İsrail Müdafiə Qüvvələri “Hizbullah”ın yüksəkrütbəli komandirlərindən birinin öldürüldüyünü açıqlayıb
Bakı, 16 avqust, AZƏRTAC
Şənbə günü Livanın cənubunda İsrail əsgərlərinə edilən hücuma cavab olaraq “Hizbullah” hərəkatının Bədr bölməsinin yüksəkrütbəli komandiri öldürülüb.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İDF) bəyanatında bildirilib.
Bəyanatda deyilir: "İDF Hizbullahın təhlükəsizlik zonasında (Livanın cənubundakı) əsgərlərə qarşı hərəkətlərinə cavab olaraq “Hizbullah”ın Bədr bölməsinin yüksək rütbəli komandiri Əbu Həsən Alaanı öldürüb".
Hərbçilərin sözlərinə görə, həmin şəxs "təhlükəsizlik zonasında fəaliyyət göstərən İsrail Müdafiə Qüvvələri əsgərlərinə qarşı çoxsaylı hücumların təşkilində, o cümlədən Livanın cənubundakı əsgərlərə partlayıcı maddələrlə yüklənmiş dronların atılmasında iştirak edib.
İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, Əbu Həsən Alaan "son illərdə əsgərləri və İsrail mülki şəxslərini hədəf alan Hizbullahın bir neçə döyüş bölməsinə komandanlıq edib".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.08.2026 [15:15]
Avropada qaz anbarlarının doluluq nisbəti 60,8 faizdir
- 17.08.2026 [14:38]
Türkiyədə Ani qalasının fəthinin 962-ci ildönümü qeyd olunub
- 17.08.2026 [14:33]
Türkiyədə 485 min əlyazma və nadir çap əsəri rəqəmsallaşdırılıb
- 17.08.2026 [14:23]
“AstraZeneca” ağciyər xərçəngi üzrə mühüm klinik sınağı dayandırıb
- 17.08.2026 [14:23]
Böyük Britaniyada rekord istilərdən sonra hava şəraiti kəskin dəyişəcək
- 17.08.2026 [13:48]
Endi Börnhem özünü Trampın aparat rəhbəri kimi təqdim edən şəxslə mesajlaşıb
- 17.08.2026 [13:02]