Azərbaycan Dövlət İnformasiya Agentliyi

Erməni vandalizminə məruz qalan yurd yerlərimiz

Erməni vandalizminə məruz qalan yurd yerlərimiz

Naxçıvan, 22 avqust, AZƏRTAC

Dövlət müstəqilliyimizin bərpasının ilk illərində respublikamızda ordu quruculuğu prosesinin başlı-başına buraxılması, vahid komandanlığın formalaşdırılmaması, hərbi-siyasi rəhbərliyin iradəsizliyi xalqımızı ağır bəlalara düçar edib. Məhz buna görə də xaricdən verilən hərbi kömək hesabına işğalçı Ermənistan öz məkrli planlarını həyata keçirib. 1993-cü il avqustun 23-də Cəbrayılı və Füzulini ələ keçirən ermənilər işğal etdikləri hər bir yaşayış məntəqəsində olduğu kimi, bu rayonlarda da qətl, qarət və dağıntılar törədib, yerli sakinləri doğma torpaqlarından didərgin salıblar. BMT Təhlükəsizlik Şurası işğal edilən Füzuli, Cəbrayıl, Qubadlı və digər rayonlardan erməni silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılmasını tələb edən 874 saylı qətnamə qəbul etsə də, bu qətnamə də digərləri kimi icra edilməyib, kağız üzərində qalıb.

Naxçıvan memarlıq məktəbinin inciləri ilə zəngin olan yurd yeri: Füzuli

1993-cü il avqustun 23-də Füzulinin 51 kəndi və rayon mərkəzi ermənilər tərəfindən viran qoyuldu, 55 min nəfərə yaxın sakin doğma yurdundan didərgin salındı. Qeyd edək ki, 1386 kvadratkilometr ərazisi olan rayonun əhalisi işğala qədər 105 min nəfərdən çox idi.

Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayınadək ərazini əhatə edir, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir. Əsası 1827-ci ildə qoyulan, ilkin adı Qarabulaq olan rayon böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Füzuli rayonu adlandırılmışdı. Ərazisindəki Qaraköpəktəpədə, Qarabulaq kurqanlarında, Günəştəpədə, Quruçay sahillərində və digər yerlərdə müxtəlif dövrlərdə aparılan tədqiqatlar nəticəsində Azərbaycan xalqının qədim tarixi köklərə sahib olduğu sübut edilmişdi. 1968-ci ildə aşkar olunmuş Azıxantrop adamının alt çənəsinin sümükləri rayon mərkəzindən 15 kilometr aralı məsafədə yerləşən Azıx mağarasında tapılmışdı. Azərbaycan arxeologiya elminin böyük nailiyyətləri olan bu abidə rayon ərazisində vaxtilə qədim Paleolit dövrünün mövcudluğunu təsdiqləməkdədir.

Rayon qədim Naxçıvan memarlıq məktəbinin inciləri ilə də zəngindir. Belə ki, burada Əcəmi məktəbinin təsiri ilə inşa olunan bir sıra memarlıq abidələri var idi. Çox təəssüf ki, tarixi əhəmiyyət daşıyan həmin abidələrimiz erməni vandalizminə məruz qaldı, məhv edildi, yandırıldı. İşğalçı ermənilər bu yolla Azərbaycana dair tarixi hər vasitə ilə saxtalaşdırmağa, yaddaşlardan silməyə çalışıblar. Zəbt edilmiş torpaqlarımızın hər daşının külə döndərilməsi, viran edilməsi erməni vandalizminin daha bir sübutudur.

Füzuli mərdliyi, igidliyi ilə seçilən Vətən oğullarının diyarıdır. Bu qədim yurd yerimiz Qarabağ müharibəsində ən çox itki və şəhid verən məkandır. Belə ki, döyüşlərdə 1100-dən çox füzulili şəhid olub, 113 nəfər girov götürülüb, 1450 nəfər müxtəlif dərəcəli xəsarət alıb. 1988-ci ildən başlayan erməni təcavüzü nəticəsində 36 min 361 uşaq zərər çəkib, onlardan 155-i atasız-anasız qalıb.

Türk dünyasının böyük oğlu, ulu öndərimiz Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra milli ordu quruculuğu prosesinə start verilməsi, nizami ordumuzun yaradılması Füzuli istiqamətində də uğurlu hərbi əməliyyatlara yol açdı. Dahi şəxsiyyətin 1993-cü il noyabrın 2-də televiziya və radio ilə xalqa müraciətindən sonra ciddi hərbi-təşkilati tədbirlər həyata keçirildi. Bunun nəticəsində Azərbaycan xalqının işğalçılara qarşı ədalətli mübarizəsində dönüş yaratmaq mümkün oldu. Noyabrın ortalarında Ermənistan silahlı qüvvələrinin Beyləqan istiqamətində hücumu dayandırıldı və Azərbaycan Ordusunun müvəffəqiyyətli əməliyyatları nəticəsində 1994-cü il yanvarın 5-də Füzuli rayonunda strateji əhəmiyyətli Horadiz qəsəbəsi və 22 kənd düşməndən təmizləndi.

Hazırda rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var. Həmin ərazidə hər cür infrastruktura malik 12 yeni qəsəbə salınıb, məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilib. Bu qəsəbələrdə 51 min məcburi köçkün məskunlaşıb.

Ordumuzun Cəbrayıl istiqamətində zəfər yürüşü

Digər qədim Azərbaycan torpağı olan Cəbrayıl rayonunun ərazisi 1050 kvadratkilometr, əhalisi 60 min nəfərə yaxın idi. -Hazırda rayonun, demək olar ki, bütün ərazisi işğal altındadır. Hələlik 90 kənddən yalnız birini - Cocuq Mərcanlını azad etmək mümkün olub.

Rayonda respublika və yerli əhəmiyyətli 120-dək tarixi-memarlıq abidəsi, qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, qeyri-adi flora və faunası ilə seçilən Diridağın özünəməxsus və əsrarəngiz təbiət guşələri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən dağıdılaraq məhv edilib. Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində 246 cəbrayıllı şəhid olub, 91 nəfər əsir və itkin düşüb, 177 nəfəri ömürlük əlil edilib. Qəhrəmancasına həlak olan 6 rayon sakini “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Hazırda cəbrayıllı məcburi köçkünlər respublikamızın 58 rayonunda 2000-dək yaşayış məntəqəsində məskunlaşıb.

Son illər Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatlarından biri məhz Cəbrayıl rayonu istiqamətində olub. 2016-cı ilin aprel döyüşlərində Silahlı Qüvvələrimizin düşmən üzərində qazandığı parlaq qələbə hər bir azərbaycanlıda fəxarət hissi yaratdı. Həmin döyüşlərdə ordumuz öz gücünün kiçik bir hissəsindən istifadə etməklə düşməni yerində oturtdu və onlara məğlubiyyətin acısını daddırdı. Belə ki, 2016-cı il aprelin 2-də Azərbaycan Silahlı Qüvvələrinin əks-həmləsi ilə Lələtəpə yüksəkliyi, o cümlədən ətraf ərazilər işğalçılardan təmizləndi.

İşğaldan azad etdiyimiz bu ərazilər mühüm hərbi-strateji əhəmiyyətə malikdir. Belə ki, Lələtəpə Füzuli və Cəbrayıl rayonlarını nəzarətdə saxlamağa imkan verən strateji yüksəklikdir. Buradan ətraf ərazilər, necə deyərlər, ovuc içi kimi görünür. Erməni hərbçiləri bu yüksəkliyin verdiyi imkanlardan istifadə edərək ötən illər ərzində Qazaxlar, Mirzənağılı və Əhmədalılar kəndlərini, demək olar ki, daim atəş altında saxlayıblar. Bu illər ərzində erməni gülləsindən ölənlər, yaralanan dinc sakinlər az olmayıb. Ancaq onlar bir addım da olsun, geri çəkilməyiblər. Əksinə, kəndlər bir az da böyüyüb, yeni fərdi və ictimai binalar tikilib.

