Cəbhədə noyabrın 3-nə olan son vəziyyət
Bakı, 3 noyabr, AZƏRTAC
Noyabrın 2-də gün ərzində və 3-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.
Sutka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 1 ədəd KUB zenit-raket kompleksi, 9 ədəd müxtəlif tipli topu və 2 ədəd sursatla dolu yük maşını məhv edilib və sıradan çıxarılıb.
Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.09.2026 [10:58]
Müdafiə naziri 13-cü Pekin Syanşan Forumunda iştirak edib
- 15.09.2026 [13:57]
Müdafiə naziri Zakir Həsənov Çində səfərdədir VİDEO
- 14.09.2026 [13:01]
Heydər Əliyev adına Hərbi İnstitutda andiçmə mərasimi olub VİDEO
- 13.09.2026 [13:17]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 09.09.2026 [19:04]