MƏDƏNİYYƏT


Praqada "Könlüm keçir Qarabağdan" adlı konsert proqramı təşkil olunub

Praqa, 31 oktyabr, AZƏRTAC

Azərbaycanın Çexiyadakı səfirliyinin, ölkəmizin Karlovı Varı şəhərindəki fəxri konsulluğunun və Xan Şuşinski Fondunun birgə təşkilatçılığı ilə Praqadakı “President” otelində “Könlüm keçir Qarabağdan” adlı konsert proqramı təşkil olunub.

AZƏRTAC xəbər verir ki, konsertdə Çexiyanın dövlət nümayəndələri, diplomatik korpusun üzvləri, habelə yerli ictimaiyyətin və Azərbaycan icmasının təmsilçiləri iştirak ediblər.

Tədbirin açılışında Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev çıxış edərək Qarabağ məktəbinin Azərbaycanın mədəniyyətindəki, musiqisindəki rolundan danışıb.

Xan Şuşinski Fondunun rəhbəri, Azərbaycan muğamının mahir ifaçısı İsfəndiyar Cavanşirovun (Xan Şuşinski) qızı Bəyimxanım Verdiyeva milli musiqimizin dünya ölkələrində təbliği istiqamətində həyata keçirilən layihə barədə danışıb, bundan sonra da müxtəlif xarici dövlətlərdə silsilə konsertlərin təşkil olunacağını qeyd edib.

Sonra “Muğam televiziya müsabiqəsi”nin laureatı, beynəlxalq muğam müsabiqəsinin qalibi, Azərbaycan Respublikasının Əməkdar artisti Ehtiram Hüseynovun ifasında Azərbaycanın muğam, təsnif və xalq musiqiləri ifa olunub. Konsert proqramı dinləyicilərin böyük marağına səbəb olub və alqışlarla qarşılanıb.

 

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.