mülahizələrini söyləyən müsahibimiz etiraf edir ki, onun təkcə bir əsərini ayırd etmək çətindir: “Natəvanı nə qədər çox tanısanız, bir o qədər aydın şəkildə anlayırsınız ki, şairənin poeziyası onun taleyi ilə ayrılmaz şəkildə bağlıdır. Hər şeir sadəcə XIX əsrin gözəl sətirləri deyil, həm də onun həyatındakı müəyyən bir dövrün, çəkdiyi ağrıların, təcrübələrinin və daxili dünyasının təzahürüdür. Buna görə də bütün bu lirizmin arxasındakı şəxsiyyətə baxmaq mənim üçün daha maraqlıdır.

Əgər ruhda ən dərin iz buraxan əsərdən danışırıqsa, bu, yəqin ki, “Ağlaram” əsəridir. Bilirsiniz, bu qəzəldə qəlbləri fəth edən məhz səmimi hisslərdir. Reallıqda olduğunuzdan daha güclü görünmək cəhdi, zəifliyinizi gizlətmək istəyi yoxdur. Yalnız sirayətedici, açıq səmimiyyət var. Mənə elə gəlir ki, həm özünə, həm də oxucuya qarşı məhz bu dürüstlük onun poeziyasını ölməz edir”.

Şairin sözlərinə görə, onda tez-tez belə bir qənaət yaranır ki, Natəvanın ən böyük əsəri onun poeziyasının məhsulu deyil, bütün həyatıdır.

“Onun ədəbi dərnəyi olan “Məclisi-Üns”, Şuşadakı su təchizatı, gənc istedadlara dəstəyi, hətta Aleksandr Düma ilə məşhur şahmat oyunu - bütün bunlar bir araya gələrək heyrətamiz bir həyat hekayəsi yaradır.

Bu səbəbdən onun sətirlərini oxuyanda, eşitdiyin sadəcə şair səsi deyil. Qarşımda həyatda çətin sınaqlara dözən, yaxınlarını itirən, lakin cəsarətli qalan və yaxşılıq etməyə davam edən böyük ürəkli və inanılmaz ləyaqətli bir insan görürəm.

Mənə elə gəlir ki, Natəvanın hər birimiz üçün verdiyi ən böyük dərs məhz bu keyfiyyətləri ehtiva edir. İstedad özü sadəcə bir hədiyyədir və insanın böyük olması anlamı daşımır. İnsanı böyük edən onun qəlbi və əməlləridir. Buna görə də təxminən iki əsr sonra Natəvan haqqında keçmişdə qalmış tarixi şəxsiyyət kimi deyil, bizə çox yaxın, hələ də empatiya qura və ilham verə bilən insan kimi danışırıq”, - deyə S. Məmmədov sözlərini yekunlaşdırır.

Müəllif – Anara Axundova

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Bild”: Almaniyada DHL mərkəzində civə izləri olan bağlamalar aşkarlanıb

İran ABŞ ilə yalnız öz şərtləri əsasında danışıqlar aparacaq

ABŞ qüvvələri Qrenlandiyanın hava məkanına və ərazi sularına sərbəst giriş əldə edəcək

Azərbaycan qazının Bolqarıstana tədarükünün genişləndirilməsi müzakirə olunub

Almaniyada ABŞ-yə məxsus F-16 qırıcısı qəzaya uğrayıb

Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlıq münasibətləri nəzərdən keçirilib

Ceyhun Bayramov ukraynalı həmkarı ilə geosiyasi proseslər barədə fikir mübadiləsi aparıb

Azərbaycan və Sinqapur arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var

Azərbaycan və Kolumbiya arasında viza tələbinin qarşılıqlı ləğvi barədə saziş imzalanıb

Ceyhun Bayramov macarıstanlı həmkarı ilə iki ölkə arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıb

Azərbaycan və Banqladeş arasında viza tələblərinin aradan qaldırılması haqqında saziş imzalanıb

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının prezidenti ilə görüşüb

Azərbaycan və İran XİN rəhbərləri regional prosesləri müzakirə ediblər

Tramp: ABŞ Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi imkanlarını araşdırır