Bu məqamı da xatırladaq ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi 1994-cü ilin yanvar ayında ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu Horadiz əməliyyatı zamanı işğaldan azad edilmişdi. Lakin Lələtəpə yüksəkliyində Ermənistan ordusunun mövqe tutması kəndin ərazisini faktiki olaraq təhlükə altında saxlayırdı. Yüksəkliyin azad edilməsi ermənilərin kəndə, oradakı mövqelərimizə yaratdığı təhlükəni aradan qaldırıb.

Azərbaycan Prezidenti İlham Əliyevin “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” 2017-ci il 24 yanvar tarixli Sərəncamından sonra həmin yaşayış məntəqəsi abadlaşıb, gözəlləşib. Artıq kənd sakinləri öz doğma yurd-yuvalarına qayıdıblar. Onların rahat yaşayışı üçün bütün tədbirlər ən yüksək səviyyədə görülüb. Bu, əslində, Azərbaycanda Böyük Qayıdış Proqramının başlanğıcıdır. Cocuq Mərcanlı kəndinin bərpası həm də işğalçı Ermənistana xəbərdarlıqdır. Yəni bu, o deməkdir ki, dövlətimiz təcavüzkar ölkənin işğalçılıq siyasəti ilə heç vaxt barışmayacaq, torpaqlarının azad edilməsi üçün bütün vasitələrdən istifadə edəcək. Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun may ayında dövlət sərhədi boyunca 26 kilometr məsafəni əhatə edən əməliyyatı nəticəsində 7 kilometrədək dərinlikdə mühüm əhəmiyyətə malik hakim yüksəklikləri ələ keçirməsi, Şərur rayonunun işğal altındakı Günnüt kəndini azad etməsi bunu bir daha təsdiqləyir.

 

Rauf Kəngərli

AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ümumdünya Təmizlik Günü: Bərk məişət tullantılarının həcmi 2050-ci ilədək 3,8 milyard tona çatacaq

Fransada gecə iğtişaşları: 9 polis və jandarm yaralanıb, 2 avtomobil yandırılıb

Mançester hava limanında uçuşlar zolaqdakı çuxura görə gecikib

İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb

Bakıda türk xalqlarının bəstəkar məktəblərinin inkişaf yolları müzakirə olunur

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

Hikmət Babaoğlu: Azərbaycanın suverenliyinin bərpası 2 əsrlik mübarizənin nəticəsidir VİDEO

Hikmət Babaoğlu: Azərbaycanın suverenliyinin bərpası 2 əsrlik mübarizənin nəticəsidir VİDEO

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir VİDEO

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir VİDEO

“Əsrin müqaviləsi”: Azərbaycanı xilas edən imza necə atıldı? VİDEO

“Əsrin müqaviləsi”: Azərbaycanı xilas edən imza necə atıldı? VİDEO

Bu saata olan əsas xəbərlər

YAP fərqlənən Balaxanı neftçilərini peşə günləri münasibəti ilə mükafatlandırıb

Media: Son döyüşlərdə husilərin 73 üzvü öldürülüb

Qafqaz Albaniyasının irsi sistemli şəkildə araşdırılmalıdır

Elnur Mustafayev: Alban irsinin təhrif edilməsinə cəhdlər daha əvvəlki dövrlərə gedib çıxır

İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib

Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə 3867 sakin məşğulluq tədbirlərinə cəlb edilib

DİN: Tarixi missiya uğurla yerinə yetirildi VİDEO

DİN: Tarixi missiya uğurla yerinə yetirildi VİDEO

Moskva və Moskva vilayətinə kütləvi PUA hücumu nəticəsində iki nəfər həlak olub

Tarixçi: İndiki Ermənistan ərazisində yerləşən kilsə və monastırların 90 faizi alban abidələridir

Almaniyanın iki əyalətində seçkilər keçirilir

Laçın rayonu ilə Çin şəhərləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Bəzi dağlıq və dağətəyi rayonlara leysan yağıb – FAKTİKİ HAVA

Qafqaz Albaniyası irsinin izi ilə: Qərbi Azərbaycan, Qarabağ və Şərqi Zəngəzur abidələri

