Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bir millətin iki dövlətini birləşdirən körpü – “Ümid” körpüsü

Bir millətin iki dövlətini birləşdirən körpü – “Ümid” körpüsü

Naxçıvan, 28 may, AZƏRTAC

Mayın 28-i tarixin yaddaşına daha bir əlamətdar hadisə ilə həkk olunub. 27 il bundan əvvəl həmin gün Azərbaycan-Türkiyə sərhədində, Araz çayı üzərində “Ümid” körpüsü açılıb. Bu tarix iki qardaş xalqı bir-birinə qovuşdurmaq, yurddan-yurda, könüldən-könülə körpü salmaq baxımından mühüm əhəmiyyət daşıyır.

İki ölkə arasında iqtisadi, mədəni, sosial, siyasi əlaqələrin inkişaf simvolu: Sədərək-Dilucu körpüsü

Türk dünyası üçün strateji əhəmiyyət kəsb edən, Şərqlə Qərbin qоvşağında, Böyük İpək Yоlunun üzərində yеrləşən Naxçıvan tarixboyu düşmənlərin hədəfində olub. Ötən əsrin sonlarında ölkəmiz yenidən müstəqilliyini qazandığı bir vaxtda ermənilər məqsədli şəkildə Naxçıvanı blokadaya salıb, bu qədim Azərbaycan torpağını ələ keçirmək üçün yenidən məkrli planlar həyata keçirməyə başlayıblar. Belə bir dövrdə ulu öndər Heydər Əliyevin Naxçıvana gəlməsi, burada yaşayıb siyasi fəaliyyət göstərməsi muxtar respublikanı işğaldan qorudu. Ümummilli Liderimizin bu məqsədlə həyata keçirdiyi tədbirlərdə dost və qardaş ölkə olan Türkiyə ilə əlaqələrin qurulması mühüm yer tutub.

Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikası arasında əlaqələrin əsası isə 1992-ci ilin martında qoyulub. Həmin dövrdə Naxçıvanda “Bir millət, iki dövlət” anlayışının reallığa çevrilməsi mərhələsi başlanıb. Ulu öndər Heydər Əliyevin 1992-ci il mart ayının 22-dən 24-dək Türkiyəyə səfəri çərçivəsində “Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında əməkdaşlıq protokolu” imzalanıb, Naxçıvanla Türkiyə Cümhuriyyəti arasında gediş-gəlişi təmin etmək məqsədilə Sədərək-Dilucu körpüsünün tikintisinə başlanılıb. Həmin il mayın 28-də iki ölkə arasında iqtisadi, mədəni, sosial, siyasi əlaqələrin inkişaf simvolu hesab olunan Sədərək-Dilucu körpüsü istifadəyə verilib. Körpünün açılışında Türkiyənin ozamankı Baş Naziri Süleyman Dəmirəl və qardaş ölkənin digər yüksək səviyyəli hökumət nümayəndələri də iştirak ediblər.

Körpünün istifadəyə verilməsi ilə Naxçıvanda blokadanın ağır fəsadları tədricən aradan qalxmağa başladı

Sədərək-Dilucu körpüsünün istifadəyə verilməsi ilə Naxçıvanda blokadanın ağır fəsadlarının tədricən aradan qaldırılmasına, əhalinin maddi rifah halının yaxşılaşdırılmasına, muxtar respublikanın dünyaya tanıdılmasına, Qərbə inteqrasiyasına başlandı. Eyni zamanda bu, Türkiyənin şərq vilayətlərinin inkişafına təkan verib, nəqliyyat əlaqələrinin inkişafı və beynəlxalq daşımalar üçün yeni istiqamət müəyyənləşdirdi. Ulu öndərimiz Heydər Əliyev körpünün açılışı zərurətini belə xarakterizə edirdi: “Mən özümü xoşbəxt hesab edirəm ki, gördüyüm bütün başqa işlərlə bərabər, o ümid, həsrət körpüsünün qısa müddətdə tikilməsinin, yaranmasının təşəbbüskarı oldum. Naxçıvan Türkiyəyə açıldı”.

