Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ömrünün 114-cü ilini yaşayan 7 övlad, 25 nəvə, 18 nəticə sahibi Gülxanım nənə

Ömrünün 114-cü ilini yaşayan 7 övlad, 25 nəvə, 18 nəticə sahibi Gülxanım nənə

Naxçıvan, 11 mart, Rauf Kəngərli, AZƏRTAC

Azərbaycanın dilbər guşəsi olan Naxçıvan həm də uzunömürlülər diyarı kimi tanınır. Qədim yurdun füsunkar, gözoxşayan təbiəti, təmiz havası, suyu, qızıldan qiymətli təbii ərzaq məhsulları burada yaşayan sakinlərin ömrünə ömür qatır. Onlardan biri də 114 yaşlı Gülxanım nənədir.

Kim 100 il yaşamasa...

Muxtar respublikanın Babək rayonunun Uzunoba kəndində yaşayan Gülxanın nənə həm də qədim diyarın ən yaşlı sakinləri sırasında yer alır. AZƏRTAC-ın Naxçıvan bürosunda muxtar respublikada dərc olunan “Şərq qapısı” qəzetinin müxbiri Nail Əsgərov ilə söhbət edərkən onun barəsində müəyyən məlumatları öyrənmişdim. Ancaq əsrə meydan oxuyan qəhrəmanımızı yaxından görmək daha maraqlı idi. Bu məqsədlə həmkarımla bərabər üz tuturuq Uzunoba kəndinə. Yolboyu muxtar respublikanın abadlaşan kəndlərini gördükcə insanın ürəyi fərəhlənir. Düşünürsən ki, bir sıra məsələlərin artıq öz həllini tapdığı bu gözəl təbiətli diyarda, gözəl insanların əhatəsində 100 il yaşamasan günah sənin özündə olar...

Qısa zamanda Uzunoba kəndinə çatırıq. Şəhərdən fərqli olmayan asfalt yolla axtardığımız ünvana çatırıq. 114 yaşlı nənənin qızı Mədinə xanım bizi qonaqpərvərliklə qarşılayır, “xoş gəldin”, - deyib evə dəvət edir. Gülxanım nənəni görəndə nurani çöhrəsindəki ilıq təbəssüm, üzündəki ötən ömründə yaşadığı sevincin, kədərin izləri, gizlənən qırışlar diqqətimi cəlb edir.

- Salam, Gülxanım nənə, səni görməyə gəlmişik.

- Əleykümsalam, xoş gəlmisiniz, ay bala, ayaqlarınız var olsun, buyurun, keçin əyləşin.

- Əhvalınız necədir?

- Ay oğul, əlayam desəm, yalan olar, ömrümün, günümün bu çağında tam gümrah, sağlam görünməyim qeyri-mümkündür. Ancaq, şükürlər olsun ki, səhhətimdən elə də ciddi şikayətim yoxdur. Allah bütün övladları saxlasın, uşaqlar vaxtlı-vaxtında qeydimə qalırlar, həkim lazım olanda gəlib baxır. Dövlətimiz də yaxşı pensiya ayırıb, sağ olsun dövlət başçısı ki, pensiyaları hər il artırır, çətinliyim olmur.

“Övladlarıma belə firavan yaşayışın, gözəl günlərin qədir-qiymətini bilmələrini tövsiyə edirəm”

Gülxanım nənə ilə söhbətimizi süfrə arxasında davam etdiririk. Öyrənirəm ki, 1905-ci il yanvarın 25-də dünyaya göz açan Gülxanım Allahverdiyeva neçə-neçə müharibələr görüb, qanlı-qadalı illərə şahidlik edib. Atası, 125 il ömür sürən Gülmalı kişi dövrünün şairi olub. Gülxanım nənə hələ gənclik illərindən zəhmətə qatlaşıb, qarşılaşdığı çətinliklərə təkbaşına sinə gərməyi bacarıb. Ağrılı-acılı illər nənənin xarakterini də formalaşdırıb, mənən vüqarlı, fiziki cəhətdən möhkəm, dözümlü olub. İndi o illəri belə xatırlayır:

