Azərbaycan Dövlət İnformasiya Agentliyi

Məşhur rejissorların teatr premyeraları və əfsanəvi tamaşaları Bakıda nümayiş olunacaq

Bakı, 13 avqust, AZƏRTAC

Oktyabrın 28-dən noyabrın 8-dək Bakı yenidən dünya incəsənətinin mərkəzinə çevriləcək.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın paytaxtı Bakı Beynəlxalq İncəsənət Festivalına (BIAF) ev sahibliyi edəcək. 2025-ci ildən bəri keçirilən genişmiqyaslı, multidisiplinar festival müasir dünya səhnəsinin əsas simalarını, o cümlədən rəssamları, xoreoqrafları, rəqqasları, musiqiçiləri, tanınmış ifaçıları və rejissorları bir araya gətirəcək.

Festivalın teatr proqramı Lev Dodinin Anton Çexovun eyniadlı pyesi əsasında hazırladığı və böyük rəğbət qazanan “Qağayı” tamaşasının nümayişi ilə açılacaq. Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən “Malıy” Dram Teatrının – Avropa Teatrının bu yaxınlarda baş tutmuş, nüfuzlu “Qızıl Sofit” və “Qızıl Maska” mükafatlarına layiq görülmüş premyerasını oktyabrın 29 və 30-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində izləmək mümkün olacaq.

Görkəmli rejissor uzun illərdir Çexov dramaturgiyasına müraciət edir. Tamaşa klassik əsərin daha dərin və özünəməxsus təfsiridir. Tamaşada Çexovun sənət və həyat haqqında fəlsəfi düşüncələri əsərin dramaturji quruluşuna üzvi şəkildə daxil edilir.

Dodinin növbəti Çexov dünyasını yaratdığı aktyor ansamblı da möhtəşəmdir: İqor Çerneviç – Triqorin, Yelizaveta Boyarskaya – mürəkkəb, təsirli və qeyri-adi Arkadina, Sergey Kurışev – Sorin, Anna Zavtur – Zareçnaya, Yevgeni Zayfrid – Treplev, Oleq Ryazantsev – Medvedenko, Polina Sevastyanixina – Maşa obrazında çıxış edəcəklər. Müasir səhnənin ən görkəmli rəssamlarından biri olan Aleksandr Borovskinin metaforik səhnə tərtibatı – səhnə-göl obrazı və yırğalanan qayıqlar – Çexovun varlığın kövrəkliyi haqqında düşüncəsini təcəssüm etdirir. Dodinin sözlərinə görə, onun “Qağayı” tamaşası, xüsusilə də, sənət adamlarına və sənətdəki həyata həsr olunub: “Birdən-birə söhbətin sənətkarlardan – həyatı xüsusilə həssaslıqla duyan, ona özünəməxsus şəkildə və hər dəfə, deyərdim ki, bütün varlığı ilə reaksiya verən insanlardan getməsi önəm qazandı. Əslində, bu tamaşa daha çox özümüz haqqındadır – bu gün düşündüklərimiz, qarşılaşdığımız suallar, məsuliyyətimiz və məsuliyyətsizliyimiz haqqında”.