Türkiyə-Azərbaycan, Naxçıvan əlaqələrinin bugünkü səviyyəsini, Türk dünyasının birlik və bütövlük ideyalarının gerçəkləşdirilməsi istiqamətində görülən işlər şərh edilərkən Sədərək-Dilucu körpüsünün əhəmiyyəti xüsusi vurğulanır. Çünki Sədərək-Dilucu körpüsü Azərbaycan-Türkiyə əlaqələrinin inkişafının başlanğıc nöqtəsidir. Ötən 27 ildə qardaş ölkənin yaxın vilayətləri ilə muxtar respublika arasında iqtisadi-ticarət və humanitar əlaqələrin inkişafı davamlı xarakter alıb. Ali Məclis Sədrinin 2010-cu ilin 26-29 aprel tarixlərində Türkiyə Respublikasına rəsmi səfəri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikası arasındakı münasibətlərin inkişafı baxımından xüsusi əhəmiyyətə malik olub. Bu gün Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin yaxın bölgələri arasında bütün sahələrdə mövcud olan qarşılıqlı əlaqələr dinamik şəkildə inkişaf edir.

Türk dünyasının birlik və həmrəyliyində də Naxçıvanın xüsusi yeri olub. 2008-ci ildə Türkiyə Baş Nazirinin Naxçıvana səfər etməsi, 2009-cu ildə isə Türkiyə Prezidentinin Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Görüşündə iştirak etmək üçün Naxçıvana gəlməsi qardaş ölkənin Azərbaycanın bu qədim diyarına verdiyi önəmin əyani ifadəsidir. 2010-cu ilin oktyabr və 2018-ci ilin dekabr aylarında Azərbaycan-Türkiyə biznes-forumlarının Naxçıvanda keçirilməsi isə iqtisadi əlaqələrin yeni müstəvidə sürətli inkişafı üçün əlverişli imkanlar açıb. 2017-ci il dekabrın 20-də Türkiyə Respublikasının ozamankı Baş Naziri Naxçıvan Muxtar Respublikasına səfər edib.

Hazırda Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasındakı əlaqələr bir çox istiqamətlər üzrə uğurla inkişaf etdirilir. Xüsusilə iqtisadi-ticarət, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə əlaqələrin inkişafı məmnunluq doğurur. Türkiyə hökumətinin qəbul etdiyi tənzimləmə qərarına görə, Naxçıvan Muxtar Respublikasındakı istehsal müəssisələrinin Türkiyəyə məhsul ixracına güzəştlər tətbiq olunması və muxtar respublikaya sərbəst ticarət imkanı verilməsi isə ikitərəfli münasibətlərin uğurlu inkişafının nəticəsidir. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında ordu quruculuğu sahəsindəki əməkdaşlıq da ilbəil genişləndirilir.

“Ümid” körpüsü təkcə Türkiyə ilə Azərbaycanı yox, eyni zamanda, Türk dünyasını birləşdirən körpü kimi mühüm əhəmiyyətə malikdir.

Bu gün muxtar respublikanın sürətli sosial-iqtisadi inkişaf dinamikası, ixrac potensialı, eləcə də qarşılıqlı faydalı əməkdaşlıq imkanları türk iş adamlarının bölgəyə marağını artırır, Türkiyə ilə qarşılıqlı əlaqələr durmadan inkişaf edir. Artıq “Ümid” körpüsünün davamı olaraq Naxçıvanla Türkiyə arasında hava nəqliyyatının fəaliyyət göstərməsi və Bakı-Tbilisi-Qars-Naxçıvan dəmir yolu xəttinin inşası blokada vəziyyətində yaşayan Naxçıvanın qardaş ölkə ilə əlaqələrindəki tarixi rolunun bərpasına hesablanmış məqsədyönlü addımlardır.

Türkiyə ilə Naхçıvan arasında digər sahələrdə оlduğu kimi, gömrük işi sahəsində də qarşılıqlı anlaşma şəraitində möhkəm əlaqələr mövcuddur. Sоn illərdə ikitərəfli münasibətlərin daha da dərinləşməsi, birgə əməkdaşlığın gücləndirilməsi istiqamətində ardıcıl iş aparılır, müхtəlif sahələrdə razılaşmalar əldə оlunur. Məhz bunun nəticəsidir ki, gömrük orqanlarımız 24 saat fəaliyyət göstərir. Hər iki tərəfdən gömrük infrastrukturunun modernləşdirilməsi istiqamətində görülən işlər qarşılıqlı münasibətlərə verilən önəmin ifadəsidir.

