Azərbaycan Dövlət İnformasiya Agentliyi

“İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda beynəlxalq simpozium keçirilir

Bakı, 20 sentyabr, AZƏRTAC

Sentyabrın 20-də Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), Mənəvi Dəyərlərin Təbliği Fondu (MDTF), Kırıkkale Universitetinin İslam elmləri fakültəsi və İslam Ölkələri Tədqiqat Mərkəzinin birgə təşkilatçılığı ilə “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda beynəlxalq simpozium işə başlayıb.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və torpaqlarımızın qorunması uğrunda şəhid olanların ruhuna hörmət əlaməti olaraq, Aİİ-nin tələbəsi Əmrah Eminovun təqdimatında Quran tilavət olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Aİİ-nin rektoru dosent Aqil Şirinov müasir dünyada birgəyaşayış çərçivəsində ortaya çıxan böyük problemlərin əsas amillərindən birinin milli, irqi və dini müstəvidə artan ayrı-seçkilik olduğunu bildirib. Qeyd edib ki, etiqad və məzhəb zəminində baş verən ayrı-seçkilik və münaqişələr elm və irfandan uzaq olan bəzi dini qrupları müsəlman dünyasına yönəldilmiş planların könüllü iştirakçılarına çevirir.

“Bütün bunlar bizi İslam Şərqində və mədəniyyətində birgəyaşayış ənənəsini, tarixi təcrübələri, Həzrət Məhəmmədin həyat fəlsəfəsinə bağlı prinsipləri yenidən gözdən keçirib təhlil etməyə, İslam mədəniyyətinin şifrələrini və bu mədəniyyətin müqəddəs mətnlərini doğru oxumağa sövq edir”, - deyə rektor bildirib.

A.Şirinov diqqətə çatdırıb ki, ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan, dini dəyərlərə hörmət və qayğı, eyni zamanda, birgəyaşayış ənənələrin təbliğinə əsaslanan siyasət Prezident İlham Əliyev uğurla davam etdirir.

Simpoziumun İslam mədəniyyətində birgəyaşayış təcrübəsinin tədqiqinə öz töhfəsini verəcəyindən əmin olduğunu vurğulayan Aİİ rektoru tədbirin işinə uğurlar arzulayıb.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru ilahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılov İslamın əsas qaynaqlarından nümunələr gətirərək birgəyaşayış məsələsinə toxunub. Bildirib ki, sonrakı dövrlərdə, xüsusən də son bir neçə əsrdə Qərb mədəniyyətinin hakim mədəniyyətə çevrilməsi, İslam mədəniyyətinin bu böyük ənənə və təcrübəsinə kölgə salıb, əvəzində dinimizin və mədəniyyətimizin adı terror, ekstremizm, radikalizm və s. qavramlarla birgə anılmağa başlanıb.

M.İsmayılov vurğulayıb ki, bu böyük mirası dünya ictimaiyyətinə təqdim və təbliğ etməkdə çox fəal olmalıyıq.

“İslam mədəniyyətinin bir parçası olan Azərbaycan da keçmişdən bu günə çox zəngin birgəyaşayış ənənələrinə sahibdir və dövlətimiz bu sahəyə böyük diqqət göstərir. Etnik, mədəni, dini, məzhəb və s. cəhətdən müxtəlifliyin olduğu ölkəmizdəki birgəyaşayış mühiti bəşəriyyətin birgəyaşayışına öz töhfəsini verir. Bu mühit, sadəcə, qanunlara deyil, həm də kökləri dərində olan böyük mirasa söykənir”, - deyə M.İsmayılov qeyd edib.

Kırıkkale Universiteti İslam elmləri fakültəsinin dekanı professor Mevlüt Erten qeyd edib ki, İslam mədəni mühitinin birgəyaşayışla bağlı bir çox dəyərə və zəngin tarixi təcrübələrə sahib olduğunun şahidləriyik.

Mevlüt Erten qloballaşma dövründə ksenofobiyanın mədəniyyətlər və dinlər arasında dialoqun inkişafına ciddi təhdid olduğunu vurğulayaraq bildirib ki, bu meyil dünyada sülhün və sabitliyin pozulmasında maraqlı olan radikal, terrorçu qüvvələr tərəfindən dəstəklənir. Bu təhdidin qarşısını almaq üçün tolerantlığın, dialoqun, əməkdaşlığın və həmrəyliyin gücləndirilməsi böyük əhəmiyyət daşıyır. Bu baxımdan, Azərbaycanın rolu xüsusi vurğulanmalıdır.

