® “Azpetrol” şirkətinə məxsus 1 hotel və 8 motel xidmətinizdədir!
Azərbaycanın 8 bölgəsində — Qusar, Şəki, Balakən, Qazax, Beyləqan və Kürdəmir rayonlarında, həmçinin Mingəçevir və Gəncə şəhərlərində yerləşən “Azpetrol” motelləri həm sürücülər, həm də ailəvi səyyahlar üçün nəzərdə tutulmuş rahat və müasir istirahət məkanlarıdır.
“Azpetrol” motelləri bayram səyahətinizin ən etibarlı istirahət nöqtəsi kimi sizi qarşılamağa hazırdır.
Bayram günlərində yola çıxarkən səyahətin rahat, təhlükəsiz və stresssiz keçməsi seçdiyiniz istirahət məkanından çox asılıdır. “Azpetrol” motelləri uzun yolun yorğunluğunu üzərinizdən atmaq, özünüzü ev rahatlığında hiss etmək və səyahətinizə yeni enerji ilə davam etmək üçün ideal seçimdir. Azərbaycanın əsas magistral yolları boyunca yerləşən motellər təmiz, geniş və komfortlu otaqları ilə qonaqları səliqəli və rahat mühitdə qarşılayır.
“Azpetrol” motellərində rezervasiya həm onlayn hotel bron sistemi vasitəsilə — www.booking.com, həm də motellərlə birbaşa əlaqə saxlayaraq mümkündür.
Motellərin ünvanı və əlaqə nömrələri ilə tanış olmaq üçün: https://azpetrol.az/products-and-services.
“Wyndham Garden Baku” hoteli
Turistlərin rahatlığını nəzərə alaraq onlar üçün hər cür şərait yaradan və “Azpetrol” şirkətinə məxsus olan “Wyndham Garden Baku” hoteli 2022-ci il oktyabrın 25-dən fəaliyyət göstərir. Hotelin rəsmi açılış mərasimi isə 2023-cü il yanvarın 27-si baş tutub.
Hotel qonaqlara ümumilikdə 88 otaq, konfrans zalı, 15 nəfərlik iclas zalı, həmçinin müxtəlif tutumlu banket zalları təqdim edir. Bunlara 180 nəfərlik “Xan Çinar” zalı və 70 nəfərlik “Şam” zalı daxildir. Bundan əlavə, hotel restoran, SPA və fitnes xidmətləri ilə də qonaqların ixtiyarındadır.
Hava limanından və şəhər mərkəzindən cəmi 15 dəqiqəlik məsafədə yerləşən “Wyndham Garden Baku” hotelində qonaqların rahatlığını təmin etmək məqsədilə xüsusi transfer xidməti də fəaliyyət göstərir. Hoteldə 100-ə yaxın peşəkar və gülərüz əməkdaş çalışır.
“Wyndham Garden Baku” hoteli müxtəlif tədbirlərin, əlamətdar günlərin, banket və şənliklərin keçirilməsi üçün tam uyğun məkandır.
Hoteldə fəaliyyət göstərən “Magnolia” restoranının təcrübəli aşpazları tərəfindən hazırlanan milli və dünya mətbəxinə aid təamlar öz unudulmaz dadı ilə qonaqları valeh edir.
Bundan əlavə, hotelin tərkibində fəaliyyət göstərən “Olive SPA & Wellness” mərkəzi qonaqların asudə vaxtını həm maraqlı, həm də faydalı keçirməsi üçün nəzərdə tutulub. Burada 25 metr uzunluğunda hovuz, kardio və fitnes zalları, fin və rus saunaları, türk hamamı, kisə, köpüklü masaj, bədən skrabı xidmətləri, həmçinin çoxsaylı masaj və müalicə otaqları qonaqların tam ixtiyarına verilib.
Həmçinin “Vitamin Bar”, idman zalı və fitnes xidmətləri vasitəsilə peşəkar təlimçilərin köməyi ilə istədiyiniz bədən formasını əldə edə bilərsiniz.
Unudulmaz səyahət, rahat istirahət və yüksək xidmət keyfiyyəti üçün seçiminizi “Azpetrol” motelləri və “Wyndham Garden Baku” hotelindən edin. Yol boyu komfortu, təhlükəsizliyi və ev rahatlığını hiss etmək üçün sizi “Azpetrol” ailəsinin qonağı olmağa dəvət edirik!
Ətraflı məlumat əldə etmək üçün: https://wyndhamgardenbaku.com/
“Azpetrol” — Daim inkişafa doğru!