82 yaşlı Silvio Berluskoni yeni seçkilərə hazır olduğunu bəyan edib
Bakı, 6 may, AZƏRTAC
Dörd dəfə İtaliyanın Baş naziri seçilmiş 82 yaşlı siyasətçi və media maqnatı Silvio Berluskoni yenidən siyasi arenaya qayıdacağını və Avropa Parlamentinə keçiriləcək seçkilərdə iştirak etmək istədiyini bəyan edib.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, ötən həftə təcili xəstəxanaya çatdırılan və həyatı təhlükə altında olduğundan ağır cərrahiyyə əməliyyatı keçirən siyasətçi deyib: “Mənim sağlamlığım yaxşılaşıb və düzünü desəm, çox qorxmuşdum. Həyatımda baş verən son hadisələr hər şeyin sona çatması kimi görünürdü, lakin mən özümü ələ ala bildim”. Milandakı San Raffaele xəstəxanasının qarşısında jurnalistlərə müsahibə verən Berluskoni yenidən siyasətə qayıdacağını vurğulayıb.
İtaliyanın “Forza Italia” (“İtaliya, irəli!”) mühafizəkar siyasi partiyasının lideri və media maqnatı Silvio Berluskoni 2011-ci ildə Avropa zonasında baş vermiş maliyyə böhranı nəticəsində Baş nazir vəzifəsindən istefa verməyə məcbur olmuşdu. Həmin vaxt ona qarşı vergi saxtakarlığı ittihamı da irəli sürülmüşdü. Bu ittihamın aradan qalxması italyan siyasətçiyə yenidən parlament seçkilərində iştirak etmək imkanı verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [15:30]
Humanoid robotlar sürətlə inkişaf edir
- 12.06.2026 [15:24]
Şimali İrlandiyada iğtişaşlarla bağlı saxlanılanların sayı 19-a çatıb
- 12.06.2026 [15:22]
Kaşağan qaz emalı zavodu layihəsi praktiki icra mərhələsinə qədəm qoyub
- 12.06.2026 [15:16]
Həyat şansı: Çin donor orqanlarının əlçatanlığını genişləndirir
- 12.06.2026 [15:09]
Britaniya iqtisadiyyatı İranla müharibənin təsirini hiss etməyə başlayıb
- 12.06.2026 [15:05]
Böyük Britaniyada 1 milyon gəncə meningit əleyhinə peyvənd təklif olunacaq
- 12.06.2026 [15:03]
Tallinin mərkəzində ilk modul bomba sığınacağı quraşdırılıb
- 12.06.2026 [14:53]
Məşhur rəssam Devid Hokni vəfat edib
- 12.06.2026 [14:51]