AQTA bitki və palma yağlarının idxalçılarına xəbərdarlıq edib
Bakı, 13 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən müxtəlif ölkələrdən idxal olunan bitki və palma yağlarının təhlükəsizlik göstəriciləri üzrə gücləndirilmiş nəzarət tədbirləri davam etdirilir.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində bir sıra xarici ölkə istehsalçılarına məxsus bitki yağı məhsullarında uyğunsuzluqlar aşkar edilib. Laborator müayinələr nəticəsində təqdim olunan yağ nümunələrində insan sağlamlığı üçün təhlükə yarada bilən emal çirkləndiricisi– 3-MCPD (3-monoxlorpropan1,2-diol) aşkarlanıb.
Aşkarlanmış uyğunsuzluqlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, o cümlədən bir sıra ölkələrin müəyyən istehsalçılarına məxsus bitki yağı məhsullarının ölkə ərazisinə idxalına məhdudiyyətlər tətbiq edilib.
AQTA bitki və palma yağlarının idxalı ilə məşğul olan sahibkarlıq subyektlərini məhsulların təhlükəsizlik göstəricilərinə və idxal zamanı müəyyən edilmiş qida təhlükəsizliyi tələblərinə ciddi əməl etməyə çağırıb.
Nəzarət tədbirləri davam etdiriləcəyi diqqətə çatdırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.08.2026 [21:12]
Quba rayonunda zəlzələ baş verib
- 14.08.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 14.08.2026 [19:01]
Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib
- 14.08.2026 [18:58]
Azərbaycanda həyat yoldaşının soyadını götürən kişilərin sayı açıqlanıb
- 14.08.2026 [18:18]
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olub
- 14.08.2026 [18:16]
Mərkəzi Aran regionunda kibertəhlükəsizlik üzrə təlimlər davam edir
- 14.08.2026 [15:54]
“Yalama” sərhəd komendantlığı xidməti istifadəyə verilib VİDEO
- 14.08.2026 [15:50]