Şəki və Qaxda antiterror əməliyyatı zamanı şəhid olanların xatirəsi anılıb

Zelenski: ABŞ Prezidentinin köməyi ilə qışa qədər müharibə başa çata bilər

Tramp: Putin və Zelenski müharibənin başa çatmasını istəyirlər

Tramp Marko Rubionu rəsmi olaraq milli təhlükəsizlik müşaviri vəzifəsinə təsdiqləyib

Naxçıvanda avtomobil piyadaları vurub

ABŞ Prezidenti: İranla görüş çox yaxşı keçdi

Azərbaycan və Çex Respublikası Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb

Nazir müavini Yalçın Rəfiyev BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində bir sıra tədbirdə iştirak edib

Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda Cammu və Kəşmir üzrə Kontakt Qrupunun iclasında çıxış edib

Azərbaycanın daha iki veteran cüdoçusu qızıl medal qazanıb

Azərbaycan-İsveçrə münasibətlərinin perspektivləri müzakirə edilib

“Qarabağın paleolit abidələri müasir tədqiqatlarda” mövzusunda məruzə dinlənilib

Tədqiqatçı: Alban kilsə tikililərində belə yazılara rast gəlinmir

Babək rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişi dayandırılacaq

Azərbaycan və Cibuti xarici işlər nazirləri Nyu-Yorkda müzakirələr aparıb

Şəhid jurnalistlərin xatirəsinə həsr edilən ənənəvi minifutbol turnirinin püşkü atılıb

Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinə bilet alanlara müraciət olunub

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

Azərbaycan millisinin futbolçusu: Tacikistanla oyuna ciddi hazırlaşmışıq

Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir

Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır

Rəcəb Tayyib Ərdoğan: Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasını arzulayırıq

UNEC-də 27 Sentyabr – Anım Gününə həsr olunan tədbir keçirilib

Donald Tramp Danimarka və Qrenlandiya rəhbərləri ilə təhlükəsizlik sazişi imzalayıb

Bu saata olan əsas xəbərlər  

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

Bakıda yerləşən ali təhsil müəssisələrində bu həftə tədris distant təşkil olunacaq

Cavad Cavadlının 100 illiyinə həsr edilmiş kitabın təqdimatı olub

“Yeni qala” konsert kompleksinin açılışı olub

Ayxan Abbasov: Bu hazırlığımızı qarşıdakı üç oyun üzərində quracağıq

BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var

Antonio Quterreş Yaxın Şərqdə atəşkəsə və humanitar yardımları bərpa etməyə çağırıb

Tramp Beynəlxalq Cinayət Məhkəməsinə üzv ölkələri qurumdan rəsmən çıxmağa çağırıb

Voleybol üzrə Azərbaycan çempionatlarının təqribi start tarixi bəlli olub

İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib

ABŞ Prezidenti: Ukrayna müharibəsi düşündüyümüzdən daha tez başa çatacaq

Doğma yurda qayıdan Kərkicahan sakini: Bu gün bizim ən xoş günümüzdür

Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reysləri dayandırılır

Kişi qiyafəsinə girərək məşq edən əfqanıstanlı velosipedçi qadın Asiya Oyunlarında medal qazanıb

Tramp: ABŞ və Venesuela dünya neftinin 60 faizindən çoxuna sahibdir

Donald Tramp: Azərbaycan Prezidenti bildirdi ki, 6 ayda möcüzə yaratmışam

Fərid Hüseyn: Nizami Gəncəvi və Seyid Yəhya Bakuvi irsi hər nəsil üçün yeni düşüncə imkanları yaradır

ABŞ Prezidenti: İranın nüvə silahına sahib olmasına heç vaxt icazə verməyəcəyəm

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının açılışında iştirak edib

Formula 1 Azərbaycan Qran-Prisinə son 2 gün: Bakı sürət yarışına hazırdır VİDEO

Formula 1 Azərbaycan Qran-Prisinə son 2 gün: Bakı sürət yarışına hazırdır VİDEO

Azərbaycanın innovasiya və startap ekosistemi Daşkənddə təqdim olunacaq

Tramp: Amerika geri qayıdıb və əvvəlkindən daha güclüdür

Azərbaycan XİN: Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”nin nəticələrini tanımırıq

