CƏMİYYƏT


Binəqədi qəsəbəsində piyadanı vuraraq hadisə yerindən yayınan şəxs tutulub

Bakı, 22 noyabr, AZƏRTAC

Binəqədi rayonunun Binəqədi qəsəbəsində yolu keçən qəsəbə sakini F.Həsənov müəyyən edilməyən avtomobillə vurulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yol-nəqliyyat hadisəsini törədərək qaçmaqda şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini M.Nəbiyev Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyənləşərək saxlanılıb.

Faktla bağlı rayon polis idarəsində araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.