Azərbaycan Milli Olimpiya Komitəsi ilə “Caspiantech” QSC arasında tərəfdaşlıq müqaviləsi imzalanıb
Bakı, 21 may, AZƏRTAC
Mayın 21-də Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) ilə “Caspiantech” QSC arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.
AZƏRTAC xəbər verir ki, müqaviləni MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və “Caspiantech” QSC-nin baş direktoru Vüsal Məmmədov imzalayıblar.
Müqavilə tərəflər arasında informasiya dəstəyi və qarşılıqlı maraq kəsb edən digər sahələrdə əməkdaşlığı əhatə edir. Tərəfdaşlıq əsasında MOK növbəti Olimpiya Oyunlarında Azərbaycan millisinin təbliğini “Caspiantech” QSC-nin dəstəyi ilə həyata keçirəcək. “Caspiantech” QSC isə ölkəmizin milli Olimpiya komandasının tərəfdaşı qismində çıxış etmək hüququ qazanır.
İmzalanma mərasimində çıxış edən Çingiz Hüseynzadə bildirib: “Caspiantech” QSC-nin Azərbaycan millisinə təşkilati işlərdə dəstək göstərməsi təqdirəlayiqdir. QSC-nin qarşıdan gələn Olimpiya Oyunlarında Azərbaycan komandası ilə birgə əməkdaşlığı çox xoşdur. Əminəm ki, bu əməkdaşlıq məhsuldar olacaq”.
Vüsal Məmmədov isə MOK ilə tərəfdaşlıq əlaqələrinin yaradılmasından məmnunluğunu bildirərək qeyd edib: “Olimpiya hərəkatının və idmanın ölkəmizdə təbliği çox vacibdir. Biz bu işdə MOK-a dəstək olmağa hazırıq. “Caspiantech” olaraq milli Olimpiya komandasına öz töhfəmizi verə biləcəyimiz üçün çox şadıq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2026 [19:44]
Premyer Liqa: “Karvan-Yevlax”ın I Liqaya düşməsi dəqiqləşib
- 10.05.2026 [19:41]
Azərbaycanın paraüzgüçüsü Dünya Seriyasında gümüş medal qazanıb
- 10.05.2026 [18:21]
Azərbaycanı Avropa çempionatında 6 parataekvondoçu təmsil edəcək
- 10.05.2026 [18:13]
Güləş komandası Vyetnamdan 1 dəst medalla qayıdır
- 10.05.2026 [18:06]
Faiq Qarayev: Ulu Öndərlə görüşlərim yaddaşımda silinməz izlər buraxıb
- 10.05.2026 [15:35]
“Bakı-Xankəndi” velosiped yarışının ilk mərhələsi yekunlaşıb
- 10.05.2026 [14:49]
Kadi Borqes Premyer Liqada 25-ci qoluna imza atıb
- 10.05.2026 [13:36]