Bir neçə saatdan sonra Avropanın diqqəti Odlar Yurdu Azərbaycanın paytaxtı Bakıya yönələcək
Bakı, 21 iyul, AZƏRTAC
Bir neçə saatdan sonra dünyanın diqqəti Odlar Yurdu Azərbaycanın paytaxtı Bakıya yönələcək. Tarixdə 15-ci dəfə təşkil olunacaq Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimi məhz “Baku Crystal Hall”da keçiriləcək.
AZƏRTAC xəbər verir ki, qitənin 3900 idmançısını ağuşuna alacaq 25 minlik tamaşaçı tutumuna malik arenada atletlərlə yanaşı, tamaşaçılar da XV Avropa Gənclər Yay Olimpiya Festivalı həyəcanının bir parçasına çevriləcək.
“Baku Crystal Hall” “Eurovision 2012” beynəlxalq mahnı müsabiqəsinin keçirilməsi üçün paytaxtın Dövlət Bayrağı Meydanının ərazisində xüsusi olaraq tikilib. Kompleksin tikintisi Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən dövlət komitəsi tərəfindən həyata keçirilib. Kompleksin layihəsinin baş dizayneri alman şirkəti “GMP”, arenanın dizayneri isə İsveçrə şirkəti “Nüssli International AG”dir.
Qurğunun tikintisi 2012-ci il aprelin 16-da başa çatıb. Mayın 7-də isə kompleksin rəsmi açılışı olub və arena mayın 22-26-da “Eurovision 2012” beynəlxalq mahnı müsabiqəsinin yarımfinalları və finalına ev sahibliyi edib. “Baku Crystal Hall”un fasadı müxtəlif effektləri yaratmağa icazə verən çoxsaylı müasir dinamik led lampalarla təchiz edilib. “Eurovision 2012”də hər bir ifaçının səhnəyə çıxışı zamanı bu led lampaların işıqlandırılması iştirakçı ölkənin bayrağının rənglərini canlandırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2026 [19:44]
Premyer Liqa: “Karvan-Yevlax”ın I Liqaya düşməsi dəqiqləşib
- 10.05.2026 [19:41]
Azərbaycanın paraüzgüçüsü Dünya Seriyasında gümüş medal qazanıb
- 10.05.2026 [18:21]
Azərbaycanı Avropa çempionatında 6 parataekvondoçu təmsil edəcək
- 10.05.2026 [18:13]
Güləş komandası Vyetnamdan 1 dəst medalla qayıdır
- 10.05.2026 [18:06]
Faiq Qarayev: Ulu Öndərlə görüşlərim yaddaşımda silinməz izlər buraxıb
- 10.05.2026 [15:35]
“Bakı-Xankəndi” velosiped yarışının ilk mərhələsi yekunlaşıb
- 10.05.2026 [14:49]
Kadi Borqes Premyer Liqada 25-ci qoluna imza atıb
- 10.05.2026 [13:36]