Azərbaycan Dövlət İnformasiya Agentliyi

Heyrətamiz Vayt adasında bir gün - AZƏRTAC-ın əməkdaşı İngiltərənin cənubundan yazır

London-Vayt adası-London, 24 avqust, AZƏRTAC

Yarım saatdan bir qədər artıq növbədə gözlədikdən sonra, nəhayət, bu məşhur oturacaqlı kanat yoluna minirəm. Kanat yolu məni yüksəklikdən göz oxşayan mənzərənin müşayiəti ilə La-Manş boğazının sahilində yerləşən Alum Beyə endirir.

İngiltərənin cənubundakı ən məşhur adalardan biri – Vayt adasındayam. Sauthempton və Portsmut kimi şəhərlərdən adaya bərə ilə keçmək mümkündür. Böyük Britaniyada həftələrdir davam edən isti hava səbəbindən çoxsaylı yerli sakinlər ölkənin sahilyanı bölgələrinə, kəndlərinə və adalarına üz tuturlar. Belə isti yay isə Britaniyada uzun illərdir müşahidə olunmurdu.

Bu səbəbdən Vayt adası da ilin ən gur turizm mövsümlərindən birini yaşayır. Adanın cənub-qərbində yerləşən oturacaqlı kanat yolunda 30-40 dəqiqə növbə gözləmək bir qədər yorucu olsa da, aşağı enərkən uzaqdan görünən məşhur “The Needles” mayakının mənzərəsi buna dəyir. Mayakı daha yaxından görmək üçün sahildən təşkil olunan qayıq turlarından birinə qoşuluram. Təxminən 15 dəqiqə davam edən səfər zamanı qayıq sərnişinləri düz mayakın yaxınlığına qədər aparır. Dənizin ortasında, qayalıqların sonunda ucalan mayakı yaxından görmək adanın ən yaddaqalan təcrübələrindən biridir.

Təxminən 140 min əhalisi olan Vayt adasını hər il milyonlarla turist ziyarət edir. Adanın ən çox tanınan mənzərələrindən biri də məhz The Needles qayalıqları, mayak və Alum Bey sahilləridir.

Qayıq turundan sonra yenidən 30-40 dəqiqə növbədə gözləyir və kanat yolu ilə yuxarıya - gəldiyim yerə qayıdıram.

Adanın digər məşhur yerlərindən biri Kompton Beydir. Burada su çəkildiyi zaman “Hanover Point” ərazisində qayalarda daşlaşmış, təxminən 130 milyon il əvvələ aid dinozavr ayaq izlərini görmək mümkündür. Düzdür, bundan əvvəl Vayt adasında bir neçə dəfə olsam da, həmin izləri özüm görməmişəm. Onları tapmaq üçün bir qədər axtarmaq və ən əsası, suyun çəkildiyi vaxtı düzgün seçmək lazımdır.

Növbəti dayanacağımız adanın ən füsunkar guşələrindən biri olan Şanklinin qədim kəndidir. Nağılları xatırladan görünüşü və özünəməxsus ab-havası ilə seçilən kəndin ən diqqətçəkən məkanlarından biri məşhur çəhrayı kənd evidir. Şanklinin rəmzlərindən birinə çevrilən bu ev həm də ən çox fotoşəkil çəkilən yerlərdəndir. Hazırda burada kafe fəaliyyət göstərir. Hava olduqca isti olduğundan Şanklin çimərliyinə də enirik. Böyük Britaniyada bundan əvvəl də bir neçə dəfə dənizə girməyə çalışsam da, su mənə həmişə çox soyuq gəlirdi. Bu dəfə isə havanın istiliyindən dənizin soyuqluğu demək olar ki, hiss olunmur.

