Kitabxana Məmməd Səid Ordubadiyə həsr olunmuş silsilə materialları istifadəçilərə təqdim edib
Bakı, 1 may, AZƏRTAC
Respublika Gənclər Kitabxanası Məmməd Səid Ordubadinin həyat və yaradıcılığına həsr olunan silsilə materialları- videoçarx və virtual sərgini istifadəçilərə təqdim edib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə görkəmli dramaturqun həyat və fəaliyyəti, Azərbaycan tarixi roman janrında tutduğu müstəsna mövqeyi, müəllifi olduğu əsərləri, onun haqqında yazılan kitablar (Azərbaycan, ingilis və rus dilində) barəsində məlumatlar və bu kitabların yerləşdirildiyi linklər verilib. Virtual sərgidə 34 tam mətnli kitab, sitat və şəkillər təqdim edilib. Hazırlanan materiallarda Məmməd Səid Ordubadinin "Molla Nəsrəddin" jurnalı ilə ünsiyyəti, sonralar isə sıx bağlılığı haqqında məlumat verilir, müəllifi olduğu şeirlərdən nümunələr təqdim edilir.
Materiallar kitabxananın rəsmi saytında və sosial şəbəkələrində yerləşdirilib.