Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda “Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi təhlil” kitabının təqdimatı olub VİDEO

Bakı, 31 mart, AZƏRTAC

Martın 31-də Ombudsman Aparatı və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyinə həsr edilən tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, ali təhsil müəssisələri və media qurumları rəhbərlərinin, hüquq ictimaiyyəti nümayəndələrinin, alimlərin iştirak etdikləri tədbirdə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru, professor Əmir Əliyevin “Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi təhlil” kitabının təqdimatı olub.

Tədbir soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Ombudsman Elmira Süleymanova erməni millətçiləri tərəfindən yüz illər boyu planlı şəkildə azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasətindən danışıb. O, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında dövlətimizin, xüsusilə Heydər Əliyev Fondunun gördüyü işləri qeyd edib. Ombudsman Azərbaycan, fransız, ingilis, rus və türk dillərində nəşr edilmiş “Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi təhlil” kitabının önəmindən bəhs edib. Bildirib ki, kitabın beş dildə nəşr edilməsi ermənilərin tarixboyu azərbaycanlılara qarşı törətdiyi cinayətlərin dünya miqyasında tanıdılması, məsələyə siyasi-hüquqi qiymətin verilməsi baxımından olduqca əhəmiyyətlidir. Beynəlxalq hüquq qaydalarının qorunması, habelə beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsi beynəlxalq xarakterli cinayətlərlə, xüsusilə terrorçuluqla mübarizə sahəsində fəaliyyətdən də çox asılıdır. Bununla belə, müasir dövrdə terrorçuluğun transmilli cinayətlərlə qarşılıqlı əlaqəsini də nəzərdən qaçırmamaq lazımdır. Məhz bu baxımdan, müəllif kitabda terrorçuluq cinayətini beynəlxalq sülhə və təhlükəsizliyə qəsd edən bir əməl kimi təhlil edib. O, ermənilərin azərbaycanlılara qarşı terrorçuluq aktlarını üç aspektdən - beynəlxalq hüququn prinsiplərinin pozuntusu, törədilmiş beynəlxalq cinayətlərlə qarşılıqlı əlaqədə olan ictimai-təhlükəli əməl və sadəcə terrorçuluq cinayəti kimi nəzərdən keçirib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib ki, kitabın nəşrinin bu günə təsadüf etməsi çox böyük hadisədir. Bu, Azərbaycanın hüquq ictimaiyyəti, ümumiyyətlə, bütün ölkə vətəndaşları üçün olduqca mühüm hadisədir.

Konstitusiya Məhkəməsinin sədri qeyd edib ki, ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 mart soyqırımına siyasi-hüquqi qiymət verilib. Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamı bu hadisələrə bir daha elmi, insani və bəşəri cəhətdən nəzər salmağımıza imkan verdi. Kitabın rəyçiləri beynəlxalq hüquq sahəsində çox nüfuzlu şəxslərdir. Bu da, öz növbəsində, Azərbaycana qarşı ədalətsizliyin beynəlxalq aləmə çatdırılmasının bir formasıdır.

Fərhad Abdullayev deyib ki, kitabda beynəlxalq humanitar hüququn Ermənistan tərəfindən kobudcasına pozulması faktları və nüfuzlu beynəlxalq təşkilatların qərarları, qətnamələri, o cümlədən Avropa Məhkəməsinin qərarlarında əksini tapan müəyyən məqamların olmasına baxmayaraq, onların icrası baxımından Azərbaycanın kobud şəkildə ədalətsizliklə rastlaşmasının təhlili ətraflı şəkildə verilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, 31 mart - Azərbaycanlıların Soyqırımı Günü tariximizin ən ağrılı səhifələrindən biridir. Həmin illərdə ermənilərin Azərbaycanda törətdikləri qırğın haqqında bizə çatan tarixi sənədlərdəki faktlar Şamaxıda, Qubada, Muğanda, Zəngəzur qəzasında, Qarabağda, İrəvan quberniyasında və ölkənin digər ərazilərində azərbaycanlıların amansızlıqla qətlə yetirildiyini, şəhər və kəndlərin talan edilərək dağıdıldığını sübut edir. Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla 31 mart tarixi hər il Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunur.

Hicran Hüseynova bu gün təqdimatı keçirilən kitabın Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə göndərilməsinin, həmin ölkələrdə bununla bağlı “dəyirmi masa”ların keçirilməsinin, nəşrdə olan materialların hissə-hissə beynəlxalq səviyyəli media qurumlarının saytlarında yerləşdirilməsinin vacibliyini qeyd edib. Komitə sədri vurğulayıb ki, 31 mart soyqırımı ilə bağlı portal yaradılmalı və bu kimi elmi əsərlər həmin portalda yerləşdirilməlidir.

