Rizvan Hüseynov: Alban irsi müxtəlif tarixi dövrlərdə dağıntılara məruz qalıb VİDEO
Bakı, 21 sentyabr, AZƏRTAC
Ümumiyyətlə, Qarabağda prinsipial əhəmiyyət daşıyan və yalnız Qarabağ, yaxud Qafqaz xristianlığı üçün deyil, bütövlükdə xristian dünyası üçün əhəmiyyətli olan üç kilsə var. Bunlardan biri Gəncəsər, digəri Xudavəng, üçüncüsü isə Amaras, yəni Ağoğlan kilsəsidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi” mövzusunda keçirilən tədbirdə Qafqaz Tarixi Mərkəzinin direktoru, hərbi ekspert Rizvan Hüseynov deyib.
“Alban irsi müxtəlif tarixi dövrlərdə dağıntılara məruz qalıb. Diplomatik korpusun nümayəndələri dəfələrlə Qarabağa səfər ediblər. Burada müəyyən ideoloji məsələlər də var ki, erməni tərəfi onları konservasiya edərək saxlayır ki, gələcəkdə vəziyyət dəyişərsə, həmin məsələlərdən yenidən istifadə edə bilsin”, - deyə ekspert vurğulayıb.