REGİONLAR


Milli Məclis sədrinin müavini Bahar Muradova seçicilərlə görüşüb

Fizuli, 8 aprel, AZƏRTAC

Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova Füzuli rayonunun Əhmədbəyli, Mahmudlu və Yağlıvənd kəndində rayon rəhbərliyinin və aidiyyəti orqanların rəhbərlərinin iştirakı ilə seçicilərlə görüş keçirib.

AZƏRTAC xəbər verir ki, görüş Aprel zəfərini xalqımıza bəxş edən qəhrəman şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Çıxış edən Bahar Muradova bütün xalqımızı və Füzuli sakinlərini şanlı zəfər tariximizin üçüncü ildönümü münasibətilə təbrik edib. Dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə güclənən Ordumuzun bu gün işğalda olan bütün torpaqlarımızı ən qısa müddətdə düşmən tapdağından azad etməyə qadir olduğunu bildirib. Aprel zəfərinin bunun bir daha bizə əyani sübutu olduğunu deyən Bahar Muradova qeyd edib ki, Azərbaycan Ordusu dünyanın ən güclü və ən yaxşı silahlarla təchiz olunmuş ordusu sıralarındadır.

Daha sonra çıxış edən rayon sakinləri, bu qələbəni onlara yaşadan dövlətimizin başçısına təşəkkürlərini bildiriblər. Qeyd ediblər ki, bu gün onların hər biri cəbhənin təmas xəttində Ali Baş Komandanın döyüş əmrinə hər an hazırdırlar. Son zamanlarda imzalanan fərman və sərəncamların əhəmiyyətindən danışan rayon sakinləri, dövlətimizin başçısının diqqət və qayğısını hər zaman hiss etdiklərini vurğulayıblar. Məcburi köçkünlər üçün nəzərdə tutulan aylıq müavinətin artırılması isə onların yaşayış şəraitinin daha da yaxşılaşmasına böyük dəstək olduğunu qeyd ediblər.

Milli Məclisin deputatı seçicilərin sosial, məşğulluq, əmək, mənzil, əmlak və digər məsələlərlə bağlı müraciət və şikayətlərini dinləyib. Müraciət edən vətəndaşların üzləşdiyi problemlərin və qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.