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, Ukrayna Hüquq Elmləri Akademiyasının həqiqi üzvü Oleq Zayçuk, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, parlamentin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Elçin Əhmədov, ukraynalı professor Leonid Timçenko, Rusiya Federasiyası Kazan Federal Universitetinin professoru Adel Abdulin, Qazaxıstanın Dövlət və Hüquq İnstitutunun direktoru, Qazaxıstan Beynəlxalq Hüquq Assosiasiyasının prezidenti Aron Salimqerey təqdimatı keçirilən kitab haqqında fikirlərini bölüşüblər. Kitabın müxtəlif dillərdə nəşr edilməsinin əhəmiyyəti xüsusi qeyd edilib.

Bildirilib ki, erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı iki əsrdən artıq müddətdə planlı şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasətinin məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaq və bu ərazilərdə “böyük Ermənistan” dövləti yaratmaq olub. Ermənilərin törətdikləri qanlı faciələrin ən dəhşətlilərindən biri 1918-ci il martın 31-də azərbaycanlılara qarşı həyata keçirilən, ağır nəticələri ilə seçilən soyqırımıdır. Təkcə Şamaxı şəhəri və ona qonşu olan kəndlərdə törədilmiş soyqırımı barədə bu gün arxivlərdə minə yaxın səhifədən ibarət araşdırma materiallarının olması faciənin miqyasını bir daha göstərir. Tarix sübut edib ki, erməni millətçiləri sonralar da öz çirkin niyyətlərindən əl çəkməyib, dinc azərbaycanlıları qəddarlıqla kütləvi qırğına məruz qoyub, cinayətlərini ört-basdır etmək üçün müxtəlif vasitələrə əl atıb, hadisələri saxtalaşdırıblar.

Sonda çıxış edən müəllif Əmir Əliyev “Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi təhlil” kitabının yazılmasında əsas məqsədin ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin məqsədyönlü siyasətində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələləri, irəli sürülən ideyaları hüquqi aspektdə təhlil etməkdən ibarət olduğunu deyib. O vurğulayıb ki, Azərbaycan dövlətinin xarici siyasəti beynəlxalq hüquq normalarının bərqərar olması istiqamətində fəaliyyət göstərir: “Ona görə də bir hüquqşünas alim olaraq qarşımda mühüm bir məqsəd var idi. Mən Azərbaycan cəmiyyətində aparılan tədqiqatlar, xarici alimlərdən əldə etdiyim bütün materiallar əsasında beynəlxalq hüquq sahəsində biliyimi və tədqiqatlarımı bu istiqamətdə sərf etməli idim. Bu, mənim vətəndaşlıq borcumdur”.

Bakıda “Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi təhlil” kitabının təqdimatı olub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kosmik hava proqnozu açıqlanıb

Qərbi Avropada qızmar istilərə hazırlıq görülür

“Sabah”ın futbolçusu Özbəkistan millisinin dünya çempionatı üçün ilkin heyətinə çağırılıb

WUF13 Bakının beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi rolunu bir daha təsdiqlədi - ŞƏRH

“PAŞA Bank” IPO üzrə abunə yazılışının müddətini uzadıb

Azərbaycan yaşıl urbanizasiya modelinin regional nümunəsini formalaşdırır – YENİLƏNİB

“The Telegraph”: NATO-nin əsas müttəfiqləri Ukraynaya hərbi yardım üçün hər il ÜDM-in 0,25 faizini ayırmaq təklifini bloklayıb

“Sabah” Qazaxıstan millisinin qapıçısı ilə müqaviləni yeniləyəcək

“DOST Müfəttiş” layihəsi üzrə 28 müəssisədə diaqnostik qiymətləndirmə aparılaraq dəstək göstərilib

Azərbaycanın şəhərsalma siyasətində müasir urbanizasiya prinsipləri ön plana çıxır

Qusarda əmək yarmarkası: 59 boş iş yeri, 1500 manatadək maaş

ETX vətəndaşlara yeni kiberdələduzluq üsulu ilə bağlı xəbərdarlıq edib

Hörmüz boğazının açılacağı tarix bəlli deyil

bp AÇG-də ilk dəfə multilüləli quyu texnologiyası tətbiq edib

Zərdabda leysan sularının fəsadları aradan qaldırılır: əraziyə FHN-in qüvvə və texnikası cəlb olunub

Yekaterinburqda “Memarlıq və Şəhərsalma İli”nə həsr olunmuş minifutbol turniri

Yılmaz Batıbay: Müasir şəhərsalmada metro artıq zərurətə çevrilib

Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç olub

Özbəkistanda antikorrupsiya tədbirləri həyata keçirilib

Siyasi şərhçi: “Bakı Fəaliyyətə Çağırış” Azərbaycanın bərpa modelinə beynəlxalq dəstəyi əks etdirir