Əlbəttə, Vayt adasına gəlib Kraliça Viktoriyanın və şahzadə Albertin çox sevdiyi dənizkənarı iqamətgahı olan Osborn Evini görmədən qayıtmaq olmaz. Buraya gəlməzdən əvvəl kompleksin bu qədər böyük olduğunu təsəvvür etmirdim. Ərazidə rahatlıqla üç-dörd saat vaxt keçirmək mümkündür. Kraliça Viktoriya və şahzadə Albert Osborn Evini ailələri üçün şəhər həyatından uzaqda, özlərinə məxsus sakit bir məkan yaratmaq məqsədilə alıb yenidən qurmuşdular. Osborn Evi 1845-1851-ci illərdə Kraliça Viktoriya və şahzadə Albert üçün yay iqamətgahı və şəhər həyatından uzaqlaşa biləcəkləri məkan kimi inşa olunub. Şahzadə Albert iqamətgahın dizaynında yaxından iştirak edib və bina İtaliya İntibah dövrü saraylarının memarlıq üslubunda yaradılıb.

Osborn Evi Kraliça Viktoriyanın həyatında xüsusi yer tutub. O, ömrünün son illərində də burada çox vaxt keçirib və 1901-ci ildə 81 yaşında məhz Osborn Evində vəfat edib.

İqamətgahı gəzdikdən sonra isə artıq Londona qayıtmaq vaxtıdır.

Gözəl çimərlikləri, tarixi kəndləri, möhtəşəm sahil mənzərələri və zəngin kral tarixi ilə Vayt adası Böyük Britaniyanın ən maraqlı turizm istiqamətlərindən biridir. Yolunuz İngiltərəyə düşərsə, bu adanı səyahət siyahınıza əlavə etməyə dəyər.

Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London-Vayt adası-London

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan-Özbəkistan müttəfiqliyi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında mühüm geoiqtisadi körpü yaradır RƏY

Norveç Aİ-nin mövqeyinə baxmayaraq, Arktikada qazma işlərini davam etdirəcək

Bakı–Daşkənd əlaqələri: Strateji prioritetlər və perspektivlər – Təhlil

Özbək rektor: İkitərəfli münasibətlərdəki yeni mərhələ təhsil sahəsində əməkdaşlığın keyfiyyətini yüksəldir

Azərbaycan-Özbəkistan münasibətlərinin gücü ortaq yaddaş və dəyişməz doğmalıqdır ŞƏRH

İstanbulun tarixi qəbir daşları inventarlaşdırılır

Azərbaycan-Özbəkistan əlaqələri konkret layihələr və praktiki nəticələrlə zənginləşir ŞƏRH

“Əmir Teymur” filmi Laçın Beynəlxalq Film Festivalında nümayiş etdiriləcək

Azərbaycan və Özbəkistan münasibətləri möhkəm təməl üzərində inkişaf edir - RƏY

Paraüzgüçülərimiz Avropa çempionatına hazırlaşırlar

® Milli Biznesin İnkişafı Forumunun həftəlik xüsusi sessiyalarına start verilir

Heyrətamiz Vayt adasında bir gün - AZƏRTAC-ın əməkdaşı İngiltərənin cənubundan yazır

Azərbaycanın turizm potensialı Malayziyada keçirilən iki beynəlxalq tədbirdə təqdim edilib

Laçın Beynəlxalq Film Festivalı başlayıb

Ekspert: “Əbədi dostluq haqqında Müqavilə” Bakı və Daşkəndin gələcək inkişaf arxitekturasını uzlaşdırır

İlahiyyat İnstitutu Özbəkistanın ali dini təhsil müəssisələri ilə əməkdaşlığı genişləndirir

Azərbaycan-Özbəkistan münasibətləri siyasi müttəfiqlikdən vahid geoiqtisadi əməkdaşlıq modelinə keçir ŞƏRH

Fəlsəfə doktoru: Azərbaycan Prezidentinin Özbəkistana səfəri mühüm siyasi hadisədir

İsrailli məşhur veteran qapıçı: “Hapoel” favorit olsa da, “Sabah”ın potensialına hörmətlə yanaşıram – EKSKLÜZİV

