“Bakı-2015”-in rəmzləri olan Nar və Ceyran bu mötəbər yarışın sevincini paytaxtın sakinləri və qonaqları ilə bölüşüb VİDEO
Bakı, 6 iyun, AZƏRTAC
“Bakı-2015” birinci Avropa Oyunlarının rəmzləri olan Nar və Ceyran ilk dəfə keçiriləcək bu mötəbər idman tədbirinin sevincini paytaxt sakinləri və şəhərimizin qonaqları ilə birlikdə yaşayıb.
AZƏRTAC xəbər verir ki, bununla bağlı yayımlanan videoçarxda Nar və Ceyranın paytaxtın sakinləri və qonaqları ilə görüşü əks olunub.
“Bakı-2015” birinci Avropa Oyunları iyunun 12-də keçiriləcək təntənəli açılış mərasimi ilə start götürəcək. İyunun 28-dək keçiriləcək bu möhtəşəm idman bayramı öz ətrafında müxtəlif ölkələrdən minlərlə insanı - idmançıları, tamaşaçıları, paytaxt sakinlərini, ölkəmizə gələn qonaqları birləşdirəcək. Bu təntənəyə qalan vaxt azaldıqca bayram sevinci daha da artır.