Mingəçevirdə valideynlər üçün narkomaniya ilə bağlı maarifləndirici tədbir təşkil olunub

Leyla Əhmədova: İnnovativ dayanacaq layihəsi davamlı şəhər infrastrukturuna xidmət edir

® “Expressbank”dan region sahibkarları üçün növbəti “Maliyyə savadlılığı” təlimi

London Hörmüz boğazının minalardan təmizlənməsi əməliyyatlarına töhfə verməyə hazırdır

Serbiya Prezidenti istefa verə biləcəyini açıqlayıb

“PAŞA Bank” səhmdarlarına 107 milyon manat dividend ödəyəcək

Madriddə kirayə haqlarının artması kütləvi etirazlara səbəb olub

“Səbail”in icraçı-direktoru: Komandanın taleyinə 2 həftə sonra aydınlıq gələcək

31-ci Bakı Enerji Həftəsi və 23-cü Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi baş tutacaq

İspaniya millisinin dünya çempionatı üçün heyəti açıqlanıb

Azərbaycanda sahibkarlığın inkişaf mexanizmlərinə dair yeni monoqrafiya nəşr olunub

Jurnalistlərə heyvan kəsimi prosesi əyani şəkildə nümayiş etdirilib VİDEO

Jurnalistlərə heyvan kəsimi prosesi əyani şəkildə nümayiş etdirilib VİDEO

WUF13-ün keçirildiyi günlərdə 52 nəfərə tibbi xidmət göstərilib

Gürcüstanın Azərbaycan ilə sərhəd zonasında yeni milli park yaradılacaq

® “Azercell”dən “Honor” smartfonlarına xüsusi kampaniya

Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudesdən

Nərimanov rayonunda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb

Çin Tayvanla bağlı “yanlış siqnallar” verən Almaniyaya xəbərdarlıq edib

Gəncə və Bərdədə əlilliyi olan şəxslərin əl işlərinin satış sərgisi olub

“Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının sədri Arif Quliyevdən

Minifutbol millisinin qapıçısı: Avropa çempionatına dünya reytinqinin lideri kimi yollanırıq

Xalq dilinin poetik gücü və fəlsəfi düşüncənin vəhdəti - “Labirint” haqqında dilçi-alimin düşüncələri

Mərkəzi Asiya Mediatorlar Konsorsiumunun həmsədrləri Jandilda Jakupov və Gülsina Kojoyarovadan

Türkiyənin Şanlıurfa şəhərində parklar və restoranlar su altında qalıb

Qərbi Azərbaycanın Novruz mərasimi mətbəxinin ənənələri təhlil edilib

“Araz-Naxçıvan” qapıçısı ilə yeni müqavilə imzalayıb

Zəvvarlar Mina dağına yürüşlə Həcc ziyarətinə başlayıblar

Elşad Quliyev: Azərbaycan minifutbol millisi Avropa çempionatına tam hazırdır

® Şəbnəm Əlirzayeva: Qalxanabənzər vəzi pozğunluqları psixoloji vəziyyətə birbaşa təsir göstərir

Azərbaycan Premyer Liqasının ən sərrast futbolçusu mükafatlandırılıb

ABŞ BMT TŞ-nin iclasında iştirak etmək istəyən Əraqçiyə viza verməyib

İsmail Beqai: ABŞ ilə danışıqlarda irəliləyiş əldə edilib

Premyer Liqa klubu bombardiri ilə yollarını ayırıb

Agentliyin şöbə müdiri: Heyvan kəsimi qaydalarına əməl etmək lazımdır VİDEO

Agentliyin şöbə müdiri: Heyvan kəsimi qaydalarına əməl etmək lazımdır VİDEO

Hər il baharda İsveç təbiəti sarı rəngə boyanır VİDEO

Hər il baharda İsveç təbiəti sarı rəngə boyanır VİDEO

Leysan və daşqınlar Şimali Qafqazın yaşayış məntəqələrini ətraf dünyadan təcrid edib

Şükürbəyli kəndində daha 119 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

Ermənistan XİN: Rubionun İrəvana səfərinin qarşıdakı seçkilərlə əlaqəsi yoxdur

Sumqayıt Teatrından uşaqlara bir iyun sürprizi

Minifutbol üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb

Türk sivilizasiyası dünya tarixində dərin fəlsəfəsi və dövlətçilik ənənələri olan nəhəng bir fenomendir - ŞƏRH

Gürcüstanın Baş naziri: Azərbaycanla danışıqlara ortaq maraqlar baxımından dostcasına söhbət kimi yanaşırıq

