Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan şəhəri ilə tanışlıq Gürcüstan Prezidentində xoş təəssürat yaratmışdır

Naxçıvan, 28 fevral (AZƏRTAC). Fevralın 28-də Gürcüstan Prezidenti Mixeil Saakaşvili muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbov ilə birlikdə Naxçıvan şəhərini gəzmişdir.

Şəhərlə tanışlıq xalqımızın ulu öndəri Heydər Əliyevin Naxçıvandakı abidəsinin ziyarət edilməsi ilə başlanmışdır.

Gürcüstan Prezidenti ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoymuşdur.

Sonra ali qonaq Heydər Əliyev Muzeyi ilə tanış olmuşdur.

Məlumat verilmişdir ki, Heydər Əliyev Muzeyi ulu öndərin həyat və fəaliyyətinin, siyasi-nəzəri irsinin, azərbaycançılıq ideologiyasının öyrənilməsi, təbliği və gələcək nəsillərə çatdırılması kimi şərəfli missiyanı yerinə yetirir. Muzeydə nümayiş etdirilən eksponatlar ulu öndərin ictimai-siyasi fəaliyyətini, keçdiyi mənalı həyat yolunu özündə əks etdirən kitab, qəzet və jurnallardan, 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlardan, imzalanmış protokol və müqavilələrdən, məktub və teleqramlardan, istifadə etdiyi xatirə əşyalarından, çəkilmiş portretlərdən, tarixi fotolardan və sənədli filmlərdən ibarətdir. Muzeyin fondunda 4255 eksponat toplanmışdır ki, onların da əksəriyyəti ilk dəfə olaraq məhz burada nümayiş etdirilir. Muzeydə kitabxana da fəaliyyət göstərir.

Prezident Mixeil Saakaşvili ulu öndərin zəngin siyasi fəaliyyətinə həsr olunmuş filmə baxdı.

X X X

Daha sonra Gürcüstan Prezidenti Naxçıvan Dövlət Universitetinin (NDU) beynəlxalq münasibətlər və xarici dillər fakültəsində təhsil alan tələbələrlə görüşmüşdür.

Ali qonağa məlumat verilmişdir ki, 1967-ci ildə yaradılan Naxçıvan Dövlət Universiteti bu gün özünün yeni inkişaf mərhələsini yaşayır. Son illər müasir tədris korpusları, idman kompleksi, tələbə yataqxanası, idman meydançaları, konservatoriya, elektron kitabxana, universitet xəstəxanası, tələbə sosial-məişət kompleksi tikilmiş, geniş ərazidə zəngin maddi-texniki bazaya malik universitet şəhərciyi salınmışdır. Hazırda universitetdə 11 fakültə üzrə 5 mindən artıq tələbə təhsil alır. Onların 300-dən çoxu xarici ölkə vətəndaşıdır. Naxçıvan Dövlət Universitetinin dünyanın aparıcı ali təhsil müəssisələri ilə geniş əməkdaşlıq əlaqələri vardır.

Qeyd olunmuşdur ki, 2012-ci ilin iyununda NDU ilə Şota Rustaveli adına Batumi Dövlət Universitetinin nümayəndələri arasında görüş keçirilmişdir. Görüşdə hər iki universitet arasında qarşılıqlı elmi əlaqələrin yaradılması məsələləri müzakirə edilmiş, təhsil, elm, mədəniyyət və idman sahələrində əməkdaşlığın həyata keçirilməsi və əlaqələrin inkişafına dair əməkdaşlıq müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən, 2012-2013-cü tədris ilinin birinci semestrində Naxçıvan Dövlət Universitetinin 4 tələbəsi Batumi Dövlət Universitetində təhsil almışdır. Hazırda isə Batumi Dövlət Universitetinin 4 tələbəsi Naxçıvan Dövlət Universitetində bu semestr ərzində təhsillərini davam etdirir.

Prezident Mixeil Saakaşvili universitetin yerli və xarici tələbələri ilə, o cümlədən acarıstanlı tələbələrlə söhbət etmiş, onlara təhsillərində uğurlar arzulamışdır.

X X X

Naxçıvan ilə tanışlıq çərçivəsində Gürcüstan Prezidenti “Gəmiqaya” mebel fabrikində də olmuşdur.