“Ümid” körpüsünün istifadəyə verilməsi, Türkiyə-Azərbaycan, Naxçıvan əlaqələrinin qurulması, inkişafı və dərinləşməsi istiqamətində taleyüklü addım olub. Bu körpü təkcə Türkiyə ilə Azərbaycanı yox, eyni zamanda, Türk dünyasını birləşdirən körpü kimi mühüm əhəmiyyətə malikdir. Sədərək-Dilucu körpüsü vasitəsilə həyata keçirilən tədbirlərin böyük tarixi əhəmiyyətə malik olmasına diqqəti çəkən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dediyi kimi: “Bizim bütün əlaqələrimiz qardaşlığımızın və dostluğumuzun əbədi nişanəsi, böyük Atatürkün və ümummilli lider Heydər Əliyevin izləri olan Sədərək-Dilucu körpüsü vasitəsilə həyata keçirilir”.

AZƏRTAC-ın Naxçıvan bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan kanoeçisi Polşada keçiriləcək dünya çempionatında iştirak edəcək

Naxçıvanda balıqçılıq təsərrüfatları bərpa olunur: onlarla yeni iş yeri yaradılacaq

Məişət əşyaları və moped oğurlayan şəxslər saxlanılıblar

Robot 100 metr məsafəyə qaçışda Usain Boltun rekordunu qırıb

Zaur Şükürov: Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsində uğurla inkişaf edir

Gürcüstan qəzetində iki ölkə gənclərinin birgə düşərgəsindən bəhs olunan məqalə dərc edilib

Qazaxda 4 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Qazaxda 4 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

“Yay Fest”in “Mühəndislik və Kod” düşərgəsi texnologiyaya həvəsi olan gəncləri bir araya gətirib

Milli Qəhrəman İsgəndər Aznaurovun xatirəsi anılıb

Azər Badamov: Azərbaycanla Özbəkistan arasında iqtisadi və ticarət əlaqələri sürətlə genişlənir

Birinci Türkoloji Qurultayın 100 illiyi Tbilisidə qeyd olunub

Azərbaycan Kuala Lumpurda beynəlxalq turizm sərgisində təmsil olunub

Faciənin altıncı ildönümü: Türkiyədə sel qurbanlarının xatirəsi anılır

Azərbaycan-Özbəkistan iqtisadi tərəfdaşlığı yeni imkanlar açır ŞƏRH

“Met Office”dən xəbərdarlıq: Güclü El-Nino qlobal temperaturu yüksəldəcək

Azərbaycan-Özbəkistan əməkdaşlığı Türk dünyasının gücünü artırır RƏY

Böyük Britaniya miqrantların ölkələrinə könüllü qayıdışı üçün təxminən 40 milyon funt sterlinq xərcləyib

Bakı ilə Daşkənd arasında möhkəmlənən körpü bütöv coğrafiyanın gələcəyini bir-birinə bağlayır ŞƏRH

Türkiyədə ilin sonunadək bütün F-16 parkı modernləşdiriləcək

AKTİ beynəlxalq forumda Azərbaycanı təmsil edib

“Yeni nəsil energetiklər” yarışında Qazax komandası finala vəsiqə qazanıb

Yaponiya hərbi potensialını süni intellektli dronlarla gücləndirir

Azərbaycan neftinin qiyməti 97 dollar olub VİDEO

Azərbaycan neftinin qiyməti 97 dollar olub VİDEO

Almaniyanın xarici işlər naziri Ukraynaya səfər edib

Dağları yaran Kəlbəcər-Laçın yolunun yarıdan çoxu hazırdır VİDEO

Dağları yaran Kəlbəcər-Laçın yolunun yarıdan çoxu hazırdır VİDEO

M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir

Azərbaycan-Özbəkistan müttəfiqliyi Türk dünyasının gücünü artırır - ŞƏRH

Sabaha olan hava proqnozu açıqlanıb

Türkiyədə keçirilən XXII Beynəlxalq Qafqaz Rəqs və Musiqi Festivalı başa çatıb VİDEO

