Azərbaycan Dövlət İnformasiya Agentliyi

Həkim-cərrah: Bəzən bir yaralı üzərində beş həkim briqadası çalışmalı olurdu

Bakı, 1 oktyabr, AZƏRTAC

44 gün davam edən Vətən müharibəsi həm ön, həm də arxa cəbhədə xidmət göstərən qəhrəmanların şücaəti ilə yadda qaldı. Düşmən gülləsinə tuş gələn, minomyot atəşi nəticəsində qəlpə yarası alan, minaya düşərək ağır xəsarət alan hərbi qulluqçularımızın dadına ağ xələtli mələklər - həkimlər çatdılar. Pandemiyanın tüğyan etdiyi bir vaxtda aylarla koronavirusa yoluxan xəstələrin qulluğunda duran səhiyyə işçiləri Vətən müharibəsinin başlanması ilə bütün yorğunluqlarını unutdular. Onlar istər hərbçilərimizlə birlikdə ön cəbhədə, istərsə də arxa cəbhədə yorulmadan fəaliyyət göstərdilər. Təəssüf ki, çətin şəraitdə və təhlükələrlə üz-üzə qalaraq gecə-gündüz yaralılara xidmət edən ağxalatlı qəhrəmanlar arasında yaralananlar və şəhidlik mərtəbəsinə yüksələnlər də oldu.

Müharibə dövründə cəbhə bölgəsində fəaliyyət göstərən səhiyyə işçilərindən biri də Mərkəzi Neftçilər Xəstəxanasının həkim-cərrahı Seymur Xəlilovdur. O, Birinci Qarabağ müharibəsində də ön cəbhəyə könüllü yollananlar sırasında olub.

S.Xəlilov AZƏRTAC-a müharibə ilə bağlı xatirələrini bölüşərək deyib: “Birinci Qarabağ savaşında Kəlbəcər-Ağdərə istiqamətində gedən ağır döyüşlərdə həkim-feldşer kimi fəaliyyət göstərmişəm. Həmin vaxtlar Azərbaycan Tibb İnstitutunun - indiki Azərbaycan Tibb Universitetinin tələbəsi idim. Təxminən 3 ay müddətində cəbhədə oldum. Döyüş meydanında yaralılara ilk tibbi yardım göstərirdim. Yaralıların və şəhidlərin döyüş meydanından çıxarılmasını - evakuasiyasını təşkil edirdim.

Vətən müharibəsi zamanı isə həkim-cərrah kimi çalışmışam. Müharibə başlayan gün çalışdığım kollektivin bir qrup tibbi heyəti ilə könüllü olaraq cəbhə bölgəsinə yollandıq. Axşam hərbi hospitalların birində mövqe tutduq. Tibbi briqadanın nəzdində demək olar ki, bütün ixtisaslar üzrə həkimlər - ümumi cərrahlar, travmatoloq-ortopedlər, neyrocərrah, döş boşluğu cərrahı, həkim reanimatoloq-anestezioloq və orta-kiçik tibbi personalları var idi. Çox ağır və çətin bir mənzərə ilə qarşılaşdıq. Xeyli sayda yaralını qəbul etməyə başladıq. Onların böyük əksəriyyəti ağır yaralılar idi. Vətən müharibəsi aparılan döyüş taktikasına, silah və hərbi texnikaların xüsusiyyətlərinə görə Birinci Qarabağ savaşından fərqləndiyi kimi qeydə alınan yaralanmalar, travmalar, yaralıların ağırlıq dərəcəsi də tamamilə fərqlənirdi. Müştərək travmalar üstünlük təşkil edirdi. Əksər yaralılarda bədənin böyük sahələrini əhatə edən yanıqlar, eyni zamanda, baş, üz, göz, döş qəfəsi, qarın boşluğu yaralanmaları, ətrafların açıq yaraları, sınıqları müşahidə edilirdi. Hərbi qulluqçular bədənin müxtəlif sahələrində çoxsaylı qəlpə yaraları ilə gətirilirdilər. Bəzən bir yaralı üzərində iki, üç, hətta dörd və beş həkim briqadası çalışmalı olurdu. Əməliyyata alınan bir çox yaralıda həyatı vacib orqanların cırılması, dağılması, böyük ölçüdə qan itkilərinə rast gəlinirdi. Ətrafların açıq sınıqları, ətrafların qopması, yəni travmatik amputasiyaları üstünlük təşkil edirdi. Əksər yaralılar birbaşa döyüş meydanından gətirilirdilər. İşin təşkilinə gəldikdə isə hər şey normal qurulmuşdu və hər kəs öz yerində, işinin başında idi. İlk günlərdə bəzi çatışmazlıqlar olmasına baxmayaraq, qısa zaman ərzində hər şey tam şəkildə təşkil edildi. Dərman, tibbi ləvazimat və tibbi alətlər çatışmazlığı aradan qaldırıldı. Bu işdə dövlət qurumları və hətta müxtəlif vətəndaşlar bizə dəstək oldular. Yaralılar birinci qəbula gətirilir və elə oradaca çeşidlənirdilər. Yüngül yaralılara qəbul şöbəsində tibbi yardımlar göstərilirdi. Orta və ağır yaralılar isə qəbul şöbəsindən birbaşa əməliyyatxanalara qaldırılırdılar. Həkimlər ardıcıl qaydada bir-birini əvəz edərək işlərini davam etdirirdilər. Qeyd edim ki, orta və kiçik tibbi personal xüsusi fədakarlıq göstərirdi. Hər mərtəbədə reanimasiya şöbəsi təşkil olunmuşdu. Həkim-reanimotoloqların sayəsində ağır yaralılar və əməliyyat olunan xəstələrimiz salamat qalırdılar. Bizə kömək və dəstək məqsədilə digər tibb müəssisələrindən də gələnlər oldu. Hətta qardaş Türkiyədə təhsil alan bir qrup tələbəmiz bizə köməyə gəldilər”.

