Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cıdır düzü - əsrarəngiz gözəlliklər məkanı FOTO VİDEO

Şuşa, 12 iyul, AZƏRTAC

Qırx dörd günlük Vətən müharibəsi 30 ilə yaxın işğal altında olan torpaqlarımızın, o cümlədən Qarabağımızın incisi, mədəniyyət və incəsənət beşiyimiz olan gözəl Şuşa şəhərinin azad edilməsi ilə sona çatdı. Azərbaycan Ordusunun haqq savaşı, özəlliklə də Şuşa şəhərinin rəşadətlə azad edilməsi bütün dünyada əks-səda doğurdu və tariximizin şanlı səhifəsinə qızıl hərflərlə həkk olundu.

Şanlı Qələbədən bu günə qədər bütün gözlər işğaldan azad edilmiş torpaqlarımıza, xüsusən də Qarabağın tacı olan Şuşa şəhərinə dikilib. Şuşanın hazırkı vəziyyəti, dövlətimizin burada həyata keçirdiyi bərpa və quruculuq işləri, 30 ildən sonra keçirilən “Xarı bülbül” festivalı, Prezident, Ali Baş Komandan İlham Əliyevin, ictimaiyyət nümayəndələrinin, xarici qonaqların səfərlərini AZƏRTAC olaraq mütəmadi işıqlandırır, ölkə və dünya ictimaiyyətinə çatdırırıq. Şuşamız haqqında yazacaq yazılarımız, deyiləcək sözlərimiz hələ çoxdur. Bu yazımız isə Şuşa deyiləndə ilk yada düşən Cıdır düzü haqqındadır.

Cıdır düzü dağlar qoynunda yerləşən, şəhərin yeganə və böyük hamar ərazisidir. Elə bu səbəbdən də ta qədimdən burada Qarabağ igidlərinin cıdır yarışları, çövkən oyunları, Novruz və digər el şənlikləri keçirilib. Cıdır düzü bütün zamanlarda şuşalıların və Şuşaya təşrif buyuran qonaqların ən sevimli məkanı, seyrangahı olub. O, şəhərin kənarında - Daşaltı dərəsinin yuxarı hissəsində yerləşir. Buradan açılan heyrətamiz mənzərə insanı valeh edir. Bir tərəfdə bir-birinin ardında sıralanmış və xalq arasında “Üçmıx” adlandırılan üç təpə yerləşir. Ətrafdakı sal qayaların, yaşıl örtüklü dağların, Günəşin qızıl şüalarına bürünmüş zümrüd meşələrin gözəlliyini təsvir etməyə söz yetmir. Cıdır düzündən bir qədər aşağıda “qırx pilləkən” deyilən dik pilləli yol Daşaltı dərəsindən axan Daşaltı çayına aparır. Mənbəyini Qarabağ silsiləsindən götürən çay buz kimi suyuq və şəffafdır.

Cıdır düzünün digər tərəfində üçrəngli bayrağımız vüqarla dalğalanır. Buradan baxanda aşağıda Şuşa, uzaqda isə Xankəndi şəhəri görünür. Ərazi başdan-başa çəmənlik və çöl çiçəklərinə bürünüb. Bu mənzərəyə baxanda istər-istəməz illərdir ki, dillər əzbəri olan məşhur "Qarabağ" mahnısının sözləri yada düşür:

Bu çəmənlərdə gəzib

Vaqifin şux gözəli.

Ruhunu burdan alıb

Natəvanın qəzəli.

Bəli, bundan sonra bu çəmənlərdə elə Cıdır düzündə uyuyan böyük şairimiz Vaqifin vəsf etdiyi kimi el gözəllərimiz gəzəcək və şairlərimiz yenə də bu cənnət məkanın gözəlliklərindən ilham alaraq xan qızı Natəvan kimi öz poetik incilərini yaradacaq.

Çiçəklənmə mövsümü keçdiyinə görə təəssüf ki, çəmənlikdə Şuşa şəhərinin rəmzinə çevrilmiş xarıbülbül çiçəyi tapa bilmədik. Ancaq ərazidə dünyanın 13 ölkəsini təmsil edən 32 rəssam tərəfindən hazırlanmış "Xarıbülbül" maketlərini gördük.

