Azərbaycanda urbanizasiya və şəhərsalma kontekstində mənzil siyasəti - seminar
Bakı, 3 iyun, AZƏRTAC
Azərbaycan Texniki Universitetində (AzTU) “Şəhərsalma və Memarlıq İli” çərçivəsində tələbə və müəllimlər üçün “Azərbaycanda urbanizasiya və şəhərsalma kontekstində mənzil siyasəti” mövzusunda seminar keçirilib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
Seminarda AzTU-nun baş müəllimi Pərvin Hacıyeva ölkədə urbanizasiya prosesləri, mənzil siyasətinin mövcud vəziyyəti və inkişaf perspektivləri barədə geniş məlumat verib. O, Azərbaycanda son illərdə urbanizasiya səviyyəsinin artdığını, xüsusilə Bakı və Abşeronda əhali sıxlığının yüksəldiyini diqqətə çatdırıb.
Seminar çərçivəsində şəhərsalma sahəsində həyata keçirilən islahatlar, o cümlədən 2040-cı ilədək Bakının Baş Planı, polisentrik şəhər modeli və yaşayış sahələrinin genişləndirilməsi istiqamətində görülən işlər haqqında ətraflı məlumat verilib.