® “AzInTelecom”un kibertəhlükəsizlik xidməti qlobal səviyyədə tanınıb

Gürcüstanda beynəlxalq süni intellekt düşərgəsi açılıb

® Mikrobiznes krediti artıq həm “Birbank”da, həm “Birbank Biznes”də əlçatandır

Neft qiymətləri ötən həftə 5 faizədək artıb

Azərbaycanlı alimlər dezinformasiyanın aşkarlanması üçün süni intellektə əsaslanan yeni üsul işləyiblər

Sabah bəzi yerlərdə havanın temperaturu 41°-dək artacaq

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar YENİLƏNƏCƏK

Mahirə Hüseynova: Azərbaycan–Özbəkistan müttəfiqliyi təhsil əlaqələrinin inkişafına yeni imkanlar yaradır MÜSAHİBƏ

Psixoloq: Fobiya insanın gündəlik həyatına ciddi təsir göstərə bilər

Taksi sürücüləri üçün oktyabrın 1-də keçiriləcək imtahana qeydiyyat başlanır

Tursunəli Kuziyev: Azərbaycan-Özbəkistan əbədi dostluğu ortaq gələcəyə aparan yeni fəslin başlanğıcıdır

Auditoriyada keçən ömür

“MilliÖn” adından istifadə edilməklə həyata keçirilən fişinq kampaniyası aşkarlanıb

Gürcüstan prokurorluğu həbsdə olan sabiq Baş nazirə qarşı yeni ittiham irəli sürüb

Qubada III “Ulduz Cup” beynəlxalq futbol turnirində 7 ölkədən 12 komanda mübarizə aparır

Niderlandda alman məktəblilərin olduğu avtobus qəzaya uğrayıb

İspaniyalı voleybolçu: Azərbaycan millisinə qarşı heç nə edə bilmədik

Naxçıvanda daşınmaz əmlak sahəsində elektron müraciətlərin sayı 2,1 dəfə artıb

Rusiya mediası Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərini geniş işıqlandırır

Akif Marifli: Azərbaycan-Özbəkistan münasibətləri mədəni-humanitar əsaslara və ortaq dəyərlərə söykənir

Fərid Hüseyn: İnanıram ki, Azərbaycan–Özbəkistan qardaşlığı bundan sonra da yeni mədəni layihələrlə zənginləşəcək

Aleksander Çeferin: İnfantino 2027-ci il FIFA prezident seçkilərində iştirak etməyə bilər

Bu saata olan əsas xəbərlər

Özbəkistanla 1 milyardlıq ticarət hədəfi biznes üçün yeni üfüqlər açır – ŞƏRH

Mütəxəssis: Xəzərin səviyyə tərəddüdləri davam edəcək, yenidən yüksəlmə mümkündür VİDEO

Mütəxəssis: Xəzərin səviyyə tərəddüdləri davam edəcək, yenidən yüksəlmə mümkündür VİDEO

ABŞ İrana qarşı “iqtisadi D günü” vəd edir, İran isə neft ixracını tamamilə dayandıracağı ilə hədələyir

® “Azercell” məşhur oyun platforması “Steam” ilə eksklüziv əməkdaşlığa başlayır

Britaniyada məzunlar üçün iş bazarı rekord səviyyədə zəifləyib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti yük göndərilib

Tam orta təhsil bazasında kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

Azərbaycan Milli Xalça Muzeyi Budapeştdə keçirilən 40-cı Beynəlxalq Xalq Sənətkarları Festivalında iştirak edib

Rusiyanın bir neçə regionunda “Ozon” şirkətinin anbarları dronların hücumuna məruz qalıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 84 nəfər saxlanılıb

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Tullantılardan hazırlanan 200 kiloqramlıq “cəngavər” - REPORTAJ VİDEO

Tullantılardan hazırlanan 200 kiloqramlıq “cəngavər” - REPORTAJ VİDEO

Azərbaycan və Koreya yaşıl enerjinin ötürülməsi üzrə əməkdaşlıq imkanlarını dəyərləndirib

Fransada büdcə böhranı təhlükəsi: DGFiP-dən sərt xəbərdarlıq

Yanvar-iyul aylarında əlilliyi olan 85 min şəxsə reabilitasiya xidmətləri göstərilib