Ali Məclisin sədri Vasif Talıbov Prezident Mixeil Saakaşviliyə məlumat vermişdir ki, son illər muxtar respublikada bir sıra yeni sənaye müəssisələrinin fəaliyyətə başlaması sənaye sektorunun sürətli inkişafına təkan vermişdir. Hazırda muxtar respublikada 450-yə yaxın yeni sənaye müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdən biri də “Gəmiqaya” mebel fabrikidir. Sənaye sektorunda aparılan uğurlu islahatların nəticəsidir ki, 2012-ci ildə 796 milyon manata yaxın sənaye məhsulu istehsal edilmişdir. Bunun da 93 faizə qədəri özəl bölmənin payına düşür.

Fabrik müasir modeldə bütün növ mebel avadanlığının istehsalı üzrə ixtisaslaşmışdır. Burada avanqard, klassik və modern üslubda yumşaq mebellər, uşaq otağı mebelləri, yataq dəstləri, ofis, divarboyu və mətbəx mebelləri istehsal olunur. Məhsulların çeşidlərinin çoxluğu, müasir dizayn, keyfiyyətə daimi nəzarət “Gəmiqaya” mebel fabrikinin əsas fərqləndirici xüsusiyyətlərindən biridir. İstehsal prosesində yalnız yüksək keyfiyyətli və bütün ekoloji norma və tələblərə cavab verən materiallardan istifadə olunması, məhsulların keyfiyyətinə istehsal prosesinin hər bir mərhələsində nəzarət edilməsi alıcıların razılığı ilə qarşılanır. Burada istənilən zövq və tələbə uyğun münasib qiymətlərlə sifarişlər də qəbul olunur. Hazırda müəssisənin Naxçıvan şəhərində satış mağazası, Bakıda, Sumqayıtda və Ordubadda, eləcə də Goranboy rayonunda satış üzrə filialları mövcuddur. Müəssisənin Gürcüstanın Tbilisi və Batumi şəhərlərində də satış mərkəzləri yaradılmışdır.

Prezident Mixeil Saakaşvili burada hazır məhsullara baxmış, istehsal prosesi ilə tanış olmuşdur.

Ali qonağa xatirə hədiyyəsi təqdim edilmişdir.

X X X

Gürcüstan Prezidenti daha sonra “Gəmiqaya” qida məhsulları sənaye kompleksi ilə tanış olmuşdur.

Prezident Mixeil Saakaşviliyə məlumat verilmişdir ki, yerli xammalla işləyən müəssisə muxtar respublikanın iri sənaye obyektlərindən biridir. Burada müxtəlif növ meyvə şirələri və şərablar istehsal olunur. Hazır məhsullar muxtar respublikanın daxili tələbatını tamamilə ödəməklə yanaşı, xarici ölkələrə də ixrac edilir. Müəssisədə qabaqcıl ölkələrin istehsalı olan ən müasir texnoloji avadanlıq quraşdırılmışdır ki, bu da yüksək keyfiyyətli məhsul istehsalına imkan verir.

Gürcüstan Prezidenti müəssisədə istehsal prosesini izləmiş və hazır məhsulların dadına baxmışdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İranda zəlzələ olub

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi olub

Böyük Britaniyanın Baş naziri kölə ticarətinə görə üzr istənilməsini istisna etməyib

Fransada saxlanılan nümayişçilərin sayı 511-ə çatıb – YENİLƏNİB 2

“Bavariya” – “Borussiya Dortmund” qarşılaşmasında qalib müəyyənləşməyib

Azərbaycanın cüdo millisi U-23 Avropa çempionatında komanda hesabında birinci olub

Dakar-2026: Cüdoçumuzun ilk rəqibi müəyyənləşib

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Dakar-2026: Üzgüçümüzün çıxış edəcəyi 800 metr məsafəyə yarış ləğv olunub

Almaniyada gənclərin etiraz aksiyalarında on minlərlə insan iştirak edib

Kir Starmer: Avropa müdafiə sahəsində ABŞ-dən asılılığını azaltmalıdır

Rusiya FTX Moskvada terror aktı hazırlığı barədə məlumat alıb

Azərbaycan cüdoçuları Asiya Kubokunda 5 medal qazanıblar

Türkiyə və Ukrayna prezidentləri regionun təhlükəsizliyinin əhəmiyyətini vurğulayıblar

“Startup School 4” proqramının qalibləri müəyyənləşib: “Hogga” birinci yeri tutub

Zelenski: Ərdoğanla görüşdə Qara dənizdə təhlükəsiz naviqasiya və “Taxıl Dəhlizi” müzakirə olunub

