ELM VƏ TƏHSİL


Distant tədris prosesinin müddəti dekabrın 30-dək uzadılıb

Bakı, 30 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasında distant tədris prosesinin müddəti uzadılıb.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Baş nazir Əli Əsədov “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” 2020-ci il 29 oktyabr tarixli 430 nömrəli Qərarda dəyişiklik edib.

Dəyişikliyə əsasən, qərarın qüvvədə olma müddəti dekabrın 1-dən 30-dək uzadılıb.

Bununla da, ölkə ərazisində distant tədris forması dekabrın 30-dək davam edəcək.

Qeyd edək ki, Qərara əsasən, xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin edilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.