CƏMİYYƏT
Operativ qərargah: İki Azərbaycan vətəndaşında koronavirusa yoluxma faktı qeydə alınıb
Bakı, 29 fevral, AZƏRTAC
İran İslam Respublikasından qayıdan iki Azərbaycan vətəndaşında koronavirus xəstəliyinin əlamətləri müşahidə edilib. Müvafiq qaydalara uyğun olaraq həmin şəxslər xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdirilib. Aparılmış müayinələr nəticəsində onlarda koronavirusa yoluxma faktı qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın məlumatında bildirilir.
Qeyd olunur ki, hazırda pasiyentlərin müalicəsi aparılır, onların vəziyyəti sabitdir.
Digər yoluxma hallarının aşkarlanması ilə bağlı həmin xəstələrin kontaktlarının müəyyən edilməsi istiqamətində müvafiq tədbirlər görülür.