Dünya çempionatına hazırlaşan Azərbaycan millisinin açıq məşqi keçirilib VİDEO
Bakı, 22 oktyabr, AZƏRTAC
FIFA U-15 dünya çempionatı və festivalına hazırlaşan Azərbaycanın U-16 milli komandasının Hövsan Yarış Kompleksində açıq məşqi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, məşqin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub.
Açıq məşq zamanı media nümayəndələri milli komandanın hazırlıq prosesini izləyiblər.
Famil Xəlilovun baş məşqçisi olduğu Azərbaycan yığması turnir çərçivəsində ilk oyununu oktyabrın 24-də saat 19:30-da “Kristal Zal”da Timor-Leste yığmasına qarşı keçirəcək. Oktyabrın 25-də saat 12:45-də Andorra, saat 19:30-da isə Avstraliya seçməsi ilə Hövsan Yarış Kompleksinin 10A meydançasında qarşılaşacaq. Oktyabrın 26-da saat 11:30-da İsrail, saat 18:15-də isə Haiti kollektivi ilə həmin meydançada üz-üzə gələcək. 189 ölkənin iştirakı və minə yaxın oyunun keçirilməsi nəzərdə tutulan turnir dünyanın müxtəlif nöqtələrindən gənc futbolçuları bir araya gətirəcək.