SİYASƏT
Müdafiə Nazirliyi: Düşmənin snayper qrupu məhv edilib
Bakı, 3 noyabr, AZƏRTAC
Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazimizə gətirilən 543-cü alayının yerləşdiyi müdafiə sahəsinə Azərbaycan Ordusu tərəfindən atəş zərbələri endirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nəticədə Qubadlı istiqamətində fəaliyyət göstərməyə hazırlaşan snayperlərdən ibarət qrup məhv edilib.