“Azəralüminium”un ixrac gəlirləri 27 faiz artıb
Bakı, 3 iyun, AZƏRTAC
2026-cı ilin yanvar-aprel aylarında “Azəralüminium” MMC 63 milyon dollar dəyərində məhsul ixrac edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,4 milyon dollar və ya 27 faiz çoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın may sayında bildirilib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında “Azəralüminium” MMC-nin ixrac gəlirləri 49,6 milyon dollar olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.06.2026 [15:33]
Bakı Gəmiqayırma Zavodunda konteyner gəmilərin kilqoyma mərasimi baş tutub
- 03.06.2026 [15:09]