DÜNYA
NASA-nın “Chandra” teleskopunun qurğusu sıradan çıxıb
Bakı, 13 oktyabr, AZƏRTAC
NASA-nın “Chandra” teleskopunun hiroskopu sıradan çıxıb. Mühəndislər teleskopu təhlükəsiz rejimə keçirməli olublar.
AZƏRTAC “gazeta.ru” saytına istinadla xəbər verir ki, “Chandra” teleskopu günəş batareyalarının maksimum işıqlandırıldığı, optikası isə Günəş istiqamətindən çevrilmiş vəziyyətdədir. NASA-nın məlumatında bildirilir ki, təhlükəsiz rejimə keçidin (güman ki, hiroskopla bağlı) səbəbləri araşdırılır. Eyni zamanda, bütün sistem işləyir, tədqiqat alətləri qaydasındadır. On doqquz ildir fəaliyyət göstərən “Chandra” teleskopunun istifadə müddəti 5 ildir başa çatıb.
Bundan əvvəl NASA nəhəng “Hubble” teleskopunun sınması barədə məlumat yaymışdı. Həmin teleskopda da üç hiroskopdan biri sıradan çıxıb. Operatorlar problemi aradan qaldıranadək teleskop sabit konfiqurasiyada saxlanılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [23:02]
Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb
- 28.03.2024 [20:43]
Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]