Deyirlər, ən təsirli sözlər və ifadələri bəzən elə sükutun özü söyləyir. Qarşısında dayandığımız güllələrdən dəlik-deşik olmuş qaya parçaları kimi. Haqq savaşımızın şahidi olmuş bu qayalar igid oğullarımızın Qarabağın bu cənnət guşəsinin hər dağı, hər qaya parçası, hər qarış torpağı üçün necə savaşdıqlarını öz lal sükutları ilə hər kəsə söyləyirlər.

Qayaların üstündə bitmiş kəklikotu diqqətimi çəkir. Bir dəstə toplayıb qoxulayıram. Büllur kimi saf havanın və əsrarəngiz gözəlliklərin əhatəsində duyduğum bu ətir tanıdığım gözəl qoxuların, yəqin ki, ən əvəzsizi idi.

Gözüm yenə uzaqlara dikilir - göz işlədikcə bitib-tükənməyən gözəlliklər silsiləsinə. Dağlar arasında mavi səmada bir cüt qartal görünür. Vüqarlı dağların əzəli-əbədi və vəfalı sakinləri. Qanadlarını geniş açaraq tüstü-dumansız, barıt qoxusuz, sakit və azad səmalarda süzürlər. Sevinirəm, axı qartalsız dağlar elə sahibsiz torpaq kimidir. Tezliklə bu yerlərin əzəli-əbədi sahibləri də elə bu qartallar kimi öz doğma yurd-yuvalarına dönəcək. Xarıbülbül çiçəkləri çəmənləri bəzəyəcək, Şuşa dünyanın ən gözəl şəhərinə, Cıdır düzü isə ən şöhrətli məkanına çevriləcək.

Tahir Ağaməmmədov

AZƏRTAC-ın müxbiri 

Cıdır düzü - əsrarəngiz gözəlliklər məkanı  FOTO VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qaxda Zəfər Gününə həsr olunan intellektual oyunun qalibləri müəyyənləşib

Çinin gecə səmasında maraqlı mənzərə: Ay iki planetlə yanaşı parlayıb – FOTOLAR

Fransada əhali 72 saatlıq fövqəladə vəziyyətə hazır olmağa çağırılıb

Bilyardın “Snuker” növü üzrə ölkə çempionatına yekun vurulub

Azərbaycan Prezidenti İlham Əliyev Keniyanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib

Seneqalın Misirdəki səfirliyi azərbaycanlı tədqiqatçı-alimi təltif edib

Azərbaycanın turizm potensialı Çində tanıdılır

BDU tələbələri Çində: ikili diplom proqramının açdığı yeni imkanlar

Panama Respublikasının Prezidenti Zati-aliləri cənab Xose Raul Mulino Kinteroya

Avropanın sosial rifah modeli iqtisadi və siyasi çağırışlarla üz-üzədir – ŞƏRH

Dövlət Vergi Xidmətinin vəzifəli şəxsi rüşvət almaqda şübhəli bilinərək həbs edilib – BİRGƏ MƏLUMAT VİDEO

Dövlət Vergi Xidmətinin vəzifəli şəxsi rüşvət almaqda şübhəli bilinərək həbs edilib – BİRGƏ MƏLUMAT VİDEO

Prezident İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

ABŞ-İran qarşıdurması dünya neft bazarını silkələyir: Azərbaycanın mövqeyi və iqtisadi dividendləri

Norveç millisinin və “Vikinq”in sabiq qapıçısı: “Sabah” izləməkdən zövq aldığım komandadır - EKSKLÜZİV MÜSAHİBƏ

Milli kimliyin və dövlətçiliyin təməli: Azərbaycançılıq məfkurəsi - ŞƏRH

Çindən kosmosa daha 18 peyk göndərilib

Beynəlxalq yarışlarda fərqlənən idmançılarla görüş olub

Milli Məclisin növbəti plenar iclası: müzakirəyə 10 məsələ çıxarılıb

® “Nizami City”də təmirli mənzil kampaniyası başladı: Məhdud sayda mənzil VİDEO

® “Nizami City”də təmirli mənzil kampaniyası başladı: Məhdud sayda mənzil VİDEO

®  “Baku Steel Company” “Baku Steel Art 2026” layihəsində sənaye ilə incəsənəti bir araya gətirir VİDEO