Cəlilabadda minik avtomobili transformatora çırpılıb

Rusiyada seçkilər: 2 gün ərzində seçici fəallığı 44 faizi ötüb

Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşüb

Burada həyat dənizin ortasında qurulub - Neft Daşlarından REPORTAJ  VİDEO

Burada həyat dənizin ortasında qurulub - Neft Daşlarından REPORTAJ VİDEO

Qaxda Dövlət Suverenliyi Günü qeyd olunub

20 sentyabr Azərbaycan üçün xüsusi rəmzi məna daşıyır - RƏY

Əlamətdar gündə Oğuzda ağacəkmə aksiyası keçirilib

Suverenliyin təntənəsi - ŞƏRH

Azərbaycanda Neftçilər Günü qeyd edilir

Dövlət suverenliyi hər bir xalqın azad yaşamaq hüququnun ən ali ifadəsidir - ŞƏRH

Premyer Liqa: “Şamaxı” “Araz-Naxçıvan”ı, “Kəpəz” “Sumqayıt”ı qəbul edir

Akademik Rəfiqə Əliyeva - Ömrünü elmə, qəlbini insanlara həsr edən alim qadın

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

XİN: Azərbaycanın dövlət suverenliyinin bərpası regionda davamlı sülhün təmin olunması üçün yeni imkanlar açıb

İran danışıqlara başlamaq üçün yeddi şərt irəli sürüb

Dövlət Suverenliyi Günü: Hüquqi əsaslardan tarixi zəfərə

ABŞ hərbçiləri Karib dənizində gəmiyə hücum edib

Dövlət Departamenti ABŞ vətəndaşlarına xəbərdarlıq edib

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb

Argentinada “Qəzəb yürüşü”

Danimarka Ukraynaya hərbi xərclər üçün təxminən 275 milyon dollar ayırıb

İran ABŞ Mərkəzi Komandanlığının məlumatını təkzib edib

Admiral Draqone: NATO-nun şərq cinahında mümkün münaqişəyə hazırıq

Kiyevdə hava hücumu xəbərdarlığı elan edilib

Haaqada etirazçılarla polis arasında toqquşma: saxlanılanlar var

Media: 18 yaşı tamam olan almanlar məcburi tibbi müayinələrə çağırılır

Yeliseydə təcili toplantı: Fransa hibrid hücumlara qarşı hazırlığı gücləndirir

Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb VİDEO

Hakan Fidan: Türkiyə Qara dənizdə təhlükəsizliklə bağlı təklif irəli sürüb

Aktotı Raimkulova: Bəstəkarlar İttifaqı Türk dünyası musiqisinin təbliği üçün yeni imkanlar yaradacaq

Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar

Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub

Parisdə Azərbaycan kinosu nümayiş olunub VİDEO

Parisdə Azərbaycan kinosu nümayiş olunub VİDEO

Mahaçqala hava limanında məhdudiyyətlər tətbiq olunub

Media: Husilər Səudiyyə Ərəbistanına hücumlar təşkil ediblər

Naxçıvanda “Velo Fest” velosiped festivalı

Donald Tramp: Süni İntellekt Qüvvələri yaradıram

Astarada yol qəzasında 4 nəfər xəsarət alıb, ata və oğulun vəziyyəti ağırdır

Ukraynalı alim müasir Ermənistan ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların tarixini araşdırıb

Azərbaycanın xarici siyasətində Türk dünyası prioritet təşkil edir – ŞƏRH

“Mançester Yunayted”in milyarder sahibi: Böyük Britaniyaya inamımı itirmişəm

Sankt-Peterburq qubernatoru MDB PA-nın beynəlxalq müşahidəçiləri ilə görüşüb

Ankarada “Türkiyənin Mədəniyyət Yolu” festivalının növbəti mərhələsi başlayıb

Rüfət Mahmud: Məqsədimiz milli geyim geyinməyi günümüzün bir hissəsinə çevirməkdir

Gülcahan Salamova: Üzeyir Hacıbəylinin əsərləri teatr mövsümünün açılışının xoş ənənəsinə çevrilib