- Gənc yaşlarımdan işgüzarlığa öyrəşmişəm. Kolxozda üzüm yetişdirmişəm, pambıq, tütün becərmişəm, halal zəhmətimlə çörək qazanmışam. Yaxşı günlərim də, yaman günlərim də az olmayıb. Həyatın ağ üzünü də, qara üzünü də çox görmüşəm. Atalarımızdan belə bir deyim var ki, ağ gün insanı ağardar, qara gün qaraldar. Elə ötən əsrin 90-cı illərində də biz naxçıvanlılar qara günləri çox gördük. Bir tərəfdən zalım düşmənimiz torpağımıza göz dikdi, neçə-neçə mərd oğullarımız şəhid oldu, digər tərəfdən qazsız, işıqsız günlər keçirdik, yeməyə çörəyimiz, içməyə suyumuz olmadı. Hərdən qıtlıq çəkdiyimiz illər yadıma düşür, övladlarıma belə firavan yaşayışın, gözəl günlərin qədir-qiymətini bilmələrini tövsiyə edirəm.

Öyrənirəm ki, 20 yaşında Ərrəhman Allahverdiyevlə ailə həyatı quran müsahibim indiki yaşadığı Uzunoba kəndinə köçüb. Dövrünün zəhmətkeş insanlarından olan Ərrəhman kişi İkinci Dünya müharibəsində iştirak edib, müharibədən ayağından yaralanaraq qayıdıb. Həmin ağrılı-acılı dövrdə maddi və mənəvi sıxıntılar çəkən Gülxanım nənə böyük zəhmət hesabına qazandığı halal çörəklə övladlarını böyüdüb.

Uzunömürlülüyün sirri

Tarixin müxtəlif dönəmlərində insanlar uzunömürlülüyün sirlərini açmağa çalışsalar da, buna müvəffəq olmayıblar. Elə bu səbəbdəndir ki, keçmişdən günümüzədək xalq arasında uzun ömür yaşamaqla bağlı çox sayda deyimlər, duyumlar gəlib çatıb. Dirilik suyu, həyat ağacı, uzunömürlülük meyvəsi ilə bağlı xalq arasında əfsanələr, əsatirlər, rəvayətlər, nağıllar el-el, oba-oba yayılıb. Lakin Gülxanım nənə üçün uzunömürlülüyün sirri başqadır. O deyir ki, uzun ömür sürməyinin başlıca səbəblərindən biri diyarımızın çox gözəl təbiətə, təmiz havaya, saf suya malik olmasıdır. Hər kəs uzun və sağlam ömür yaşamaq istəyirsə, gündəlik həyatında iki amilə diqqət yetirməlidir: daim hərəkətdə olmalı və sağlam qidalanmalı.

Övladları deyir ki, Gülxanım nənə gün ərzində çaya yox, daha çox su içməyə meyil göstərir. Səhər süfrəsindən bal, yağ, qaymaq, yumurta əskik olmur. Gənc yaşlarından yemək rasionunda dağlarımızda, düzlərimizdə bitən şəfalı bitkilərə geniş yer verən nənə indi də yazın gözü açılan kimi övladlarını həmin otlardan toplamağa göndərir. Nənə kiçik yaşlarından namaz qılıb oruc tutmasını da sağlamlığının əsas səbəblərindən hesab edir. Bu barədə deyir:

