Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Praqada Zəfər Günü və “Şuşa İli”nə həsr olunmuş tədbir keçirilib VİDEO

Praqa, 9 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Çex Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə Praqada Zəfər Günü və “Şuşa İli”nə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Çex Respublikasının müxtəlif dövlət strukturlarının nümayəndələri, bu ölkədə akkreditə olunmuş 20-yə yaxın səfir və diplomatik korpusun digər nümayəndələri, işgüzar və elmi dairələr, gənclər və icma təşkilatlarının üzvləri, habelə həmvətənlərimiz olmaqla, ümumilikdə 100-dək qonaq iştirak edib.

Ölkəmizin Çexiyadakı səfiri Adış Məmmədov tədbiri açaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində müzəffər Ordumuzun cəbhədə misilsiz şücaət göstərərək əzəli torpaqlarını erməni işğalından azad etdiyini bildirib. A.Məmmədov 8 Noyabr–Zəfər Gününün müasir Azərbaycan tarixindəki müstəsna əhəmiyyətindən danışaraq, iki il əvvəl Azərbaycanın torpaqlarını işğaldan azad etməklə təkcə öz ərazi bütövlüyünü deyil, həmçinin tarixi ədaləti bərpa etdiyini, beynəlxalq hüququn norma və prinsiplərinin yerinə yetirdiyini vurğulayıb. Səfir Azərbaycanın 30 ilə yaxın mövcud olmuş münaqişəni geridə qoyduğunu və nəhayət onilliklər ərzində fundamental hüquqları pozulan azərbaycanlı məcburi köçkünlərin tezliklə öz doğma yurdlarına təhlükəsiz şəkildə geri dönəcəklərini diqqətə çatdırıb.

Diplomat hazırda regionumuzda yeni reallıqların yarandığını, sülh və sabitliyin möhkəmləndirilməsi, bölgənin yeni inkişaf mərhələsinə qədəm qoyması üçün əlverişli zəminin yarandığını bildirib. O, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri, habelə əhəmiyyətli infrastruktur layihələri həyata keçirən Azərbaycanın regionda sülh və əməkdaşlığı təşviq etdiyini deyib.

Azərbaycan xalqının tolerant xalq olduğunu diqqətə çatdıran səfir Prezident İlham Əliyevin apardığı siyasi kursun mehriban qonşuluq, regional əməkdaşlıq formatlarının yaradılması kimi prinsiplər üzərində qurulduğunu bildirib, habelə dövlətimizin Ermənistanla münasibətlərin normallaşmasına hazır olduğunu və bu ilin sonuna qədər aparılan danışıqlar nəticəsində Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin imzalanacağına ümidvar olduğunu qeyd edib.

Sonra səfir 44 günlük Vətən müharibəsi dövründə azad edilən Şuşa şəhərinin xalqımızın tarixi və mədəniyyətindəki xüsusi yeri haqqında danışıb. Diplomat Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinin 270 illik yubileyi ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən 2022-ci ilin “Şuşa İli” elan edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Adış Məmmədov şəhərin tarixi və zəngin mədəniyyəti barədə məlumat verərək, Şuşanın Azərbaycan xalq musiqisinin inkişafında və formalaşmasında müstəsna xidmətləri olmuş bəstəkar və xanəndələr yetişdirdiyini qeyd edib. Səfir, həmçinin erməni vandalizminin qurbanı olmuş Şuşada aparılan bərpa işləri, habelə burada keçirilən beynəlxalq festival və digər tədbirlər barədə məlumat verib və Qarabağın tacının hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz hissəsi olduğunu vurğulayıb.

Daha sonra səfir “Şuşa İli” çərçivəsində səfirliyin təşəbbüsü və dəstəyi ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Çexiyada yaşayan azərbaycanlı yazıçı Leyla Begimin şeir, poema və povestlərindən ibarət “Qarabağnamə” kitabının işıq üzü gördüyünü deyib, öz əsərlərini Şuşaya və ümumilikdə Qarabağa həsr etdiyinə, doğma vətənimiz Azərbaycana böyük sevgisinə görə ona təşəkkürünü ifadə edib.