Lənkəranda özünü hüquq-mühafizə orqanının əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb

Azərbaycan millisi “Böyük Dəbilqə” turnirində komanda hesabında birinci olub

Əli Abdullahi: İran Silahlı Qüvvələri rəqibin yeni hədəflər siyahısını hazırlayır

Arseni Cioyev: Finalda səhvə yol verdim və rəqibimin hücumunu buraxdım

Bu saata olan əsas xəbərlər

Azərbaycan Premyer Liqası: "Qəbələ" – "Qarabağ" görüşü qolsuz heç-heçə ilə yekunlaşıb

“Binance” oğurlanmış aktivlərin 90 faizini kompensasiya edib

Bürünc medalçı: Gələcəkdə qızıl medal qazanmaq üçün çalışacağam

“Berliner Zeitung”: Azərbaycanın dini tolerantlıq modeli İslam dünyası üçün ümid işığıdır

Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal əldə edib

Finlandiya Avropa İttifaqında işsizlik səviyyəsinə görə yenidən ilk sırada qərarlaşıb

Çexiyada təyyarələrin uçuş-enmə zolağında toqquşma riskini azaldan yeni sistem hazırlanıb

Tramp prezidentlik müddəti başa çatanadək Kubada hakimiyyətin dəyişəcəyini düşünür

İKTA sentyabr üçün regionlar üzrə internet sürətini açıqlayıb

İran Hörmüz boğazının açılması planının icra müddətini iki günə endirməyə razılaşıb

Tramp Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı razılaşmaya yaxın olduqlarını bildirib

İran müharibə ehtimalını istisna etmir

İran XİN rəhbəri ABŞ ilə münaqişənin nizamlanması üçün şərtləri açıqlayıb

Ukrayna Prezidenti İstanbulda səfərdədir

Azərbaycan güləşçisi Qazaxıstanda keçirilən dünya çempionatında bürünc medal qazanıb

Britaniyalı rəqqaslar: Bakı festivalı yarışdan daha çox beynəlxalq rəqs bayramını xatırladır

Ukrayna Rostov vilayətində raket yanacağı istehsal edən müəssisəni vurub

“Al Arabiya”: İran ABŞ-nin təkliflərini müzakirə etmək üçün Qətərə nümayəndə heyəti göndərib

Azərbaycan İslam həmrəyliyinin möhkəmləndirilməsinə mühüm töhfə verir ŞƏRH

Silahdaşlarının yolunu açmaq üçün canından keçdi VİDEO

Silahdaşlarının yolunu açmaq üçün canından keçdi VİDEO

Azərbaycan Premyer Liqası: “Araz-Naxçıvan” - “Zirə” oyununda qalib müəyyənləşməyib

Azərbaycanda ilk donor ürək transplantasiyasının birinci ildönümünə həsr olunan “Ürək transplantasiyası həftəsi” başlayıb VİDEO

Azərbaycanda ilk donor ürək transplantasiyasının birinci ildönümünə həsr olunan “Ürək transplantasiyası həftəsi” başlayıb VİDEO

Azərbaycan Feridun Sinirlioğlunun BMT Baş katibliyinə namizədliyini alqışlayır

Seul, Vaşinqton və Tokio Şimali Koreyanın tam nüvəsizləşdirilməsini tələb edir

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert təşkil olunacaq

Siyasi şərhçi: Milli suverenliyin qorunması güclü dövlətçiliyin əsas şərtidir

Əsrə bərabər 35 il

Sabah rayonlarda hava əsasən yağmursuz olacaq

Kamran Musayev: Ötən bir ildə 4 xəstəyə ürək transplantasiyası əməliyyatı icra etmişik

Yeganə Abbasova: Bu günə qədər 85 meyit donordan orqan köçürülüb

Azərbaycanda “Apple” istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Qərbi Azərbaycandan olan Nəcəfovlar ailəsinin evliliklərinin 50 illiyi qeyd olunub

Pedaqoji Universitet NASCO29-da təmsil olunub

Fransada ötən il 927 evsiz insan həyatını itirib, onlardan 20-si uşaqdır

Azərbaycanın iki güləşçisi dünya çempionatında yarımfinal görüşünə çıxacaq

Zelenski Kiyevdə və Dneprdə enerji böhranından danışıb

Arsen Venger: FIFA U-15 hamı tərəfindən sevilib və hər kəs onun yenidən keçirilməsini istəyir

NDU ilə ADNSU arasında əməkdaşlıq memorandumu imzalanıb

İnfantino: Bakıda keçirilən U-15 dünya çempionatı və festivalı FIFA-nın son 120 ildə həyata keçirdiyi ən uğurlu layihədir

Fransada 31 oktyabr etirazları: CGT nümayişçiləri Parisdə icazə verilən marşruta qoşulmağa çağırır

Yaxın vaxtlarda Moskva-Bakı marşrutu üzrə kruiz gəmisinin istifadəyə verilməsi planlaşdırılır

Türk Xəbər Agentlikləri Alyansının fotomüsabiqəsinin qalibləri müəyyənləşib

Botanika İnstitutu Qarabağ florasının elmi tədqiqi və rəqəmsallaşdırılması istiqamətində araşdırmalar aparıb

Nadir Zeynalov: Transplantasiya multiinstitusional yanaşma tələb edir

Milli Məclisin komitə sədri: Səhiyyə xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisində artım müşahidə olunur

Kamran Musayev: Hazırda 50-dən çox xəstə ürək transplantasiyası üçün gözləyir

Hazırda Azərbaycanda 1500-dən çox xəstə orqan gözləyir

Parisdə 31 oktyabr aksiyasının marşrutu dəyişdirilib: Dövlət Şurası polis prefekturasının qərarını qüvvədə saxlayıb

Baş Dövlət Yol Polisi İdarəsi ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə müraciət edib VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə müraciət edib VİDEO

Kiyevdə əhaliyə ağır elektrik kəsintiləri qrafiki tətbiq edilir

İğdırda Azərbaycanın Vətən müharibəsindəki Zəfər Günü qeyd olunacaq

2030-cu ilədək Azərbaycanda butik şərabçılıq müəssisələrinin sayı 4 dəfə artırılacaq VİDEO

2030-cu ilədək Azərbaycanda butik şərabçılıq müəssisələrinin sayı 4 dəfə artırılacaq VİDEO

Qazaxıstan sərhədçiləri bu ay Xəzərdə 126 qanun pozucusunu və 44 kiçikölçülü gəmini saxlayıblar

Domen Krapej: Azərbaycan mədəniyyət və rəqs dünyası ilə tanış olmaq üçün gözəl ölkədir

“Qələmdən – notlara: uşaq mahnıları” adlı konsert

Əhliman Əmiraslanov: Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur

Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb VİDEO

Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb VİDEO

Əziz Əliyevin 130 illik yubileyi Gəncədə qeyd edilib VİDEO

Əziz Əliyevin 130 illik yubileyi Gəncədə qeyd edilib VİDEO

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır VİDEO

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır VİDEO

Azərbaycan Premyer Liqası: “Qəbələ” bu gün “Qarabağ”ı qəbul edəcək

ABŞ-də qazma qurğularının sayı artıb

Stokholmda Zəfər Gününə həsr edilmiş konsert keçirilib VİDEO

Stokholmda Zəfər Gününə həsr edilmiş konsert keçirilib VİDEO

Rezidentlik sertifikatı necə alınır?

Ali Məhkəmənin Plenumunda bir sıra qərarlar qəbul olunub

Rəssam Anar Şəmsi “Barama” əsərində sığınacaq, yaddaş və irs anlayışlarını əks etdirib

AFFA futbol klubları ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Qarabağ Dirçəliş Fondu QHT-lər üçün qrant müsabiqələrinə dair infosessiyada iştirak edib

“Konsul leqallaşdırılması informasiya sistemi”nin yaradılması üzrə texniki işlərin 85 faizi tamamlanıb

Müdafiə naziri Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib

Azərbaycançılıq ideyası milli birliyimizin və dövlətçiliyimizin əsasını təşkil edir - ŞƏRH

Mir Azər Abdullayev: “Yenidən bax” əsərim insanı təbiətə və ətraf aləmə yenidən nəzər salmağa çağırır

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib VİDEO

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 31 oktyabr

31 Oktyabr – Beynəlxalq Əmanət Günüdür

Rəşad Ələkbərov: Festival müasir incəsənətin müxtəlif istiqamətlərini bir araya gətirir

Vinita Aqraval: “Baku Art Weekend” Azərbaycan mədəniyyətini dünyaya tanıtmaq üçün geniş imkanlar yaradır

Türk qonaq: “Art Weekend” festivalı çox yüksək səviyyədə təşkil olunub

Latviyalı rəssam: Azərbaycanın çox peşəkar rəssamları var