İQTİSADİYYAT
Aleksandr Novak: İranla bağlı qeyri-müəyyənlik və geosiyasi proseslər neft bazarına təsir edir
Bakı, 13 sentyabr, AZƏRTAC
İranla bağlı qeyri-müəyyənlik və geosiyasi proseslər neft bazarına təsir edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak deyib.
O bildirib ki, neft bazarı bəzi ölkələrdə istehsalın azalması ilə əlaqədar olaraq kövrək hala gəlib: “Bazar İranla bağlı qeyri-müəyyənliklə yanaşı, geosiyasi proseslərdən də təsirlənir. Bu, İrandan gündəlik 2 milyon barrel neft idxal edən ölkələrə mənfi təsir göstərir”.
Qeyd edək ki, ABŞ noyabrdan etibarən İrana qarşı yeni sanksiyalar tətbiq edəcək. Bu da neft bazarına öz təsirini göstərir və “qara qızıl”ın qiymətində bahalaşmanı dəstəkləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]