Türkiyədə keçirilən XXII Beynəlxalq Qafqaz Rəqs və Musiqi Festivalı başa çatıb VİDEO

Bakıda oğurluq edən 4 şəxs saxlanılıb

Azərbaycan-Özbəkistan münasibətləri ən yüksək inkişaf mərhələsini yaşayır RƏY

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

“Daşlara həkk olunan tale: Əcəmi Naxçıvani” bədii-sənədli filminin çəkilişləri yekunlaşıb

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib

Bilgəh Kardioloji Sanatoriyasında təxliyə təlimi təşkil edilib VİDEO

Bilgəh Kardioloji Sanatoriyasında təxliyə təlimi təşkil edilib VİDEO

Azərbaycan-Özbəkistan münasibətləri möhkəm bünövrə üzərində müttəfiqlik səviyyəsinə yüksəlib ŞƏRH

Polis əməkdaşları axtarışda olan şəxsləri saxlayıb, külli miqdarda çətənə kolu və silah-sursat aşkarlayıb

Hacıqabulda avtoxuliqanlıq edən sürücü həbs edilib VİDEO

Hacıqabulda avtoxuliqanlıq edən sürücü həbs edilib VİDEO

Ötən gün Azərbaycanda 47 cinayət açılıb, 107 axtarışda olan şəxs saxlanılıb

Krivoy Roqdakı ticarət mərkəzinə dron zərbəsi nəticəsində ölənlərin sayı 16-ya çatıb, 9 nəfər itkin düşüb

Rusiya ordusu Kiyevdə lokomotiv deposuna zərbələr endirib

Xəzər dənizində zəlzələ baş verib

Azərbaycan Prezidentinin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsi beynəlxalq aləmdə böyük maraq doğurub - ŞƏRH

Qazaxıstanda pilotsuz uçuş aparatlarının köməyi ilə 63 nəfər xilas edilib

Azərbaycan Premyer Liqasında II tur start götürür

Xorvatiyada kiçik təyyarə qəzaya uğrayıb, 2 nəfər həlak olub

Məşhur pişik Larrinin ölüm xəbəri Mark Tvenə məxsus sitatla təkzib olunub

Tramp 3-cü dəfə seçkilərə qatılmaq istəyir: Bunu qadağan edən qanun dəyişdirilsə, məmnun olaram

Ayxan Abbasov millinin futbolçusuna görə “Bursaspor”un oyununu canlı izləyib

FIFA dünya çempionatının final oyunundakı kütləvi dava ilə bağlı qərarları açıqlayıb

Tramp: Aralıq seçkiləri uduzsam, impiçmentə məruz qalacağam

ABŞ miqrantların geri qaytarılması üçün Liberiyaya 5 milyon dollar ödəməyə razılaşıb

Donald Tramp: ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarda heç bir məhdudiyyəti yoxdur

Azərbaycan millisinin voleybolçusu: Meydanda əsl əzmkar mübarizə nümayiş etdirdik

Premyer Liqa: “Arsenal” mövsümün açılış oyununda böyükhesablı qələbə qazanıb

Tramp: ABŞ Hörmüz boğazına tam nəzarət edir

Ağdərəyə qayıdışın sevinc dolu anları: Bundan sonra gözəl günlərimiz çox olacaq

Nəriman Axundzadə “Qalatasaray”a qarşı oynayıb, sarı vərəqə ilə cəzalandırılıb

Qazaxıstan Azərbaycanı Trans-Xəzər marşrutu üzrə əsas tərəfdaşlardan biri hesab edir

Ekspert: Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat şəbəkələrində Azərbaycanın mövqeyini möhkəmləndirəcək