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Mətanət Rzazadə ilə MÜSAHİBƏ VİDEO

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Mətanət Rzazadə ilə MÜSAHİBƏ VİDEO

Fransa və ABŞ Hörmüz boğazına dair qətnamə hazırlayır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Müşavirə dağ-mədən və metallurgiya sektoruna dövlət dəstəyinin artırılmasına imkan verəcək - ŞƏRH

Minsk qrupunun sonunu gətirən “silah” – TƏHLİL

Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK

Londonda Formula 1 azarkeşləri Azərbaycan Qran-Prisi barədə nə düşünürlər?  VİDEO

Londonda Formula 1 azarkeşləri Azərbaycan Qran-Prisi barədə nə düşünürlər?  VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin açılış mərasimi olub VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin açılış mərasimi olub VİDEO

BMT-nin Baş katibi: Afrikanın daimi təmsil olunmadığı Təhlükəsizlik Şurası ədalətsizdir

Quterreş: Şəbəkələşmiş gələcəyin qurulması super dövlətlərin müəyyən hədlərin mövcudluğunu qəbul etməsi ilə başlayır

IMO nümayəndəsi: Mülki gəmilərə hücumlar səbəbindən Qara dənizdə gəmiçilik demək olar dayanıb

Regionların inkişafı davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir - ŞƏRH

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı təhsil sistemi üçün yeni kadr gündəliyi formalaşdırır – ŞƏRH

Bir zamanlar ekranda heyranlıqla izlədiyi döyüşçülər kimi oldu - 19 yaşlı şəhid Seymur Əzizalıyev

® “Samsung Micro RGB”: yeni nəsil arxa işıqlandırma texnologiyası nə verir?

Tacikistan yığmasının baş məşqçisi: Bizi Azərbaycan millisi ilə maraqlı oyun gözləyir

Azərbaycan və Malayziya mərkəzi bankları mühasibat uçotu təcrübələrini bölüşüb

Azərbaycan ilə Almaniya enerji əməkdaşlığının genişləndirilməsini dəyərləndirib

Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Süni intellekt müəllimin köməkçisi ola bilərmi?

Qafqaz Albaniyasının xristian irsi Azərbaycanın qədim dövlətçilik tarixinin ayrılmaz hissəsidir ŞƏRH

“ADEX-2026” sərgisində iştirak edəcək ölkələrin və şirkətlərin sayı artıb

III Beynəlxalq Opera Festivalı çərçivəsində konsertlər davam edir

Azərbaycan və Gürcüstanın regionları arasında əməkdaşlığın genişləndirilməsi imkanları araşdırılır

Moldova hökuməti Dnestr çayının dayazlaşması ilə əlaqədar fövqəladə vəziyyətin tətbiqini təsdiqləyib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyə nümayəndə heyəti ilə görüşüb

BMT ekspertləri süni intellekt üzərində nəzarətin itirilməsi barədə xəbərdarlıq ediblər

Deputat: Azərbaycana qarşı aparılan kampaniyanın dirijoru Ermənistan hakimiyyətidir

“Mançester Yunayted”in sabiq futbolçusu Rusiya klubları ilə danışıqlar aparır

Böyük Zəfərin əbədi qəhrəmanları - Ədəbiyyat Muzeyində elmi seminar

AXA sədri Ağcabədidə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Vənglidə görmədiyiniz məkanlar – Xaçınçayın sahilindən REPORTAJ VİDEO

Vənglidə görmədiyiniz məkanlar – Xaçınçayın sahilindən REPORTAJ VİDEO

Avropada qazın qiyməti 3 həftənin minimumuna enib

“ASAN xidmət”in Kambocada tətbiqi ilə bağlı işlər sürətləndirilir

Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb

“Gümüşü Dost”: Yaşlıların təcrübəsi könüllülükdə VİDEO

“Gümüşü Dost”: Yaşlıların təcrübəsi könüllülükdə VİDEO

Qafqaz Albaniyasının heykəltaraşlıq nümunələri: ideya və inancların simvolu