Leysan yağışları Batumidə həyatı iflic edib

Gürcüstanın dövlət xarici borcu 9 milyard dolları ötüb

Gülnarə Xəlilova: Hər bir evdə azı bir dəst milli geyim olmalıdır

Sürücülərin nəzərinə

Birinci vitse-prezident Mehriban Əliyeva 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib

“Yeni tədris ili: məktəbdə keyfiyyətli başlanğıc” konfransı keçirilib

ADA Universitetinin müəllim və tələbələri “O olmasın, bu olsun” operettası ilə Gəncədə çıxış ediblər VİDEO

ADA Universitetinin müəllim və tələbələri “O olmasın, bu olsun” operettası ilə Gəncədə çıxış ediblər VİDEO

“Yeni Asır” qəzeti: Türkiyə və Azərbaycanın müttəfiqliyi regionda sabitliyin qalxanıdır

Hərbi ekspert: Antiterror tədbirləri separatizmin tabutuna vurulan son mismar oldu

Badri Naçkebiya: Azərbaycanın ərazi bütövlüyünün bərpası Cənubi Qafqaza daimi sabitlik gətirəcək VİDEO

Badri Naçkebiya: Azərbaycanın ərazi bütövlüyünün bərpası Cənubi Qafqaza daimi sabitlik gətirəcək VİDEO

Dörd müntəzəm marşrutun hərəkəti müvəqqəti dəyişdirilir

İçərişəhərdə “Milli Geyimlər Günü” qeyd olunub

Azərbaycan boksçuları Qazaxıstanda 3 medal qazanıblar

Ağdamda Milli Qəhrəmana həsr edilmiş qısametrajlı filmin təqdimatı olub

Hərbi ekspert: Antiterror tədbirləri dünya hərb tarixində unikallığı ilə seçilir

Bu saata olan əsas xəbərlər

Bədii rəhbər: Torpaqlarımız azad olunandan sonra ansamblımızın fəaliyyətini bərpa etdik

Gülzadə Abdulova: Nümayiş etdirdiyimiz geyimlər tarixi fotoşəkillər əsasında hazırlanıb

Həsən Həsənov: Atropatena Makedoniyalı İsgəndərin imperiyasının parçalanması nəticəsində yaranmayıb

Şamaxıda Üzüm və Şərab Festivalının açılış mərasimi keçirilib

“Turan Tovuz” son dəqiqə qolu ilə “Zirə”yə qalib gəlib

Abdullah Akat: Türk Dünyası Bəstəkarlar Birliyi ortaq musiqi dilinin formalaşmasına töhfə verəcək VİDEO

Abdullah Akat: Türk Dünyası Bəstəkarlar Birliyi ortaq musiqi dilinin formalaşmasına töhfə verəcək VİDEO

Tengiz Txilava: Cənubi Qafqazda formalaşan yeni reallıqlar Azərbaycanın düzgün siyasətinin nəticəsidir VİDEO

Tengiz Txilava: Cənubi Qafqazda formalaşan yeni reallıqlar Azərbaycanın düzgün siyasətinin nəticəsidir VİDEO

Ellada Bəkirova: Alban xristianlığından qalan müqəddəs yerlər xalqımızın tarixi yaddaşında yaşayıb

Prezident İlham Əliyevin sosial media hesablarında 20 Sentyabr – Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Türk Dünyası Bəstəkarlar Birliyinin yaradılması haqqında Bakı Bəyannaməsi imzalanıb VİDEO

Türk Dünyası Bəstəkarlar Birliyinin yaradılması haqqında Bakı Bəyannaməsi imzalanıb VİDEO

Deputat: 28 Maydan 20 Sentyabra uzanan yol Azərbaycanın dövlətçilik iradəsinin tarixidir

Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb

Göygölə dolu düşüb - FAKTİKİ HAVA

Heydər Əliyev Beynəlxalq Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Antiterror əməliyyatının ən mühüm cəhətlərindən biri mülki əhaliyə və sosial infrastruktura zərər verilməməsi oldu – RƏY

Qubada Milli Qəhrəman Rafiq Nəsrəddinovun 65 illik yubileyi qeyd olunub