Tədbirdə çıxış edən Türkiyə Respublikasının səfiri Egemen Bağış Azərbaycan torpaqlarının qəhrəmancasına mübarizə nəticəsində qazanıldığını vurğulayaraq, Zəfər Günü münasibətilə Azərbaycan xalqını və Hökumətini təbrik edib.

Səfir uzaqgörən Lider, ulu öndər Heydər Əliyevdən sitat gətirərək, Türkiyə və Azərbaycanın bir millət, iki dövlət olduğunu qeyd edib və Azərbaycanın sevincinin Türkiyənin sevinci, kədərinin isə Türkiyənin kədəri olduğunu bildirib. Egemen Bağış, Prezident İlham Əliyev ilə Prezident Rəcəb Tayyib Ərdoğanın bir-birilərini qardaş hesab etdiklərini, Çexiyada ölkəsi ilə yanaşı, Azərbaycanı da təmsil etməkdən qürur duyduğunu bildirib.

Azərbaycan Ordusunun tarixi Qələbəsinin regionda davamlı sülh və əmin-amanlıq toxumlarını səpdiyini bildirən Egemen Bağış Cənubi Qafqazda təhlükəsizliyin, sabitliyin və əməkdaşlığın təşviq edilməsi üçün Türkiyənin qardaş Azərbaycan xalqının yanında olmağa davam edəcəyini və işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin görülməsinə töhfə verəcəyini diqqətə çatdırıb.

Tədbirdə, həmçinin səfirlik tərəfindən Vyanadan dəvət olunmuş beynəlxalq musiqi müsabiqələrinin qalibi Jalə Rəsulova (piano) və Aleksandra Tirsunun (skripka) ifasında məşhur Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət klassik musiqi əsərləri səsləndirilib.

Mərasimdə Şuşa şəhərinin təməlinin qoyulmasının 270 illiyinə dair videoçarx nümayiş olunub, zəngin milli mətbəximizin nümunələrindən ibarət ziyafət təqdim edilib.

Sonda çıxış edən Leyla Begim kitabının ərsəyə gəlməsində göstərdiyi təşəbbüs və dəstəyə görə səfirliyə təşəkkürünü bildirib və öz ədəbi fəaliyyəti, habelə “Qarabağnamə” kitabının məzmunu haqqında iştirakçılara məlumat verib. Leyla Begim nəsr və nəzm əsərlərinin yer aldığı kitabını Qarabağa həsr etdiyini vurğulayaraq, nəşrin ərsəyə gəlməsinə illərin sərf olunduğunu bildirib. Sonda müəllifin imzası ilə iştirakçılara kitabın nüsxələri hədiyyə edilib.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

Praqada Zəfər Günü və “Şuşa İli”nə həsr olunmuş tədbir keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa çempionatı: Son gündə Azərbaycanın üç cüdoçusu mübarizə aparacaq

İnsan həyatı üçün təhdid yaradan kəsici-deşici alətlər aşkarlanaraq götürülüb

On minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışır

Aprelin 26-da 4 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb

Cevdet Yılmaz: Türkiyə beynəlxalq energetika bazarının mərkəzinə çevrilmək istəyir

FIFA prezidenti “Qarabağ”ı təbrik edib

Ötən gün təhvil və aşkar edilərək götürülən silah-sursatın sayı açıqlanıb

Premyer Liqa: XXXII tura bir oyunla start veriləcək

Azərbaycan neftinin qiyməti 90 dolları ötüb

DİN: Ötən gün 82 cinayətin açılması təmin olunub

Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilir

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Zərifə xanım Əliyeva ömrünü oftalmologiya elminin tərəqqisinə həsr etmiş və bu sahəyə böyük töhfələr vermişdir

Salyanda avtomobil qaçıran şəxsin digər cinayət əməllərinin üstü də açılıb

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb

ABŞ-da yük qatarı relsdən çıxaraq alovlanıb

Papa Fransisk ilk dəfə G7 sammitində iştirak edəcək

Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırılıb

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb VİDEO

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib