Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Cəlal İsayev: Maska taxmayanlar ətrafdakılar üçün təhlükə mənbəyi rolunu oynayırlar

Cəlal İsayev: Maska taxmayanlar ətrafdakılar üçün təhlükə mənbəyi rolunu oynayırlar

Bakı, 23 iyun, AZƏRTAC 

Ölkəmizdə koronavirusun yayılması sahəsində vəziyyət gərgindir. Ötən gün aparılan testlərin 10 faizə qədərində koronavirusa yoluxma faktları aşkarlanıb. Rəqəmlər xeyli yüksəkdir və ürəkaçan deyil. Hesab edirəm ki, tətbiq olunan sərtləşdirilmiş karantin rejimi yoluxma hallarının azalmasına kömək olacaq. Belə bir sərtləşdirmə tədbirini bir neçə ay əvvəl də apardıq və yaxşı nəticələr əldə etdik. İki həftəlik sərtləşdirmə tədbirləri zamanı vətəndaşların vəziyyəti düzgün qiymətləndirməsi nəticəsində xəstələnmə hallarının azalması gözlənilir.

Vətəndaşlara Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə ciddi yanaşmağı tövsiyə edirəm. Onlar tibbi maskadan istifadə etsinlər, həmçinin sosial məsafəni qorusunlar. Sərtləşdirmə tədbirləri də təmas və yoluxma hallarının azaldılması üçündür. Hər hansı bir simptomu olanlar evdən çıxmasın, iş yerlərinə getməsinlər. Mütləq həkimə müraciət etsinlər və özünü müalicəyə cəhd göstərməsinlər. Onlar barəsində vaxtında tədbirlər görülməli, müalicəyə cəlb edilməli və ixtisaslaşmış tibbi yardım almalıdırlar ki, sonrakı ağırlaşmalar müşahidə olunmasın.

AZƏRTAC xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, respublikanın baş infeksionisti Cəlal İsayev deyib.

“Aprelin 27-də yumşaldılma tədbirlərinə başlayanda yoluxanların sayı çox az idi və 30-40 arasında dəyişirdi. Lakin indi rəqəmlər 500-ə yaxındır ki, bu da bir həftəyə 3 min yoluxma deməkdir. Belə davam etsə, xəstəxanalarda vəziyyətin necə olacağı barədə vətəndaşlar ciddi düşünməlidirlər. Tibb işçiləri, həkimlər çox böyük və gərgin zəhmət sərf edirlər. Yayın istisində kombinezonda bir saatdan artıq dayanmaq çox çətindir. Hamımız əl-ələ verib çalışmalıyıq ki, belə mürəkkəb şəraitdə işləyən həkimlərin əziyyəti hədər getməsin. Çalışaq ki, xəstə sayı az olsun və onlara yardım göstərən ixtisaslı həkimlər də çatsın. Müalicə prosedurlarına başqa ixtisaslı həkimlər də cəlb olunur ki, onların da təlimatlandırılması müəyyən vaxt tələb edir. Ona görə də xəstəliklə birgə mübarizə aparaq. Mən demirəm ki, birgə mübarizə ilə xəstəliyin tam yayılmasının qarşısı alınacaq. Heç olmazsa, xəstələnmə, yoluxma hallarının azalmasına nail olaq və xəstələrə vaxtında tibbi yardım göstərə bilək”, - deyə C.İsayev bildirib.

Baş infeksionistin sözlərinə görə, maska taxmayanlar özlərindən çox ətrafdakılar üçün təhlükə mənbəyi rolunu oynayır, onların yoluxmasına səbəb olurlar: “Gərək maska taxmayanlara digər vətəndaşlar qınaqla yanaşsın, onlara iradlarını bildirsinlər. Hava-damcı infeksiyasından qorunmağın əsas yolu maskadan istifadə və sosial təcriddir. İki həftəlik sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə bəzi vətəndaşlara işə getməmək üçün icazə verilib. Həmin vətəndaşların yalnız ən zəruri hallarda evdən çıxmağı daha yaxşı olar. Sosial təcridin yoluxanların sayının azaldılmasında böyük əhəmiyyəti var. Dövlət tərəfindən xəstəliyə qarşı mübarizə tədbirləri işlənib hazırlanır, həyata keçirilir və buna külli miqdarda vəsait xərclənir. Gəlin birlikdə görülən tədbirlərin səmərə verməsinə nail olaq. Hər gün bir neçə ölüm hadisəsi qeydə alınır. Hazırda reanimasiyada kritik vəziyyətdə olan xəstələrin də sayı az deyil. Hətta elə bir vaxt gələr ki, süni tənəffüs aparatı çatmaya bilər. Ona görə də həm məsuliyyətli olaq, həm də ətrafımızda olanları məsələyə məsuliyyət hissi ilə yanaşmağa dəvət edək.

Statistika göstərir ki, təkcə risk qrupuna aid olanlar deyil, həmin qrupa aid olmayanlar, hətta cavanlar arasında da ağırlaşma halları qeydə alınır. Lakin yaşlılar, xüsusilə yanaşı gedən xəstəlikləri olanlar, şəkərli diabetdən, hipertoniyadan, ürək-damar sistemi, xroniki ağciyər, böyrək xəstəliklərindən əziyyət çəkənlər, o cümlədən onkoloji xəstələr və cərrahiyyə əməliyyatı keçirənlərin virusa yoluxması daha təhlükəli hesab olunur, onlarda ağırlaşma ehtimalı daha yüksəkdir. Bir daha qeyd etmək istəyirəm ki, heç bir xəstəliyi olmayan cavanlarda da ağırlaşma hallarına rast gəlinir.

Koronavirus infeksiyasını tam aradan qaldırmaq qeyri-mümkündür və karantin rejiminin tətbiq edilməsində başlıca məqsəd yoluxanların sayını minimuma endirməkdir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib