Ukrayna ordusu Başqırdıstanda “Qazprom”un neft emalı zavodunu vurduğunu təsdiqləyib
Kiyev, 13 avqust, AZƏRTAC
Ukrayna Müdafiə Qüvvələri avqustun 13-nə keçən gecə Başqırdıstanın Salavat şəhərindəki “Qazpromneftekhim Salavat” neft emalı kompleksinə zərbə endirib.
AZƏRTAC bu barədə Ukrayna Silahlı Qüvvələri Baş qərargahının “Telegram” kanalına və Pilotsuz Sistemlər Qüvvələrinin mətbuat xidmətinə istinadla xəbər verir.
Neft emalı zavoduna Ukrayna Müdafiə Qüvvələrinin digər komponentləri ilə yanaşı, Pilotsuz Sistemlər Qüvvələrinin 1-ci əlahiddə mərkəzinin operatorları da zərbə endiriblər. Obyektdə yanğın baş verib.
Həmin obyektin Ukrayna dövlət sərhədinə qədər məsafəsi təxminən 1300 kilometrdir.
“Qazpromneftekhim Salavat” Rusiya Federasiyasının ən böyük neft emalı və neft-kimya komplekslərindən biridir.
Onun karbohidrogen emalı gücü ildə 10 milyon tona çatır. Zavod avtomobil benzini, dizel yanacağı, mazut, bitum, polietilen və digər neft məhsulları, habelə polimerlər istehsal edir. Müəssisə Rusiya ordusunun təchizatı ilə məşğuldur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.08.2026 [16:16]
Qazaxıstanda narkotik əleyhinə ilk tematik qatar işə salınıb
- 13.08.2026 [15:45]
Böyük Britaniya hökuməti Rusiya tankerinin ələ keçirilməsini müdafiə edib
- 13.08.2026 [14:21]
Böyük Britaniyada iqtisadi artım yavaşlayıb
- 13.08.2026 [13:53]
Əfqanıstanda təqribən 4 milyon uşaq kəskin aclıqdan əziyyət çəkir
- 13.08.2026 [13:51]
ABŞ qlobal neft tədarükü və tələbatına dair proqnozlarını açıqlayıb
- 13.08.2026 [13:44]