- Əbəs yerə deyilməyib ki, iş insanın cövhəridir, hərəkət harada, bərəkət orada. Yaşımın bu çağında da bir işin qulpundan yapışmağa çalışıram. Namazın, orucun da vaxtını keçirmirəm. Hər gün dan yeri sökülməmişdən yuxudan ayılır, səhərin təmiz havasından uduram. Yeməyimdə də təbii qidalara üstünlük verirəm. Düşünürəm ki, belə sağlam və gümrah qalmağımda yediyim yeməklərin də rolu böyükdür. Günümüzdə məktəbyaşlı uşaqların xəstələnməyi ilə bağlı tez-tez eşidirəm. Bizim dövrdə bu yaşda xəstələnmə çox nadir olardı. Fikrimcə, bu gün yayılan yoluxucu xəstəliklərin səbəbi də elə ən çox süni qidalardır. Övladlarıma da bacardıqca belə qidalardan istifadə etməməyi, bütün ərzaqları özlərinin hazırlamalarını məsləhət görürəm. Yeri gəlmişkən, onu da deyim ki, Uca Yaradan mənə 7 övlad, 25 nəvə, 18 nəticə bəxş edib. Çoxunun xeyir işində iştirak etmişəm. Tez-tez məni görməyə gəlirlər. Dövlət işçiləri də mənə tez-tez baş çəkir, qayğılarımla maraqlanırlar. Bütün bunlara görə dövlətimizə minnətdaram.

Həyat, yaşamaq elə gözəl hissdir ki, onu hansısa sözlə tam mənada ifadə etmək mümkün deyil. Ömür kitabının 114-cü səhifəsini yaşayan Gülxanım nənəyə daha firavan günlər arzulayaraq həmkarım Nail Əsgərovla onlardan ayrılırıq.

Yolboyu düşünürəm ki, Uca Yaradan tərəfindən yazılan ömür kitabı adlandırdığımız tale, qismət və alın yazısıdır. Təbii ki, əsərin nə zaman sona yetəcəyini də elə onu yaradan müəllif gözəl bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Bitcoin” kiberhücumdan sonra gözlənilməz dayanıqlılıq göstərir - qiymət 78 min dollara yüksəlib

“StatCounter”: Azərbaycanda “Android”in liderliyi davam edir, amma iOS-un payı da artır

ABF rəsmisi: Avrokuboklarda ən şanslı komandamız “Sabah”dır

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi VİDEO

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi VİDEO

Daşkənddə 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil olunub

Diplomatik danışıqlara ümidlər fonunda neft ucuzlaşıb

Pakistanlı ekspert etirazlar fonunda Parisin fiaskosunun səbəblərini açıqlayıb – ŞƏRH

Bu il məcburi köçkün şəhərciklərində istilik xidmətinə ödəniş 50 faiz olub - EKSKLÜZİV

İqtisadçı Mark Tuati Fransanın iqtisadiyyatı ilə bağlı xəbərdarlıq edir: Ölkə uçuruma doğru gedir

“Xilasedici” klubunun meneceri: “Sportinq”lə oyunda favoritik

Arxeologiya və Antropologiya İnstitutu İtaliya fondu ilə əməkdaşlığı genişləndirir

Azərbaycançılıq milli birliyimizin və müstəqil dövlətçiliyimizin ideoloji dayağıdır - akademik Teymur Kərimli

Beynəlxalq Muğam Mərkəzində Zəfər sədası

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 2 noyabr

Cənubi Koreya süni intellekt və yarımkeçiricilər sahələrinə investisiyaları ikiqat artıracaq

Neyroşəbəkələrin yetərsizliyi işəgötürənləri AI səbəbindən ixtisarlardan sonra işçiləri geri qaytarmağa məcbur edir

Cənubi Koreyada Azərbaycanın zəngin mədəni irsi tanıdılıb

Sözün kökündən ruhuna ucalan ziyalı – professor Mahirə Hüseynova

"Azəristiliktəchizat”ın əvvəlki illərdə yaranan borcu ilə bağlı 3 qurumla birgə təkliflər hazırlanır – EKSKLÜZİV

Ötən ay zərərsizləşdirilən minaların və digər hərbi sursatların sayı açıqlanıb

Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən şəxslər saxlanılıblar

ADAU-da aqrar sığorta ekspertləri üçün keçirilən təlim proqramı yekunlaşıb

ABŞ-də aralıq seçkiləri ərəfəsində keçirilən sorğuların nəticələri açıqlanıb

UNEC-də 637 əməkdaşın peşəkar inkişafına yönələn geniş təlim proqramı başlayıb

Makronun yanlış iqtisadi və xarici siyasəti Fransada sosial narazılığı dərinləşdirib - ŞƏRH