DİM “Abituriyent” jurnalının 5-ci nömrəsini nəşr edib

Fernando Alonso unikal nailiyyətə imza atıb

Azərbaycan nümayəndə heyəti Buxara “Ark” Qalasına gəlib VİDEO

Azərbaycan nümayəndə heyəti Buxara “Ark” Qalasına gəlib VİDEO

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda yeni ünvan verilən daşınmaz əmlak obyektlərinin sayı 35 faiz artıb

Sabirabadda ağır yol qəzası: 1 ölü, 2 yaralı

Bütün sosial ödənişlər avqustun 25-də yekunlaşdırılacaq

ABŞ-də keçirilən tennis turnirinin qalibləri müəyyənləşib

Ukraynanın Prezidenti Zati-aliləri cənab Volodimir Zelenskiyə

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri iqtisadi münasibətlər üçün yeni imkanlar yaradıb – ŞƏRH

Qazaxıstan MSK Qurultaya seçkilərin ilkin nəticələrini açıqlayıb

Rəqabət sahəsi üzrə təkmilləşdirilən hüquqi çərçivə və bazar rəqabətini təşviq edən qaydalar müzakirə olunub

Qızılın qiyməti 3 ayın ən yüksək həddini keçib

“Neftçi” Azərbaycan çempionatlarında 300-cü ev qələbəsini qazanıb

“Neftçi” U-15 dünya çempionatı üçün ilk seçim turnirinin qalibi olub

Özbəkistan millisinin sabiq futbolçusu: Azərbaycanla idman sahəsində əməkdaşlıq yeni, daha yüksək mərhələyə yüksəlir

Azərbaycan və Özbəkistan münasibətləri yeni tarixi mərhələ astanasında ŞƏRH

Böyük Britaniyanın Baş naziri Kiyevdə Ukraynaya yeni dəstəyi açıqlayacaq

Avropa çempionatı: Azərbaycanın voleybol millisi Rumıniyanı sınağa çəkəcək

Magistraturanın boş qalan plan yerlərinə qəbul elan edilir

Mövsümdə ilk, “Neftçi” üçün 150-ci böyükhesablı qələbə

Azərbaycan millisinin voleybolçusu: Hər oyun qızıl dəyərindədir

“Magistr” jurnalının 6-cı nömrəsi nəşr olunub

Samuxda fitosanitar monitorinqlər aparılıb

Bakının parklarında açıq hava konsertləri davam edir

® Səfir Lu Mey Oğuz, Şəki və Qəbələdəki müəssisələri ziyarət edib

“Netflix”, “eBay” və “Anthropic” Azərbaycanda vergi uçotuna alınıb - EKSKLÜZİV

Bakıda ilk dəfə “IRONMAN 70.3” triatlon yarışı keçiriləcək VİDEO

Bakıda ilk dəfə “IRONMAN 70.3” triatlon yarışı keçiriləcək VİDEO

Astara və Lənkəranda sahibkarların müraciətləri dinləniləcək

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Neft qiymətləri ucuzlaşır VİDEO

Neft qiymətləri ucuzlaşır VİDEO

Milli Məclisin deputatları Qazaxıstandakı seçki prosesini izləyiblər

Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib

BDYPİ-dən yol hərəkəti iştirakçılarına müraciət: Sükan arxasında telefondan istifadə etməyin

Baba sənətinin layiqli davamçısı - halvaçı Əfülfəz Nadiroğlu

Bu gün paytaxtın və regionların bir hissəsi işıqsız qalacaq

Paytaxtın hansı yollarında nəqliyyatın sıxlığı müşahidə olunur? - siyahı

ABŞ-də uşaqlar arasında ikinci tip diabetin yayılması 10 dəfə artıb

ABŞ İrana qarşı “maliyyə hücumu”na başlayır

İzmirdə 2200 litr saxta spirtli içki müsadirə edilib

Polşa ordusu üçün minlərlə “Piorun” zenit-raket kompleksi alacaq

Rusiyada qadağan olunmuş qida əlavələri satan 37 minə yaxın sayt bloklanıb