Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Türkiyənin Baş Ombudsmanını qəbul edib YENİLƏNİB VİDEO

Bakı, 22 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoçu qəbul edib.

AZƏRTAC xəbər verir ki, qonağı salamlayan Prezident İlham Əliyev dedi:

-Salam, xoş gəlmisiniz.

Şərəf Malkoç: Xoş gördük.

Prezident İlham Əliyev: Şadam ki, gəlmisiniz. İndiki şəraitdə sizin Azərbaycanda olmağınızın xüsusi mənası var. Bildiyiniz kimi, Ermənistan Azərbaycana qarşı növbəti təcavüz aktı törədib, növbəti terror aktı törədib. Həm bizim mülki vətəndaşlara, həm də hərbçilərimizə qarşı hərbi cinayət törədib. Bilirəm ki, siz səfər çərçivəsində Gəncə şəhərinə gedəcəksiniz. Orada özünüz görəcəksiniz ki, biz hansı vəhşi düşmənlə üz-üzəyik. Onlar döyüş meydanında bizim qarşımızda duruş gətirə bilmirlər və çalışırlar ki, bu acı məğlubiyyətin əvəzini dinc insanlardan çıxsınlar. Gəncəyə iki namərd hücum və Gəncə şəhərinin ballistik raketlərlə vurulması hərbi cinayətdir. Ermənistan rəhbərliyi bu cinayətə görə cavab verəcək. Bu, qəsdən törədilmiş cinayətdir. Məhz mülki əhalinin yaşadığı yerləri məqsədyönlü şəkildə atəşə tutublar. Bildiyiniz kimi, çoxlu itkilərimiz var, yaralılarımız var, o cümlədən uşaqlar, qadınlar, qocalar. Bu, bir daha erməni faşizminin yırtıcı mahiyyətini göstərir. Bu, bir daha göstərir ki, biz erməni faşizminin belini qırmaqla bölgəmizi böyük bəladan, böyük faciədən xilas etmiş oluruq.

Bununla bərabər, bizim bütün cəbhəboyu şəhərlərimiz və kəndlərimiz hər gün atəşə tutulur. Bu gün mənə verilən məlumata görə, səhər saat 6-dan 8-ə qədər təkcə Tərtər rayonuna 190 mərmi düşüb. Ağdam rayonuna 90-dan çox mərmi düşüb. Elə günlər var idi ki, Tərtər rayonuna 2 min mərmi düşüb. Yəni, onlar bizim şəhərlərimizi dağıtmaq istəyirlər, Azərbaycan xalqının iradəsini qırmaq istəyirlər. Ancaq buna nail ola bilmirlər və daha da çox azğınlaşırlar. Biz intiqamımızı döyüş meydanında alırıq. Biz heç zaman mülki əhaliyə qarşı heç bir addım atmamışıq və atmayacağıq. Baxmayaraq ki, onlar bizim qədim tarixi şəhərimizi - Gəncəni atəşə tuturlar, biz nə Ermənistan şəhərlərini, nə də ki, Dağlıq Qarabağda yerləşən şəhərləri atəşə tutmuruq və tutmayacağıq. Bizim üstünlüyümüz, bax, bu mənəvi dəyərlər çərçivəsində də bir daha özünü büruzə verir və bir daha bütün dünyaya göstərir ki, Ermənistan dünya üçün böyük təhlükədir. Ermənistanda hökm sürən kriminal faşist rejimi bölgəmiz üçün ən böyük təhdiddir və Azərbaycan bu təhdidin aradan qaldırılması üçün əlindən gələni edir. Hər gün cəbhədən xoş xəbərlər gəlir. Hər gün yeni şəhərləri, kəndləri işğalçılardan azad edirik. Müzəffər Azərbaycan Ordusu öz şərəfli missiyasını icra edir.

Sizin bu gün Azərbaycanda olmağınızın çox böyük mənası var. Bildiyiniz kimi, qardaş Türkiyə ilk saatlardan bizə öz dəstəyini göstərmişdir. Hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan, mənim əziz qardaşım ilk saatlardan bildirmişdir ki, Türkiyə Azərbaycanın yanındadır. Türkiyənin digər yüksək vəzifəli şəxsləri də buna oxşar bəyanatlar vermişlər. Türkiyə xalqı bizə öz dəstəyini göstərir. Türkiyə mətbuatında bu münaqişə geniş işıqlandırılır. Azərbaycanın haqq işi Türkiyə mətbuatı vasitəsilə dünyaya çatdırılır. Bunun da çox böyük önəmi var. Çünki əfsuslar olsun ki, bir çox ölkələrin mətbuatı birtərəfli qaydada Ermənistanın tərəfini tutur. Bu, böyük ədalətsizlikdir. Bu, saxtakarlıqdır. Bu, hadisələrin təhrifi deməkdir. Azərbaycanı işğalçı, yaxud da ki, təcavüzkar dövlət kimi təqdim etmək cəhdləri, əlbəttə, heç bir əsasa malik deyil. Ona görə, Türkiyə mətbuatının ilk günlərdən burada olması və döyüş bölgələrindən reportajların verilməsi dünyada da bu məsələ ilə bağlı düzgün məlumatın olmasına xidmət göstərir.