Professor M.Erten “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda keçirilən beynəlxalq simpoziumun təşkilatçısı olmaqdan xüsusi qürur duyduğunu deyib.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri fəlsəfə elmləri doktoru Mübariz Qurbanlı Azərbaycanda birgəyaşayış ənənəsi, milli-mənəvi miras və dövlət siyasəti barədə danışıb. O bildirib ki, din insanların mənən zənginləşməsində geniş təsir imkanlarına malikdir: “Dinin insanların həyatındakı rolunu danmaq, funksiyalarından düzgün faydalanmamaq, habelə ondan sui-istifadə hallarına yol vermək dövlət və cəmiyyət qarşısında yeni problemlər və təhlükələr yarada bilər.

İslam Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən biri, onun tarixinin ayrılmaz tərkib hissəsidir. Ümummilli lider Heydər Əliyev tərəfindən böyük peşəkarlıq və həssaslıqla hazırlanan, milli-mənəvi dəyərlərə qayıdışın əsasını qoyan, xalqın keçmişinə, milli adət-ənənələrinə, dininə dövlət səviyyəsində qayğı göstərən, ölkədə dini etiqad, inanc azadlığını tam təmin edən dövlət-din münasibətləri modeli Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Bu istiqamətdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həm ölkə daxili, həm də ölkə xaricindəki dini abidələrin, ibadət evlərinin təmir və bərpa olunmasında, dini-mədəni irsimizin qorunub saxlanması, milli-mənəvi dəyərlərimizin dünyada tanıdılması, habelə dini abidələrin bərpasına qayğı göstərilməsində əvəzsiz xidmətləri var”.

Sonda Komitə sədri simpoziumun qarşıya qoyduğu məqsədə çatacağına, müsəlman cəmiyyətləri arasında birgəyaşayış təcrübəsi modellərini uğurla təqdim edəcəyinə əminlik duyduğunu və onun işinə müvəffəqiyyətlər arzu etdiyini bildirib.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini fəlsəfə üzrə fəlsəfə doktoru Fuad Nurullayev isə qeyd edib ki, dinimiz təkcə müsəlmanlara qayğı göstərməyi buyurmur: “Dinimiz dinindən asılı olmayaraq ehtiyacı olan bütün şəxslərə yardım etməyi əmr edir. Birgəyaşayış, dinlərarası qardaşlıq, dostluq məhz bu əməllər üzərində qurulur, formalaşır. “Əl-Bəqərə” surəsində qeyd edilir ki, dində məcburiyyət yoxdur. Yəni, ayinləri kiməsə məcburi surətdə qəbul etdirmək olmaz. İslamda, həmçinin digər dinlərə mənsub şəxslərin ibadət yerlərinə hörmətlə yanaşmaq buyurulur. Belə dəyərlər təkcə insanlar arasında deyil, eyni zamanda, dövlətlərarası münasibətlərin tənzimlənməsində böyük rol oynayır”.

Milli Məclisin deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov qeyd edib ki, birgəyaşayış sağlam ictimai münasibətlər mühitinin formalaşması, fərdi və sosial planda təhlükəsizliyin təmin olunması üçün əvəzedilməz dəyərdir. Təsadüfi deyil ki, birgəyaşayış demokratik və multikultural cəmiyyətimizin əsas dəyərlərindən biri kimi, ölkəmiz üçün də əhəmiyyəti gedərək artan məsələlərdəndir.

C.Məmmədov beynəlxalq simpoziumun işinə uğurlar arzulayıb.

İzmir Katip Çelebi Universitetinin rektoru proffesor Saffet Köse, “Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universitetinin rektoru professor Məhəmməd əl-Şəhhat əl-Cindi, Müsəlman İnstitutunun sədri Sahibzada Sultan Ahmed Ali, Bolqar İslam Akademiyası rektorunun köməkçisi Rustem Gilmutdinov, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin aparıcı məsləhətçisi Araz Qurbanov çıxış edərək bildiriblər ki, beynəlxalq simpozium İslam mədəniyyəti kontekstində müsəlman aləmində birgəyaşayışla əlaqədar tarixi təcrübə və nümunələri araşdıraraq gələcək nəsillərin doğru istiqamətdə addımlamasına töhfə verəcək.