AQTA-nın nümayəndəsi: Qurban bayramı günlərində heyvanların kəsiminə və satışına ciddi nəzarət ediləcək VİDEO

Azərbaycan-Afrika münasibətləri: Bakıda “Afrika Günü”nə həsr olunmuş beynəlxalq konfrans - YENİLƏNİB

Yağıntılar sabah axşam tədricən kəsiləcək

Azərbaycan minifutbol millisi Avropa çempionatına ciddi hazırlaşır

QMİ sədri həmvətənlərimizi Qurban bayramı münasibətilə təbrik edib, bayram namazının vaxtını açıqlayıb

XİN-in rəsmisi: Afrika Azərbaycanın xarici siyasətində ən vacib istiqamətlərdən birinə çevrilib

Bu gün Ümumdünya Futbol Günüdür: Bu oyun sadəcə topun arxasınca qaçmaq deyil

AzMİU-da dil, milli kimlik və tarixi şüura həsr olunmuş elmi seminar təşkil edilib

Hacıqabulda toxumluq əkinlərdə aprobasiya prosesi həyata keçirilib

ABŞ Dövlət katibi: İranla sülh razılaşması ilə bağlı nəticə bu gün elan edilə bilər

Özbəkistan universitetinin rektoru AzTU-nun qonağı olub

Fiziki şəxslərin əmanətlərinin 70 faizi milli valyutadadır

Bayram günlərində avtovağzallar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Hərbi-idman oyununun paytaxt üzrə finalçıları bəlli olub

Qarabağda iki mədəniyyətin görüşü: Azərbaycan və Yaponiya

“Azərbaycan rüzgarı” proqramının aparıcısı: Ölkəmin mədəniyyətini təmsil etməkdən qürur duyuram

“Africa CDC” Ebola virusunun Afrikanın 10 ölkəsinə yayılması riski barədə xəbərdarlıq edib

Beynəlxalq ictimaiyyət ilk dəfə Ümumdünya Futbol Gününü qeyd edir

Baş dövlət baytarlıq müfəttişi qurban kəsimi ilə bağlı vətəndaşlara müraciət edib

WUF13 ölkəmiz üçün mühüm perspektivlər və yeni imkanlar müəyyənləşdirir – ŞƏRH

Rəqəmsal infrastrukturda yeni mərhələ: Milli Superkompüter Mərkəzi

“Könüllü Liderlərin İnkişaf Konsepsiyası” Proqramının açılış mərasimi olub VİDEO

“Könüllü Liderlərin İnkişaf Konsepsiyası” Proqramının açılış mərasimi olub VİDEO

İsmayıllı sakini: Dövlətin dəstəyi sayəsində həyatımda yeni səhifə açıldı VİDEO

İsmayıllı sakini: Dövlətin dəstəyi sayəsində həyatımda yeni səhifə açıldı VİDEO

Güləş millisinin böyük məşqçisi: Avropa çempionatında favoritlərin eyni qruplarda yer alması balansı dəyişdi

WUF13 qlobal gündəliyin formalaşdırıldığı mühüm platforma kimi tarixə düşdü ŞƏRH

BDU-da Birinci Türkoloji Qurultaya həsr olunmuş elmi seminar

“Kəpəz” portuqaliyalı müdafiəçi ilə müqaviləni yeniləyib

ADU-da “Birgünlük xəlifə” layihəsində iştirak edən tələbələr vəzifələrinin icrasına başlayıblar VİDEO

ADU-da “Birgünlük xəlifə” layihəsində iştirak edən tələbələr vəzifələrinin icrasına başlayıblar VİDEO

Qurban bayramında gün ərzində 23 min heyvanın kəsilərək və ya diri halda satışının həyata keçirilməsi üçün şərait yaradılacaq VİDEO

Qurban bayramında gün ərzində 23 min heyvanın kəsilərək və ya diri halda satışının həyata keçirilməsi üçün şərait yaradılacaq VİDEO

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

Azərbaycanın beynəlxalq məhkəmə əməkdaşlığına töhfəsi yüksək qiymətləndirilib

Ramid Namazov: Afrika böyüyən qitədən qərar verən qitəyə çevrilir

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandan

Azərbaycan dili imtahanında ikinci cəhd iştirak etmək üçün qeydiyyat başlanıb

® “Azpetrol” şirkətinə məxsus 1 hotel və 8 motel xidmətinizdədir!

KLİK Proqramı 6 ay davam edəcək

BMT-nin özünü idarə etməyən ərazilərin xalqları ilə Həmrəylik Həftəsi

Sultan Hacıyev: WUF13-də Afrika ölkələrinin fəal iştirakı müzakirələrin uğuruna mühüm töhfə verib