Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO
“Kitabi-Dədə Qorqud” dastanına həsr olunmuş bu beynəlxalq elmi konfransa ev sahibliyi etməkdən böyük məmnunluq duyuruq. Çünki bu əlyazmanın əsrlər boyu qorunub saxlandığı bir qurum olaraq, əsərlə bağlı elmi tədqiqatlarının ardıcıl davam etdirilməsinin, onu geniş ictimaiyyət üçün əlçatan etməyimizin, bu gün keçirilən konfrans kimi mötəbər tədbirlərdə təqdim olunmasının nə qədər mühüm əhəmiyyət daşıdığını bilirik.
Bu barədə Drezden Milli Kitabxanasının (SLUB) baş direktoru xanım Katrin Ştump media nümayəndələrinə müsahibəsində deyib.
Dastanın digər eposlarla da ortaq çalarlara malik olduğunu qeyd edən K.Ştump bildirib: “Eyni zamanda, bu dastanın Mərkəzi Avropa regionuna aid digər eposlarla hansı bağlara, ortaq xətlərə malik olduğunu görmək heyrətamizdir. Bu, bir daha aydın şəkildə sübut edir ki, hekayələr və ədəbi irs Şərqdən və Qərbdən olan insanları bir-birinə necə möhkəm bağlaya bilir”.
Elvin Mövsüm