BDU-da tədbir: Laçınsız 27 il, biz o torpaqlara qayıdacağıq
Bakı, 21 may, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) “Laçınsız 27 il, biz o torpaqlara qayıdacağıq” adlı tədbir keçirilib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin təşkilatçılığı ilə reallaşdırılan tədbirdə fakültənin tələbə həmkarlar təşkilatının sədri Mirməhəmməd Hüseynov erməni işğalçıları tərəfindən Laçın rayonunun qəsəbə, kənd və tarixi abidələrinin, yüzlərlə mədəni-məişət obyektlərinin dağıdılaraq talan edildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, rayonun işğalı nəticəsində 63 min 341 sakin öz yurdundan didərgin düşüb, 300-dən çox hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Rayonda 8 min 950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi və s. işğal altında qalıb.
Mirməhəmməd Hüseynov Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində milli ordumuzun döyüş qabiliyyətinin daha da yüksəldiyini, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldığını vurğulayıb.
Tədbirdə ümummilli lider Heydər Əliyevin Laçın və laçınlılar haqqında söylədiyi dəyərli fikirlərdən ibarət videoçarx nümayiş olunub.
Aprel döyüşlərinin qaziləri, Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin tələbəsi Heydər Pərvazlı və coğrafiya fakültəsinin tələbəsi Ramin Əmiraslanov Azərbaycan ordusunun gücünü və xalqımızın birliyini nümayiş etdirən Aprel döyüşlərində qazanılan uğurlardan, əsgər və zabitlərimizin qəhrəmanlıqlarından bəhs ediblər.
Tədbir bədii hissə ilə başa çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2026 [18:18]
Misirdə Azərbaycan dili tədris olunan məktəbə kompüterlər hədiyyə edilib
- 10.05.2026 [17:00]
ADPU-da Ulu Öndərə həsr olunmuş silsilə tədbirlər təşkil edilib
- 10.05.2026 [16:48]
AMEA-nın kollektivi Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib
- 10.05.2026 [14:53]
BDU kollektivi Ulu Öndərin məzarını ziyarət edib
- 10.05.2026 [11:45]
Milli Kitabxanada tarixçi-alimə həsr edilən sərgi təqdim olunub
- 10.05.2026 [11:08]
Heydər Əliyev irsi və müasir Azərbaycan təhsilinin yüksəlişi
- 10.05.2026 [10:12]