Paracüdo üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
Bakı, 13 avqust, AZƏRTAC
Azərbaycanın paracüdo üzrə millisi avqustun 14-16-da Almaniyanın Heydelberq şəhərində keçiriləcək Avropa çempionatında çıxış edəcək.
Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, yarışda kişi idmançılardan İlham Zəkiyev (J1, +95 kiloqram), Saleh Sultanov (J1, 81 kiloqram), İsmayıl Muradov (J1, 70 kiloqram) və Hüseyn İsmayılzadə (J2, 70 kiloqram), qadınlardan isə Dürsədəf Kərimova (J2, +70 kiloqram) və Xatirə İsmiyeva (J1, +70 kiloqram) mübarizə aparacaqlar.
Paracüdoçulara yarışda baş məşqçilər İbrahim İbrahimov və Ramin İbrahimov rəhbərlik edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [15:57]
Kipr klubunun azərbaycanlı futbolçusu zədəsini tam sağaldıb
- 22.09.2026 [15:21]
“Real Madrid”in kapitanı 2 həftə oynaya bilməyəcək
- 22.09.2026 [15:08]
Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib
- 22.09.2026 [15:04]
Azərbaycan klubu litvalı basketbolçu transfer edib
- 22.09.2026 [13:53]