S.Xəlilov erməni terrorçularının Gəncə və Bərdə şəhərlərini raketlə vurmasından sonra şahidi olduğu hadisələrdən bəhs edərək deyib: “Gəncə hadisələri heç zaman yadımdan çıxmaz. Hər dəfə Gəncə şəhəri raketlə vurulanda yaralılar bizə gətirilirdi. Hətta Bərdə bombalanan zaman da yaralıların bir hissəsi fəaliyyət göstərdiyimiz hospitala yerləşdirildi. Gecə saatlarında yuxulu halda, cırılmış-didilmiş və qanla boyanmış paltarda gətirilən uşaqlar, yaşlılar hələ də gözlərimin qarşısından getmir. Şahid olduğum bir hadisə isə yaddaşıma ömürlük həkk olunub. Gecə saatlarında erməni vandalları yenə Gəncəni raketlə vurmuşdular. Yaralılar fəaliyyət göstərdiyimiz hospitala gətirilmişdi. Biz hər zaman belə bir hadisəyə hazır idik. Çünki şəhər bir neçə dəfə ermənilərin hədəfi olmuşdu. Yaralılar tez bir zamanda qəbul olundular. Qəbul şöbəsində tibbi yardımlar göstərdik. Ağır və ciddi yaralıları şöbələrdə yerləşdirdik. Bu zaman orta yaşlı bir qadın bizə yaxınlaşıb gəlininin bura gətirilib-gətirilmədiyi ilə maraqlandı. Qadın bildirdi ki, gəlini hamilədir və evdə tək olub. Yaralılar içərisində belə bir şəxsin olmadığını dəqiqləşdirdikdən sonra həmin qadın başqa tibb ocağına yollandı. Ancaq sabahı günü bir hamilə qadının dağıntılar altında qalaraq həlak olduğunu mətbuatdan eşitdim. Bu, mənə çox pis təsir etdi.

Yaralılarla çox yaxın münasibətimiz var idi. Bizə döyüş hadisələrindən maraqlı məqamları danışırdılar. Düşməni neçə darmadağın etməklərindən və torpaqlarımızı necə azad etməklərindən söhbət açırdılar. Hər dəfə rayonlarımız işğaldan azad olunduqca və bu xəbəri eşitdikcə böyük sevinc hissi yaşayır, daha böyük həvəslə, yorulmadan işləyirdik. Bir çox yaralılar bizə yaxınlaşaraq bildirirdilər ki, döyüşə qayıtmaq istəyirlər. Onları tezliklə sağaltmağımızı və döyüş yoldaşlarının yanına - cəbhə bölgələrinə qayıtmalarına kömək etməyimizi xahiş edirdilər. Sevindirici hadisələrdən biri də odur ki, yaralıların böyük əksəriyyəti salamat qalırdı. Ölüm göstəricisi demək olar ki, yox idi. Ağır yaralıların, ağır və ciddi əməliyyat keçirən xəstələrimizin vəziyyəti tez bir zamanda stabilləşir və onlar sağalırdılar.

Müharibə dövründə mənimlə birlikdə çiyin-çiyinə yorulmadan çalışan həkimlərə, orta və kiçik tibbi heyətin bütün üzvlərinə dərin minnətdarlığımı bildirirəm. Çox şadam və qürur duyuram ki, az da olsa igidlərimizə kömək edə bildim. Onların salamat qalmasında, sağlamlıqlarına qovuşmalarında payımın olmasına görə sevinirəm”.