® “Baku Steel Company” “Baku Steel Art 2026” layihəsində sənaye ilə incəsənəti bir araya gətirir VİDEO

Qazaxıstan Atırau-Samara kəməri ilə neft nəqlinin bərpa olunduğunu açıqlayıb

Sədərəkdə mülki müdafiə dəstələrinin hazırlığı yoxlanılıb

KOSMİK Akademiya daha bir beynəlxalq mükafata layiq görülüb

“Qarabağ” 11 ildən sonra ardıcıl üç heç-heçə edib

Qızıl oktyabrda 6,8 faiz ucuzlaşıb

NASA-nın simulyasiyalı Mars missiyası ekipajının 378 günlük təcrid müddəti başa çatıb

“Sahiblik” adlı yeni kitab çapdan çıxıb

ADPU tələbələrinin dayanıqlı inkişaf savadlılığı qiymətləndirilib

Naxçıvan qovurması, nəsildən-nəslə ötürülən dad və ənənə - REPORTAJ

Ruandalı nazir: Milli Azərbaycan Ədəbiyyatı Muzeyi bütün dünya üçün ilhamvericidir

İranın xarici işlər naziri: Səudiyyə Ərəbistanı ilə dialoqu davam etdiririk

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

“Neftçi” XXI əsrdə qol rekordunu yeniləyib

Bolqarıstanda güclü yağışlar daşqınlara səbəb olub, Varnada məktəblər bağlanıb

Sinifdə məlumatın dəyərləndirilməsini təşviq edən yeni vəsait nəşr olunub

AKTİ-nin sədri: Zəfər tarixinin gələcək nəsillərə ötürülməsi hər bir Azərbaycan vətəndaşının məsuliyyətidir

Makron hakimiyyətinin qarşısındakı əsas sınaq küçələrə nəzarəti qorumaqdan daha dərindir - RƏY

Milli yaddaşdan rəqəmsal mediaya: Azərbaycan radiosunun 100 illik yubiley konfransı

Etirazlar Avropada gələcək siyasi sistemlərin və hökumətlərin müqəddəratını müəyyənləşdirə bilər - ŞƏRH

Azərbaycanda quş əti istehsalının 30, yumurta istehsalının isə 27 faiz artırılması hədəflənir

Yaponiyalı professor Xəzər Universitetində mühazirə ilə çıxış edib

Azərbaycan nefti 116 dollara satılır VİDEO

Azərbaycan nefti 116 dollara satılır VİDEO

UNESCO: Jurnalist qətllərinə görə cəzasızlıq qlobal miqyasda artıb

Çempionlar Liqası: “Qalatasaray” Almaniya klubuna qarşı

8 Noyabr – Zəfər Günü milli iradənin, dövlətçilik qətiyyətinin və tarixi ədalətin təntənəsidir

® “Bank Respublika” və “AccessBank” strateji əqdin uğurla başa çatdığını elan ediblər

Azərbaycanlı alim beynəlxalq jurnalın rəyçilik sertifikatına layiq görülüb

“Turan” Çempionlar Liqasında Bolqarıstan təmsilçisi ilə qarşılaşacaq

Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır

“Xilasedici” Çempionlar Liqasında mübarizəyə başlayır

Ağdaş, Yevlax və Mingəçevirin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq

Azərbaycançılıq düşüncəsi: Milli kimliyimizin və dövlətçiliyimizin ideoloji əsası MƏQALƏ

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Xankəndidə Zəfər Gününə həsr olunmuş minifutbol turnirinin açılışı olub

Tramp: ABŞ qlobal nüfuzunu bərpa edib və hazırda Çindən xeyli irəlidədir

NYP: Floridada baş vermiş təyyarə qəzasında milyonçu və ailəsi həlak olub

Qaradağ rayonunda son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Almaniya altıncı nəsil döyüş təyyarəsinin hazırlanması layihəsində iştirakını araşdırır

Aİ Britaniyanın ittifaqa qayıtması şərtlərində çeviklik göstərə bilər

Media: ABŞ qüvvələri İranın Qeşm adasına zərbə endirib

Vens: ABŞ İranla razılaşma üçün vaxt çərçivəsi müəyyən etməyib

ÜST: Efiopiyanın şimalında səhiyyə sistemi çökmək təhlükəsi ilə üzləşib

ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək

Yığmanın məşqçisi: Cüdoçumuzun qızıl medal qazanacağını gözləyirdik VİDEO

Yığmanın məşqçisi: Cüdoçumuzun qızıl medal qazanacağını gözləyirdik VİDEO

Məşqçi: Cüdoçumuz 8 ildən sonra tarixi qələbəni təkrarladı VİDEO

Məşqçi: Cüdoçumuz 8 ildən sonra tarixi qələbəni təkrarladı VİDEO

Qızıl medal qazanan cüdoçu: Məşqçilərimə və ailəmə çempion olacağıma dair söz vermişdim VİDEO

Qızıl medal qazanan cüdoçu: Məşqçilərimə və ailəmə çempion olacağıma dair söz vermişdim VİDEO

Azərbaycanın Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında ilk qızıl medalçısı Vətənə qayıdıb VİDEO

Azərbaycanın Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında ilk qızıl medalçısı Vətənə qayıdıb VİDEO

Vens ABŞ-İran danışıqlarında irəliləyiş əldə olunduğunu bildirib

Tramp: İranla müharibə ehtimalının azalması fonunda neftin qiyməti kəskin ucuzlaşır

Oman sahillərində mərmi zərbəsinə məruz qalan gəmi batıb

Tramp İranla bağlı hərbi əməliyyatların bərpasına qərar verməyə tələsmədiyini bildirib

Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq

Naxçıvan Dövlət Kukla Teatrı Salyan şəhərinə qastrol səfəri edib

Media: Qətərli vasitəçilər ABŞ ilə mümkün razılaşmanı müzakirə etmək üçün İrana gediblər

Fransada məhbusların sayı rekord həddə çatıb

Aralıq dənizində 5,1 bal gücündə zəlzələ qeydə alınıb

“Ədibin Evi” qəhrəmanlıq mövzusunda milli komiks müsabiqəsinin qaliblərini elan edib

Zaporojye bölgəsində humanitar yardım məntəqəsi aviabombalarla vurulub, 24 nəfər həlak olub

Balakəndə “Zamanın rəngləri – Zəfər” adlı sərgi açılıb

Mehdi Hüseynzadəyə həsr edilmiş sənədli filmin premyerası olub VİDEO

Mehdi Hüseynzadəyə həsr edilmiş sənədli filmin premyerası olub VİDEO

Gəncə Dövlət Milli Dram Teatrında “Əli və Nino” tamaşasının premyerası olub

Finlandiyada Zəfər Günü qeyd olunub

Qazaxıstan PUA hücumundan sonra Atırau–Samara neft kəməri ilə nəqlin dayandırıldığını açıqlayıb

Britaniyada miqrantların daimi yaşayış icazəsi qaydaları sərtləşdirilir

Vətən müharibəsi qazisi: Xalqımıza bayramlar yaraşır

Bakıda “Zəfər Günü – Qürur günümüz” adlı musiqili-bədii proqram təqdim olunub

Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Bölgələrdə sertifikatlı toxum satışı təşkil olunacaq

Vamiq Məmmədəliyev: Ustad görməyən tələbə kamil sənətkar ola bilməz

Bakıda tanınmış kamança ifaçısı Şəhriyar Musayevin “Xəbərsiz” adlı solo konserti keçirilib

Rusiya MDB ölkələri arasında borclular haqqında məlumat mübadiləsinə dair sazişi ratifikasiya edib

Qazaxıstan və Dünya Bankı Xəzər və Aral dənizlərinin ekoloji problemlərini müzakirə ediblər

Qazaxıstanda Aktau dəniz limanı yaxınlığında yük avtomobili teplovozla toqquşub

Fransada sosial narazılıq dərinləşir: Makron hakimiyyəti yeni siyasi böhranla üz-üzədir

Türk ekspert: Almaniyada gənclərin etirazları gələcəyə inamsızlığın göstəricisidir

Avropanın sabitliyi öz vətəndaşlarına verdiyi vədləri yerinə yetirib-yetirə bilməyəcəyindən asılıdır ŞƏRH