Atçılığın konkur növü üzrə Azərbaycan çempionatı keçiriləcək

“İrəvan qazılığının tarixi” kitabı Qərbi Azərbaycana qayıdış konsepsiyasına mühüm töhfədir

İlham Mirzəliyev: Bu il istilik təchizatı ilə bağlı icra olunan layihələrin ümumi dəyəri 3,6 milyon manatdır – EKSKLÜZİV

Döyüş meydanından sahibkarlığa: Qusarda gənc müharibə iştirakçısının yeni həyat yolu

Media və Yayım Şurası Prezidentin adından yayılan xəbərlərdə rəsmi mənbələrə istinad etməyə çağırıb

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək

Qarabağda beynəlxalq elmi əməkdaşlıq platforması: “Zəfər” konfransı

İsrail Müdafiə Qüvvələri Qəzzada HƏMAS-ın iki komandirinin öldürüldüyünü açıqlayıb

Fransada etirazlar: noyabrın 3-ü “qara gün” elan edilib

Fransa siyasi və iqtisadi böhran şəraitində: Makronun səhvləri və prezident qərarlarının nəticələri – TƏHLİL

Azərbaycan millisi Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır

İlham Mirzəliyev: Payız-qış istilik mövsümünə hazırlıq işləri noyabrın ilk həftəsi tam başa çatdırılacaq – MÜSAHİBƏ

Kimi Antonelli “Formula 1”də rekorda imza atıb

® Mərkəzi Gömrük Hospitalında klinik qidalanmaya dair seminar təşkil olunub

Azərbaycanın 40 şahmatçısı Avropa çempionatında mübarizə aparacaq

İsa Həbibbəyli: “İrəvan Qazılığının tarixi” kitabı azərbaycançılıq ideologiyasına mühüm töhfədir

Noyabrda səmada möhtəşəm təbiət hadisəsi: Leonid meteor yağışı olacaq

BŞTİ müəllimlərin işə qəbulunu elan edir

Oman Çinlə ticarət və investisiya sahəsində güzəştli saziş imzalamağı təklif edib

Vergi yoxlamasının keçirilməməsi müqabilində rüşvət alan vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

Ori Gerşt: “Nar” filmində dağıntı anı yeni kompozisiyanın başlanğıcına çevrilir

Qarabağın faydalı və dərman bitkilərinin etnobotaniki xüsusiyyətləri araşdırılıb

Avstraliyalıların 60 faizi çiy balıq yeyir: mütəxəssislər xəbərdarlıq edir

Türkiyəli mütəxəssis: Azərbaycan basketbolu yaxşı günlərə doğru irəliləyir

Fransa Əlcəzairdə nüvə tullantılarının basdırıldığı ərazilərə dair xəritələri təqdim etməməkdə ittiham olunur

Azərbaycanın İƏT çərçivəsindəki fəal rolu ölkənin xarici siyasətinin əsas prioritetlərindən irəli gəlir - ŞƏRH

Manal Al-Dovayan: Biz “zikra” konsepsiyasını yaddaş, xatirələr və unutqanlıq ilə bağlı düşüncələr əsasında yaratmışıq

Paytaxtda 1 saatda 1000-ə yaxın piyadanın istifadə etdiyi keçiddə işıqforlar quraşdırılıb VİDEO

Paytaxtda 1 saatda 1000-ə yaxın piyadanın istifadə etdiyi keçiddə işıqforlar quraşdırılıb VİDEO

Həftəsonu 75 cinayətin açılması təmin olunub

Ümummilli Liderin zəngin irsini əks etdirən çoxcildliyin növbəti kitabı işıq üzü görüb

Bakı Avropa Liseyinin “Yaşıl dalğa” aksiyası: şagirdlər endemik bitkilərin tinglərini əkiblər