Əslən Kəlbəcər rayonundan olan həkim-cərrah bu yaxınlarda doğulub boya-başa çatdığı yurdunu görmək imkanı da əldə edib: “Bu illər ərzində ürəyimlə, qəlbimlə doğulduğum yurda - Kəlbəcərə bağlı olmuşam. Yurdsuz olmaq, Kəlbəcərsiz yaşamaq hər zamanı məni narahat edib. Xəyallarımda ata-baba yurdumu canlandırıb, yuxularımda o yerləri görmüşəm. Heç zaman heç yerdə rahat olmamışam. Hər zamanı qayğılarla yaşamışam. Bir təbiət mənzərəsi, dağ, meşə, bulaq görəndə kövrəlmişəm, darıxmışam. Ancaq heç zamanı ümidsiz olmamışam və inanmışam ki, vaxt gələcək, o yerlərə qayıdacağıq. Çox şükürlər olsun ki, arzularım, istəklərim reallaşdı, yuxularım çin oldu.

Bu yaxınlarda doğulduğum rayonu - Kəlbəcəri ziyarət etdim. Çox şükürlər olsun ki, həsrətində olduğum belə bir ziyarət mənə də qismət oldu. 29 il qəlbimdə gəzdirdiyim, xəyallarımda canlandırdığım, yuxularda gördüyüm o yerlərə qayıtdım. Doğma rayonumu, dogulduğum, boya-başa çatdığım kəndimizi, dağıdılıb, viran qalan ata evimizi gördüm. Hisslərimi sözlə ifadə etmək çox çətindir. Gərək o görüşü gözlə görəsən və real yaşayasan. Sanki 29 ildən sonra təzədən dünyaya gəldim. Qəribədir ki, dünyadan köçən valideynlərimin, qohumlarımın, həmyerlilərimin ruhlarının şad olduğunu hiss etdim. Möhtəşəm Qələbəni, bu şərəfli tarixi bizə yaşadan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm. Var olsun, rəşadətli Azərbaycan Ordusu! Yaşasın, Müzəffər Ali Baş Komandan! Qarabağ Azərbaycandır!”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib

Taleh Kazımov: 2027-2030-cu illərin iqtisadi gündəliyindəki struktur islahatlar şaxələndirmənin miqyasını və sürətini müəyyən edəcək

Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

ICESCO-nun Bakı Regional Ofisi 12-ci Beynəlxalq Kitab Sərgisində xüsusi pavilyonla təmsil olunacaq

218 nömrəli yeni marşrut xətti istifadəyə verilir

Mərkəzi Bank 2026-cı və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb

BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır

Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb

Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub

Binəqədi şosesində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək

Xankəndidə BMU ilə Özbəkistanın iki ali təhsil müəssisəsi arasında memorandumlar imzalanıb

Azərbaycan və Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə edilib

Çexiyada Senata seçkilərin ikinci turu keçirilir

“Şahinlərin Görüşü-2026”da iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ölkəmizə səfər edib

Energetika Nazirliyində YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib

Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib

Efiopiyada Tiqray bölgəsinə altıaylıq keçid administrasiyası yaradılıb

Mərkəzi Bankın sədri “Global Finance”a müsahibəsində Azərbaycanın maliyyə islahatlarından danışıb

Asimmetrik sintez: həyatın mənşəyi və dərman istehsalı baxımından yeni imkanlar

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyədədir

“Şahinlərin Görüşü-2026” təlimində tapşırıqlar uğurla icra olunur

“Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun növbəti iclası baş tutub

Macarıstan Aİ-nin karbon qiymətləri sisteminin tətbiqinin təxirə salınmasını tələb edir

ARDNF-nin icraçı direktoru "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb

Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq

TƏBİB-in icraçı direktoru Qubada vətəndaşların müraciətlərini dinləyib

Müstəqilliyin bərpası Azərbaycan xalqının milli iradəsinin təcəssümüdür - universitetdə tədbir

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

BDU-da “Azərbaycan dili - Açıq dərslər” layihəsi davam edir

Səyyar Gənclər Xidmətinin növbəti dayanacağı Ucar olub

Ermənistanın keçmiş rəhbərliyi Azərbaycan xalqına qarşı cinayətlərə görə məsuliyyət daşıyır RƏY

BVF ilə Dünya Bankının İllik Toplantılarında Azərbaycanın iqtisadi prioritetləri və beynəlxalq maliyyə əməkdaşlığı dəyərləndirilib

Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir