8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə veloyürüş keçirilib
Bakı, 9 mart, AZƏRTAC
8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə “Cyclemania Lady” və “Velo Səhərlə” qruplarının təşkilatçılığı, Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə veloyürüş keçirilib.
AZƏRTAC xəbər verir ki, start və finiş nöqtəsi Azneft meydanı olan yürüşdə 100-ə yaxın xanım velosipedçi iştirak edib.
Azərbaycan Velosiped İdmanı Federasiyasının tərkibində fəaliyyət göstərən klub və cəmiyyətlərin velosipedçi qızları da bayram yürüşünə qoşulublar.