İDMAN


İngiltərə Premyer Liqasının 14-cü turunun oyunları keçirilib

Bakı, 2 dekabr, Nicat Məmmədov, AZƏRTAC

Dekabrın 1-də İngiltərə Premyer Liqasının 14-cü turunun oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, turun maraqla gözlənilən oyunu "Etihad" stadionunda oynanılıb. Cari mövsüm uğurlu oyunu ilə diqqət çəkən "Bormunt" səfərdə hazırkı lider "Mançester Siti"nin qonağı olub. Meydan sahibləri oyunun ilk dəqiqələrindən rəqibin qapı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıb. Matçın 16-cı dəqiqəsində "şəhərlilər"in hücumlarından biri qolla nəticələnib. Bernardo Silva fərqlənib - 1:0. Vurulan qoldan sonra irəli atılan qonaqlar birinci hissənin başa çatmasına bir dəqiqə qalmış hesaba tarazlıq gətirib. Klubun cari mövsümdə ən sərrast hücumçusu olan Kallum Vilson adını tabloya yazdırıb - 1:1. Fasiləyə komandalar heç-heçə yollanıblar.

Qarşılaşmanın ikinci hissəsinə fəal başlayan Pep Qvardiolanın yetirmələri matçın 57-ci dəqiqəsində yenidən hesabda önə keçib. Rəhim Sterlinq fərdi ustalığı sahəsində iki müdafiəçini geridə qoyaraq qapıya dəqiq zərbə vurub - 2:1. Oyunda son nöqtəni də meydan sahibləri qoyub. İngilislərin türk əsilli futbolçusu İlkay Gündoğan fərqlənib - 3:1. Beləliklə, "Mançester Siti" xallarının sayını 38-ə çatdıraraq liderliyini qoruyub. "Bormunt" isə 20 xalla 9-cu yerdə qərarlaşıb.

Premyer Liqanın favoritlərindən olan "Mançester Yunayted" isə səfərdə "Sauthempton" klubu ilə oyunda gözlənilmədən xal itkisi ilə üzləşib (2:2).

Gün ərzində keçirilən digər oyunlarda növbəti nəticələr qeydə alınıb:

"Kristal Palas" - "Börnli" - 2:0

"Haddersfild" - "Brayton" - 1:2

"Lester Siti" - "Votford" - 2:0

"Nyukasl" - "Vest Ham" - 0:3.

Qeyd edək ki, tura dekabrın 2-də "Liverpul" - "Everton", "Arsenal" - "Tottenhem" və "Çelsi" - "Fulhem" oyunları ilə yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.