Ankarada kömür mədənində qəza: 1 nəfər həlak olub, 20 işçi yaralanıb

Qazaxıstanda Qurultay seçkiləri ərəfəsində sükut günü başlayır

Azərbaycan səfiri etimadnaməsini Kosta Rika Prezidentinə təqdim edib

İmişlidə yol qəzası olub, piyada ölüb

Polina Rəhimova: Avropa çempionatı kimi möhtəşəm turnirin Azərbaycanda təşkili qürurvericidir

Rusiya ordusu Krivoy Roqda ticarət mərkəzini vurub, 14 nəfər həlak olub VİDEO

Rusiya ordusu Krivoy Roqda ticarət mərkəzini vurub, 14 nəfər həlak olub VİDEO

Ağdərə sakini: Arzularımızın gerçəkləşməsinin sevincini yaşayırıq

Beş Aİ ölkəsi Ruandada miqrantların qayıdış mərkəzlərinin yaradılması üzrə danışıqlar aparır

Portuqaliyalı voleybolçu: Azərbaycan millisinin güclü komanda olduğunu bilirdik

Azərbaycan güləşçilərinin dünya çempionatında qazandıqları medal sayı 7-yə çatıb

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 bürünc medal qazanıb

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə gənclərin infoturu təşkil olunub

Voleybol üzrə Avropa çempionatı: Azərbaycan millisi Portuqaliyanı məğlub edib  YENİLƏNİB

Şəkidə qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri müəyyənləşdirilib

BDU-nun “Bir yay, min xatirə” düşərgəsi maraqlı layihələrlə davam edir

“Şükür bu günə ki, qayıtdıq” - keçmiş məcburi köçkünün qürur dolu anları

Azərbaycan-Özbəkistan müttəfiqliyi Avrasiyada yeni geosiyasi reallıqlar yaradır - ŞƏRH

Azərbaycan millisi Andorra ilə yoldaşlıq oyunu keçirəcək

Bu saata olan əsas xəbərlər

Azərbaycan boks millisi Avropa çempionatını 2 medalla başa vurub

® Yüksək peşəkarlığı, zəngin təcrübəsi və məsuliyyətli yanaşması ilə tanınan həkim

İstirahət forması niyə dəyişir: insanlar asudə vaxtlarını necə keçirirlər?

Beynəlxalq Enerji Agentliyinin rəhbəri dizel və reaktiv yanacaq böhranı barədə xəbərdarlıq edib

Tokayev qarşıdan gələn Qurultay seçkilərini tarixi hadisə adlandırıb

Turizmin gələcək kadrları iş yerində yetişir – DUAL TƏHSİLİN YENİ ÜNVANI

TƏBİB immunizasiya tədbirlərini davam etdirir

MİQ üzrə müsahibə tarixləri açıqlanıb

İki mədəniyyət arasında körpü: Batumidə yeni üfüqlər

Bakı ilə Daşkənd arasında formalaşan münasibətlər ikitərəfli əməkdaşlıqdan daha geniş məna daşıyır - ŞƏRH

Hazırda Körfəzdəki tankerlərdə 41 milyon barel neftin qaldığı bildirilir

Bakı, Gəncə və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Səfir: Axıska türklərinə həsr olunmuş sərgi Azərbaycan və Türkiyənin bu məsələyə həssas münasibətini göstərir

Ekspert: Yeni Dövlət Proqramı turizm sektorunun inkişafına əlavə stimul verəcək

Bakıda voleybol üzrə Avropa çempionatının açılış mərasimi keçirilib

Azərbaycan və Qırğızıstan Ali məhkəmələri arasında əməkdaşlıq genişləndiriləcək

Xocavənddə mina partlayıb, 1 nəfər yaralanıb

Şahzadə Harri və daha 6 məşhur şəxs “Daily Mail”in naşirinə ilkin olaraq 9,5 milyon funt sterlinq ödəməlidir

İğdır Azərbaycan Evində “Her Yönüyle Iğdır” kitabının təqdimatı keçirilib

“AzInTelecom” MMC kibertəhlükəsizlik sahəsində beynəlxalq nüfuza malik "FIRST" təşkilatına üzv qəbul edilib

Azərbaycan–Özbəkistan əlaqələri yeni regional düzənin formalaşmasına xidmət edir - ŞƏRH