Qeyd edək ki, simpoziumun keçirilməsində məqsəd - İslam mədəniyyəti kontekstində fərqli din nümayəndələrinin birgəyaşayışı ilə bağlı vəziyyəti müzakirə etmək, müsəlman cəmiyyətləri arasında bu istiqamətdə mövcud təcrübələrdən yararlanmaq və onları təşviq etmək, müvafiq sahə üzrə mütəxəssis və araşdırmaçıların verdikləri töhfələri üzə çıxarmaq, qorumaq və gələcək nəsillərə ötürmək, həmin istiqamətdə elmi, siyasi, ictimai və fərdi tədqiqatların artırılmasına zəmin yaratmaqdır.

Simpozium panel iclaslarla davam etdirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tamara Sinyavskaya: Bakıda hər dəfə Müslüm Maqomayevin varlığını hiss edirəm

Premyer Liqa: “Qarabağ” üç xalı üç qolla qazanıb

“Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansı iki ölkə arasında dostluğun möhkəmləndirilməsinə töhfə verir

Tbilisidə Azərbaycan və Gürcüstan rəssamlarının sərgisi açılıb

Almaniyanın xidmət işçiləri altı limanda xəbərdarlıq tətili keçirəcəklər

Süni intellekt Brüsselin siyasi dairələrində lobbiçilərin fəaliyyətini dəyişir

Əyyub Quliyev: Müslüm Maqomayevin sənəti ilə insanlığı bir-birini tamamlayırdı VİDEO

Əyyub Quliyev: Müslüm Maqomayevin sənəti ilə insanlığı bir-birini tamamlayırdı VİDEO

Bu saata olan əsas xəbərlər

Çimərlik güləşi üzrə millinin baş məşqçisi: Bakıdakı yarışlara ən güclü heyətlə hazırlaşırıq

Məktəb direktorlarının işə qəbulu üzrə elektron qeydiyyat başlayır

Şəmkirdə ağır yol qəzası ölümlə nəticələnib

Aİ Avropada meşə yanğınlarına qarşı mübarizəyə əlavə dəstək göndərib

Məbud Məhərrəmov: Müslüm Maqomayev ümumxalq sevgisinə baxmayaraq, sadə insan olaraq qalırdı VİDEO

Məbud Məhərrəmov: Müslüm Maqomayev ümumxalq sevgisinə baxmayaraq, sadə insan olaraq qalırdı VİDEO

Azərbaycana qarşı çağırışlar edən Rusiya vətəndaşları beynəlxalq axtarışa veriliblər

İvan Us: Azərbaycan Ukraynanın enerji təminatçısına çevrilə bilər VİDEO

İvan Us: Azərbaycan Ukraynanın enerji təminatçısına çevrilə bilər VİDEO

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 19 mindən çox nikah bağlanıb

Azərbaycanda bu ilin birinci yarısında 41 minə yaxın körpə doğulub

2026/2027-ci tədris ili üçün ali məktəblərə müsabiqədənkənar qəbul olunanların sayı açıqlanıb

Əməkdar rəssam: NDU-da açılacaq Heykəltaraşlıq ixtisası müasir sənət təhsilinin inkişafına töhfə verəcək

Aygün Attar: TRIPP-in Orta Dəhliz üçün əsas strateji üstünlüklərindən biri marşrutların şaxələndirilməsidir

Azərbaycan əhalisinin sayı açıqlanıb

Bu il Avropanın ən iri neft şirkətləri 5,55 milyard avro məbləğində mənfəət əldə ediblər

Rektor: BMU-nun ikili diplom proqramları tələbələrin əmək bazarının tələblərinə uyğun bilik qazanmalarına xidmət edir

Mehmet Özçubukçu: TRIPP Orta Dəhlizin potensialını və dayanıqlılığını artıra biləcək mühüm bağlantıdır

Cahangir Səlimxanov: Müslüm Maqomayevin sənəti zamanın fövqündə dayanır VİDEO

Cahangir Səlimxanov: Müslüm Maqomayevin sənəti zamanın fövqündə dayanır VİDEO

Naxçıvana 258 milyon manatın ayrılması regionun dayanıqlı inkişafına yönəlmiş siyasətin növbəti mühüm hissəsidir – RƏY

Ceymi Vardi Braziliya klubu ilə anlaşıb

ABŞ eksperti: TRIPP Naxçıvanın iqtisadi xəritəsini dəyişə bilər

Unudulmaz müğənni Müslüm Maqomayevin doğum günündə məzarı ziyarət edilib VİDEO

Unudulmaz müğənni Müslüm Maqomayevin doğum günündə məzarı ziyarət edilib VİDEO

“Rəqəmsal dövlət maliyyəsi” sisteminin “e-mühasibat” altsistemi üzrə təlimlərə başlanıb

Bakıda İndoneziyanın müstəqilliyinin 81-ci ildönümünü qeyd edilib

Böyükşor gölünün suyu nə üçün yaşıl rəngə boyanıb? - analizin nəticələri açıqlandı

Türkiyə-Azərbaycan Universitetinin 7 tələbəsi yay təcrübə proqramına göndərilib VİDEO

Türkiyə-Azərbaycan Universitetinin 7 tələbəsi yay təcrübə proqramına göndərilib VİDEO

Buğaçda “Qurultay”: macar ənənələri və köçəri xalqların irsi

Gürcüstanda azərbaycandilli ibtidai sinif müəllimləri üçün təlim proqramı hazırlanıb

Türkiyənin “MARLİN” ekipajsız katerləri dəniz minalama sistemi ilə təchiz edilib

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib

Yeddi ayda külək elektrik stansiyalarından istehsal 22 dəfə artıb

Azərbaycan Sərhəd Mühafizəsinin 107-ci ildönümü ərəfəsində şəhid ailələrinə ordenlər təqdim olunub

Bu il Günəş enerjisi üzrə 459 giqavat/saat yeni batareya tutumu istifadəyə veriləcək

Qusarda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda tədbir təşkil olunub

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

Azərbaycanda neft bitumu və neft koksu istehsalının həcmi açıqlanıb

AZAL Atırauya ilk reysini həyata keçirib

Tramp Hörmüz boğazında ABŞ-nin səylərinə mane olarsa, Omana hücum edəcəyini açıqlayıb

Gədəbəydə Qafqaz Albaniyası dövrünə aid 560 qəbirin aşkarlandığı Xarxar nekropolunda genişmiqyaslı qazıntılar aparılır VİDEO

Gədəbəydə Qafqaz Albaniyası dövrünə aid 560 qəbirin aşkarlandığı Xarxar nekropolunda genişmiqyaslı qazıntılar aparılır VİDEO

Şuşanın Kiçik Qaladərəsi kəndinə köçən 11 ailəyə mənzillərin açarları təqdim edilib

Sabirabadda yol qəzası olub, yaralılar var VİDEO

Sabirabadda yol qəzası olub, yaralılar var VİDEO

Dövlət orqanlarında 847 vakant inzibati vəzifənin tutulması üçün müsahibə elan edilib

Yeni sülh və kommunikasiya gündəliyinin kəsişdiyi məkan ŞƏRH

Qubada minik və yük avtomobilləri toqquşub, yaralılar var VİDEO

Qubada minik və yük avtomobilləri toqquşub, yaralılar var VİDEO

Özəlləşdirmə və icarədən büdcəyə 145 milyon manat vəsait ödənilib

Neft məhsullarının istehsal dəyəri 3 milyard manatı ötüb

Türkiyə vətəndaşı uşaq ölümlərinə diqqəti cəlb etmək üçün 730 kilometr yolu piyada gedəcək

Azərbaycanın neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 33 faizi ötüb

Elvin Cəfərquliyev iki həftə yaşıl meydanlardan uzaq qalacaq

Bakı-Tbilisi-Ceyhan kəməri ilə daşınan neftin həcmi açıqlanıb

Brüsseldə açılan “Postkolonial?” sərgisi Avropanın müstəmləkəçilik irsini araşdırır

