Premyer Liqa: “Karvan-Yevlax”ın I Liqaya düşməsi dəqiqləşib
Bakı, 10 may, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI turun daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, "Turan Tovuz" öz meydanında "Karvan-Yevlax"ı sınağa çəkib. Tovuz şəhər stadionunda oynanılan görüş ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Tovuz klubu 59 xalla 3-cü pillədə qərarlaşıb. I Liqaya düşməsi dəqiqləşən Yexlax təmsilçisi isə14 xalla sonuncu – 12-ci yerdədir.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Kəpəz" "Sabah"ı 1:0, "Sumqayıt" "Araz-Naxçıvan"ı 2:1 hesabı ilə məğlub edib, "Qəbələ" "Qarabağ"la 1:1, "İmişli" isə "Zirə" ilə 0:0 hesablı heç-heçəyə razılaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2026 [19:41]
Azərbaycanın paraüzgüçüsü Dünya Seriyasında gümüş medal qazanıb
- 10.05.2026 [18:21]
Azərbaycanı Avropa çempionatında 6 parataekvondoçu təmsil edəcək
- 10.05.2026 [18:13]
Güləş komandası Vyetnamdan 1 dəst medalla qayıdır
- 10.05.2026 [18:06]
Faiq Qarayev: Ulu Öndərlə görüşlərim yaddaşımda silinməz izlər buraxıb
- 10.05.2026 [15:35]
“Bakı-Xankəndi” velosiped yarışının ilk mərhələsi yekunlaşıb
- 10.05.2026 [14:49]
Kadi Borqes Premyer Liqada 25-ci qoluna imza atıb
- 10.05.2026 [13:36]