İngiltərədə sərnişin qatarı relsdən çıxıb
London, 13 avqust, AZƏRTAC
İngiltərənin Şərqi Sasseks qraflığında sərnişin qatarı relsdən çıxıb.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, hadisə bu gün yerli vaxtla saat 15:54-də Heyvards Hit və Luis şəhərləri arasındakı dəmir yolu xəttində baş verib. İlkin məlumatlara görə, “Southern Railway” şirkətinə məxsus qatarın azı iki vaqonu relsdən çıxaraq aşıb.
Britaniya Nəqliyyat Polisi hadisə yerinə təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin cəlb olunduğunu bildirib. Qatarda olan sərnişinlərdən biri hadisə zamanı vaqonun qəfil yuxarı qalxdığını deyib.
Böyük Britaniyanın nəqliyyat naziri Haydi Aleksander hadisədən “dərin narahatlıq” keçirdiyini bildirib. Hadisənin səbəbləri ilə bağlı hələlik əlavə məlumat verilməyib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.08.2026 [20:45]
Roma yaxınlığındakı sursat zavodunda partlayış baş verib
- 13.08.2026 [18:54]
Rusiyanın neft ixracı üzrə gəlirləri 12,5 faiz azalıb
- 13.08.2026 [17:09]