Yeddi ayda Bakı-Tbilisi-Ərzurum kəməri ilə 13,3 milyard kubmetr qaz ixrac edilib

2020-ci ildən bəri Avropada 624 hidrogen layihəsi qeydə alınıb

Arif Əsədov: Zubirin gedişi “Qarabağ”a müvəqqəti çətinlik yaradacaq

“Nyukasl” gürcü futbolçu üçün 47 milyon funt təklif etməyə hazırlaşır

® Aylıq 1 faizdən başlayan “Lombard” krediti

ANAMA: Ötən həftə 132 mina aşkarlanaraq zərərsizləşdirilib

Rəsədxana: Avqustun 17-18-də zəif geomaqnit qasırğası gözlənilir

Avropada qaz anbarlarının doluluq nisbəti 60,8 faizdir

Yaxın iki gündə hava əsasən yağmursuz keçəcək - Açıqlama

"Tanrının zirehi 4: Ultimatum" filminin Azərbaycanda lentə alınan hissəsinin çəkilişləri uğurla yekunlaşıb

Naxçıvan Azərbaycanın gələcək inkişaf xəritəsində xüsusi yer tutur ŞƏRH

Naxçıvanın müdafiə, enerji və logistika dayanıqlığının gücləndirilməsi təhlükəsizlik arxitekturasının əsasını təşkil edir- ŞƏRH

Məlahət Abbasova Türkiyənin Film-San teatr mükafatının münsiflər heyətinə seçilib

Türkiyədə Ani qalasının fəthinin 962-ci ildönümü qeyd olunub

Türkiyədə 485 min əlyazma və nadir çap əsəri rəqəmsallaşdırılıb

Gənclərin dini təhlükəsizliyi: sosial şəbəkələr və müasir çağırışlar

Böyük Britaniyada rekord istilərdən sonra hava şəraiti kəskin dəyişəcək

“AstraZeneca” ağciyər xərçəngi üzrə mühüm klinik sınağı dayandırıb

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının adından istifadə olunmaqla kiberdələduzluq edən şəxslər saxlanılıblar VİDEO

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının adından istifadə olunmaqla kiberdələduzluq edən şəxslər saxlanılıblar VİDEO

Səfir: Prezident İlham Əliyevə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsini təqdim etməkdən məmnunam

“Sumqayıt”ın kapitanı əməliyyat olunub

“Nestle” arıqlama preparatlarından istifadə edən istehlakçılar üçün yeni məhsullar hazırlamağı planlaşdırır

Şəhid ailələri Qarabağa səfər ediblər

“İmişli” gənc futbolçusu ilə vidalaşıb

“Maarifçi”lər arasında keçirilən intellektual oyunun qalibi məlum olub

Güneyxırman və Quzeyxırman kəndlərinə köçən ailələrə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

Üçüncü qrupda hansı ixtisaslara əlavə müsabiqə şərtləri tətbiq olunur? – DİM-dən açıqlama

Azərbaycan məktəbliləri IOI 2026-da üç bürünc medal qazanıblar

Bir neçə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

Endi Börnhem özünü Trampın aparat rəhbəri kimi təqdim edən şəxslə mesajlaşıb

Komitə sədri İsmayıllıda vətəndaşların müraciətlərini dinləyəcək

Türkiyədə daşınmaz əmlakın Fəlakət Sığortası sistemi ilə əhatə olunması 58 faizə yüksəlib

Oksford Universitetinin tələbəsi “ASAN xidmət”də yay təcrübə proqramını başa vurub

TRT-nin “Azərbaycan rüzgarı” proqramının növbəti buraxılışı Xalq artisti Elza İbrahimovaya həsr olunub

Bu ilin yanvar-iyul aylarında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 4963 cinayət faktı aşkarlanıb

Azərbaycan U-15 millisi UEFA İnkişaf Turnirində son oyuna çıxıb

Yaxın Şərqdəki istehsalçıların Körfəzdən böyük həcmdə neft göndərməyə davam etdiyi bildirilir

Qarabağ və Şərqi Zəngəzurun dini-mədəni irsi araşdırılır

Almaniyadan könüllü geri qayıdanların sayı artıb

Naxçıvan Regional DOST Mərkəzi: sosial xidmətlərdə “bir pəncərə” və vətəndaş məmnuniyyəti VİDEO

Naxçıvan Regional DOST Mərkəzi: sosial xidmətlərdə “bir pəncərə” və vətəndaş məmnuniyyəti VİDEO

İsveçdə meteoroloq çatışmazlığı yaranıb - işə təqaüdçülər cəlb olunur

Azərbaycanın iki cüdoçusu İspaniya Superkubokunda qızıl medal qazanıb