Fiziologiya İnstitutunun əməkdaşları “Horizon-2020” proqramına müraciət qaydaları barədə məlumatlandırılıb
Bakı, 21 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fiziologiya İnstitutunda “Horizon-2020” proqramına müraciət qaydaları barədə maarifləndirici seminar keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, seminarda institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, biologiya üzrə fəlsəfə doktoru Zenfira Qədimova proqrama müraciət qaydaları barədə məlumat verib.
Sonra “Horizon-2020”nin milli əlaqələndiriciləri Fərid Seyfullayev və Zaur Həsənov proqramın strukturu, hüquqi aspektləri, tədqiqatçıların qeydiyyatdan keçməsi, layihələrin yazılması, göndərilməsi və qiymətləndirilməsi haqqında məlumat verib, öz təcrübələrini bölüşüblər.
Sonda iştirakçıların sualları cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2026 [18:18]
Misirdə Azərbaycan dili tədris olunan məktəbə kompüterlər hədiyyə edilib
- 10.05.2026 [17:00]
ADPU-da Ulu Öndərə həsr olunmuş silsilə tədbirlər təşkil edilib
- 10.05.2026 [16:48]
AMEA-nın kollektivi Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib
- 10.05.2026 [14:53]
BDU kollektivi Ulu Öndərin məzarını ziyarət edib
- 10.05.2026 [11:45]
Milli Kitabxanada tarixçi-alimə həsr edilən sərgi təqdim olunub
- 10.05.2026 [11:08]
Heydər Əliyev irsi və müasir Azərbaycan təhsilinin yüksəlişi
- 10.05.2026 [10:12]