“Qağayı” tamaşasının nümayişlərindən dərhal sonra elə həmin səhnədə festivalın tamaşaçıları dünya ədəbiyyatı klassikasının daha bir fərqli yozumunu izləyə biləcəklər. Noyabrın 1 və 2-də Təl-Əvivin məşhur “Qeşer” Teatrı öz nəslinin ən nüfuzlu rejissorlarından biri – Dmitri Krımovun yeni tamaşasını təqdim edəcək. Onun teatrı təxəyyül və oyun qanunları ilə yaşayır; reallıqla dərindən bağlı olan təhlükəli, ecazkar dərəcədə absurd bir oyunla. 2026-cı ilin iyununda premyerası baş tutan “Qanlı Mariya” (Bloody Mary) tamaşası əsərin yaranmasına ilham verən Fridrix Şillerin məşhur “Mariya Stüart” dramının nə səhnələşdirilməsi, nə də sadə illüstrasiyasıdır. Tamaşa rejissorun yaratdığı tamamilə yeni bir dünyanı təqdim edir. Bu dünya faciəli süjetin ayrı-ayrı fraqmentlərindən, onunla bağlı ortaq yaddaşımızdan, eləcə də “Mariya Stüart”ı müasir reallıqlar haqqında ciddi düşüncə və müzakirə üçün başlanğıc nöqtəsinə çevirən çağdaş həyatın özündən formalaşır. Saşa Demidovun Kraliça Elizabet, Yevgeniya Dodinanın isə Mariya Stüart obrazını canlandırdığı əsas personajlar qrotesk, az qala sirk obrazlarını xatırladan uydurma insan- simvollardır. Əsas personajlar gözlərimiz önündə canlanıb ətə-qana dolurlar: maskalar çatlayır, klounada etirafa, mücərrəd obrazlar isə canlı bədənə çevrilir. Bu teatrda gülüş hər zaman kədərli olanla yanaşı dayanır, oyun isə mövcudluq formasına və bizim bu qədər mürəkkəb həyatımız haqqında danışmaq üsuluna çevrilir.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində təqdim olunacaq tamaşalar da kifayət qədər maraq doğuracaq. Noyabrın 5 və 6-da dünya səviyyəsində tanınan xoreoqraf, əfsanəvi “Batsheva Dance Company” truppasından və Ohad Naharin məktəbinin yetirməsi Şahar Binyamini iki mühüm əsərini – “Yeni dünya” (New Earth) və “Bolero X” tamaşalarını “House of Dance Company”nin ifasında vahid bir proqramda təqdim edəcək.

“New Earth” rəqqasların sürünərək etdikləri hərəkətlərin üzvi və daim dəyişən fiqurlara çevrildiyi, hipnotik, demək olar ki, ilkin instinktləri xatırladan səhnə əsəridir. Tamaşanın premyerası 2025-ci ildə Avstriyada keçirilmiş “Bregenzer Frühling” festivalında baş tutub.

“Bolero X” isə Binyamininin Moris Ravelin orkestr repertuarının ən tanınmış əsərlərindən biri olan məşhur “Boléro” əsərinə verdiyi yeni yozumdur. 2023-cü ildə Vankuverdə fəaliyyət göstərən “Ballet BC” (Ballet British Columbia) üçün yaradılan tamaşa sonradan genişmiqyaslı ansambl əsərinə çevrilib. Tamaşanın tam versiyasında səhnədə eyni anda 50-yə qədər rəqqas çıxış edir və musiqinin getdikcə artan gərginliyi fonunda fərdiliklə kollektiv güc arasındakı münasibət araşdırılır. Qüsursuz reputasiyaya malik xoreoqraf olan Binyamini “Paris Operası”, Milandakı “La Skala”, “Bordo Milli Baleti” kimi nüfuzlu teatr və kollektivlərlə əməkdaşlıq edir.

Bu il BIAF-ın əsas prinsiplərindən biri dünya səviyyəli, mədəni gündəmi formalaşdıran sənətçilərlə Azərbaycan sənətçiləri arasında sıx əməkdaşlığın qurulmasıdır. Bu yanaşma çərçivəsində Şahar Binyamini hər iki tamaşada iştirak etmək üçün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının və Bakı Xoreoqrafiya Akademiyasının rəqqasları arasından seçim edəcək. Xoreoqraf gənc rəqqaslarla məşqlər keçərək onları Bakı səhnəsindəki tamaşalara birbaşa cəlb edəcək.

Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən ikinci Bakı Beynəlxalq İncəsənət festivalı (BIAF) Bakının ən seçilən səhnələrində müxtəlif janrları əhatə edən 20-dən çox tədbirlə yaddaqalan olacaq. Proqrama konsertlər, balet və teatr tamaşaları, film nümayişləri, sənətçilərlə görüş və ustad dərsləri daxildir. İncəsənətin möhtəşəm bayramı Azərbaycan, Böyük Britaniya, İsrail, Kanada, Monako, Rusiya, ABŞ, Fransa və digər ölkələrdən sənətçiləri və yaradıcı kollektivləri birləşdirəcək.