“Azəristiliktəchizat”ın sədri: Qonşularını istilikdən məhrum edən şəxs məsuliyyət daşıyır - EKSKLÜZİV

Şeyxülislam: İrəvan qazılığının bərpası tarixi zərurət idi

Fransa və Almaniyada yaşananlar göstərir ki, Avropa çox ciddi şəkildə yeni siyasi reallıqlarla üz-üzədir - ŞƏRH

Bakı məktəbliləri tarixi yaddaş, Zəfər və mədəni irs mövzularında maarifləndirilir

Mis 3 həftəlik ucuzlaşmadan sonra yenidən bahalaşıb

Sloveniyalı basketbolçu NBA tarixində ilkə imza atıb

Bəzi mənzillərdə istilik təchizatının keyfiyyətinə təsir edən əsas amillər açıqlanıb - EKSKLÜZİV

Silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib

Qızıl son bir ilin minimum qiymətindən sonra yenidən bahalaşıb

İzabel Tamen: BIAF kimi festivallar böyük əhəmiyyətə malikdir

Nizami Gəncəvi və bəşəri dəyərlər: Mədəniyyətlərarası dialoq və ortaq irs – Gəncədə simpozium

Azərbaycançılıq milli birliyimizin və dövlətçiliyimizin əsas ideoloji dayağıdır - ŞƏRH

“Goldman Sachs” neft qiymətləri ilə bağlı proqnozunu artırıb

Azərbaycanda istilik verilən rayon və şəhərlərin sayı artırılıb – EKSKLÜZİV

Çində Azərbaycan ədəbi dilinin ilk balanslaşdırılmış korpusu istifadəyə verilib

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Azərbaycan Premyer Liqasında X tura yekun vurulur

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

MMU ilə ABŞ-nin hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir

Hindistanda “Murasu” siklonu ilə əlaqədar 30 min nəfərin təxliyəsi planlaşdırılır

FHN: Ötən həftə ərzində 143 yanğına çıxış olub, 2 nəfərin meyiti təhvil verilib VİDEO

FHN: Ötən həftə ərzində 143 yanğına çıxış olub, 2 nəfərin meyiti təhvil verilib VİDEO

İliana Yotova Bolqarıstanda prezident seçkilərində qalib gəlib

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ Rusiya qazının Ukrayna vasitəsilə Avropaya nəqlinin bərpasını təklif edir

Bakıda 13 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Səudiyyə Ərəbistanı sahillərində tankerə naməlum sursatlar dəyib

İspaniyada qatar qəzasında ölənlərin 12-si əcnəbi vətəndaşlardır

Tramp: ABŞ Rusiya və Çinlə bağlı kəşfiyyat məlumatları toplayır

ABŞ İsraildəki bazalara 40-dan çox yanacaqdoldurma təyyarəsi yerləşdirib

Maks Verstappen Meksika Qran-Prisinin qalibi olub

Almaniya yeni döyüş helikopterlərinin alınmasında problemlərlə üzləşib

Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir

Tramp: Demokratlar seçkilərdə qalib gələrsə, veto hüququndan istifadə edəcəyəm

Şimali Koreya nüvə potensialını gücləndirməyə davam edəcək

“Axios”: Tramp Konqres seçkilərindən dərhal sonra İrana hücum etməyi planlaşdırmır

ABŞ-də təyyarə qəzasında 9 nəfər həlak olub YENİLƏNİB

Hörmüz boğazında iki tanker minaya düşüb

İran: ABŞ ilə mümkün yeni münaqişə əvvəlkindən daha uzun çəkə bilər

Suriyada neft emalı zavoduna planlaşdırılan terror hücumunun qarşısı alınıb

Konor Makqreqor UFC-dəki növbəti döyüşünün sonuncu olacağını açıqlayıb

“Arsenal” “Liverpul”u məğlub edərək Premyer Liqanın lideri olub

Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib

Ağstafada iki yeniyetməni avtomobil vurub VİDEO

Ağstafada iki yeniyetməni avtomobil vurub VİDEO