“Sabah” Bakı Olimpiya Stadionunda məşqə çıxıb VİDEO
Bakı, 19 oktyabr, AZƏRTAC
“Sabah” klubunun Çempionlar Liqasının liqa mərhələsində Bakıda Almaniyanın “Borussiya Dortmund” komandasına qarşı keçirəcəkləri oyundan öncə son məşqi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən məşqin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub.
Qeyd edək ki, oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Borussiya Dortmund” oyunu saat 20:45-də start götürəcək. Matçın baş hakimi ispaniyalı Xavyer Alberola Roxas olacaq.
Müxbir - Mikayıl Məmmədov
Fotoqraf - Azər İbrahimov
Videooperator - Mirrəsul Cəfərov