BIAF-2026-nın ətraflı proqramı və tədbirlərə biletlər festivalın rəsmi saytında əlçatan olacaq: biaf.az 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş qala gecəsi keçirilir

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətən müharibəsi qazisi: Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib

Taleh Kazımov: 2027-2030-cu illərin iqtisadi gündəliyindəki struktur islahatlar şaxələndirmənin miqyasını və sürətini müəyyən edəcək

Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

ICESCO-nun Bakı Regional Ofisi 12-ci Beynəlxalq Kitab Sərgisində xüsusi pavilyonla təmsil olunacaq

218 nömrəli yeni marşrut xətti istifadəyə verilir

Mərkəzi Bank 2026-cı və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb

BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır

Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb

Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub

Binəqədi şosesində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək

Xankəndidə BMU ilə Özbəkistanın iki ali təhsil müəssisəsi arasında memorandumlar imzalanıb

Azərbaycan və Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə edilib

Çexiyada Senata seçkilərin ikinci turu keçirilir

“Şahinlərin Görüşü-2026”da iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ölkəmizə səfər edib

Energetika Nazirliyində YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib

Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib

Efiopiyada Tiqray bölgəsinə altıaylıq keçid administrasiyası yaradılıb

Mərkəzi Bankın sədri “Global Finance”a müsahibəsində Azərbaycanın maliyyə islahatlarından danışıb

Asimmetrik sintez: həyatın mənşəyi və dərman istehsalı baxımından yeni imkanlar

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyədədir

“Şahinlərin Görüşü-2026” təlimində tapşırıqlar uğurla icra olunur

“Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun növbəti iclası baş tutub

Macarıstan Aİ-nin karbon qiymətləri sisteminin tətbiqinin təxirə salınmasını tələb edir

ARDNF-nin icraçı direktoru "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb

Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq

TƏBİB-in icraçı direktoru Qubada vətəndaşların müraciətlərini dinləyib

Müstəqilliyin bərpası Azərbaycan xalqının milli iradəsinin təcəssümüdür - universitetdə tədbir

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

BDU-da “Azərbaycan dili - Açıq dərslər” layihəsi davam edir

Səyyar Gənclər Xidmətinin növbəti dayanacağı Ucar olub

Ermənistanın keçmiş rəhbərliyi Azərbaycan xalqına qarşı cinayətlərə görə məsuliyyət daşıyır RƏY

BVF ilə Dünya Bankının İllik Toplantılarında Azərbaycanın iqtisadi prioritetləri və beynəlxalq maliyyə əməkdaşlığı dəyərləndirilib

Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir

Qarabağ Universiteti “Rebuild Karabakh” sərgisində təmsil olunur

Diaspor nümayəndəsi: Tarixi əlaqələr Azərbaycanla Kamboca arasında əməkdaşlığın inkişafına töhfə verə bilər

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub

Londonda Azərbaycanın maarifçilik tarixi və fəlsəfi irsi təqdim edilib

Beynəlxalq konfransda türk dilləri ilə bağlı araşdırmalar təqdim olunub

Türk ekspert: Azərbaycan Avrasiya məkanında enerji və nəqliyyat təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır

Nizami rayonunda Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr müzakirə olunub

Gənclərin zərərli ideoloji təsirlərdən qorunması əsas vəzifələrdəndir

Şərqşünaslıq İnstitutunda Azərbaycan dövlətçiliyi tarixinə dair mühazirə oxunub

“Qarabağ Hakatonu 2026” yarışması başa çatıb

Nürnberqdən Bakıya: Ermənistanın üç keçmiş prezidentinin cinayət məsuliyyəti məsələsi – TƏHLİL

Yeni Kaledoniyanın nikel sərvətləri uğrunda mübarizə: Kanak təşkilatlarından Aİ-yə etiraz

AQTA sədrinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Gəncədə son illərdə 15 mindən çox yeni iş yeri yaradılıb

AQTA: Qəhvəyi mərmər bağacığı ilə mübarizədə əhalinin fəallığı vacibdir

Beynəlxalq paralimpiya nümayəndələri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır ŞƏRH

İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır

Volodimir Zelenski Antonio Koşta və Ursula Fon der Lyayenlə görüşünün nəticələrini açıqlayıb

BMT-nin fəaliyyətinin təkmilləşdirilməsi, təşkilatda islahatların aparılması zəruridir - ŞƏRH

Türkiyə Aİ-ni “Made in Europe” strategiyasına yenidən baxmağa çağırıb

Azərbaycan və Şri-Lanka siyasi dialoqu gücləndirir

Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb

Siyasi şərhçi: Keçmiş münaqişənin təcrübəsi Azərbaycanın milli maraqlarına əsaslanan praqmatik siyasətin əhəmiyyətini bir daha göstərir

Suraxanıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

İsmayıllıda minik və yük avtomobilləri toqquşub, ölən var