Bir də ki, biz bu illər ərzində beynəlxalq aləmə sübut edirdik və hesab edirəm, sübut edə bilmişik ki, biz haqlıyıq, biz işğala məruz qalmışıq. Bu gün işğaldan azad edilmiş şəhərlərin, kəndlərin mənzərəsi göstərir ki, biz hansı vəhşilərlə üz-üzəyik. O şəhərlərdə, o kəndlərdə, onların böyük əksəriyyətində bir dənə də salamat bina qalmayıb. Füzuli şəhərini tamamilə dağıdıblar. Bir salamat bina tapa bilmədik ki, orada Azərbaycan bayrağını qaldıraq və nəhayət bu mərasim də keçirildi. Bütün kəndlərimizin binaları dağıdılıb, məscidlərimiz dağıdılıb. Dünən internetdə Zəngilanın bir kəndində dağılmış məscidin görüntülərini bütün dünya gördü. O məsciddə donuzlar saxlayıblar. Bizim məscidlərimizi təhqir ediblər. Bizim bütün tarixi abidələrimizi dağıdıblar. Evlərdən demək olar ki, yalnız daşlar qalıb. Bütün dam örtükləri, pəncərələr, əşyalar talan edilib.

Əfsuslar olsun ki, 1990-cı illərin əvvəllərində xaricdən gələn dəstək hesabına onlar bizim torpaqlarımızı zəbt ediblər. İndi də, indiki şəraitdə də biz görürük ki, onlara xaricdən yardım edilir. Oraya muzdlular, pullu əsgərlər göndərilir. Oraya böyük silahlar göndərilir. Buna baxmayaraq, biz bu çirkin rejimin belini qırırıq, qıracağıq. Haqq işimizi davam etdiririk, Türkiyə kimi qardaş ölkə yanımızdadır, hər zaman birlikdəyik. Bir daha sizə təşəkkür edirəm, xoş gəlmisiniz.

xxx

Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç dedi:

-Xoş gördük, cənab Prezident. Çox sıx iş qrafikinizdə vaxt ayırıb bizi qəbul etdiyiniz üçün çox təşəkkür edirik, sağ olun.

Azərbaycan torpaqları 30 ildir işğal altındadır. Bütün danışıqlara baxmayaraq, 30 il boyunca irəliləyiş olmadı. Ona görə Sizin bu gün apardığınız mübarizə bir haqq mübarizəsi, hüquq mübarizəsidir, insan haqları sahəsində bir mübarizədir - öz vətəninizdən işğalçıları qovmaq. Bu, beynəlxalq hüququn da, insan vicdanının da, insan əxlaqının da ən təbii və doğru haqqıdır. Siz bunu qeyri-adi dərəcədə gözəl həyata keçirirsiniz.

Sizin hər axşam neçə kəndin, neçə şəhərin işğaldan azad edildiyi barədə açıqlamalarınız bütün Türkiyədə insanların könlünə fərəh, sevinc gətirir.

Biz Türkiyə Ombudsmanı olaraq, eyni zamanda, İslam Ölkələri Ombudsmanları Assosiasiyasına sədrlik edirik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Türkiyənin Baş Ombudsmanını qəbul edib YENİLƏNİB VİDEO

ŞƏT-ə sədrlik Pakistana öz güclü tərəflərini nümayiş etdirmək imkanı verəcək - ŞƏRH

İranda yanacaq daşıyan yük avtomobilinin partlaması nəticəsində 10 nəfər ölüb

Ramil İskəndərli: Tarixdə iz qoymaq istəyiriksə, tarixi qoruyaq

Gürcüstan hava limanları 4,6 milyondan çox sərnişinə xidmət göstərib

Memar: Şuşanın hər bir daşı milli kimliyimizin və tariximizin şahididir

Azərbaycanlı triatlonçu: Bu nəticəni gözləmirdim, amma bunun üçün çalışırdım

Çin vətəndaşı 10 gündən sonra Nepaldakı daşqın bölgəsindən sağ tapılıb

Esmira Fuad: Şəhidlərimizin adlarını qayalara həkk etmək yolverilməzdir

Cənubi Sudanda hərbi bazaya hücum nəticəsində 20 nəfər ölüb

Deputat: Tarixi abidələrin üzərinə müxtəlif adların yazılması yolverilməzdir

Lavalda Türkiyə və Azərbaycan mədəniyyəti nümayiş olunub

Hər bir daş, divar, tarixi məkan xalqımızın yaddaşının parçasıdır - AÇIQLAMA

"Sabah" "Zirə"ni darmadağın edərək liderliyə yüksəlib

Şəhidlərin xatirəsi tarixi və mədəni irsə zərər vurmaqla əbədiləşdirilməməlidir – ŞƏRH

Zelenski Kiyev və Moskvaya hava zərbələrinin dayandırılması məsələsinə aydınlıq gətirib

Cavid İsmayıl: Vətən sevgisi onun daşına yazmaqda deyil, daşını qorumaqdadır

Bu saata olan əsas xəbərlər

Minillik tarix, zəngin mədəniyyət: İçərişəhərdə Şanlıurfa Mədəniyyəti Günləri

Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışının qalibləri mükafatlandırılıb VİDEO

Tarixi-mədəni irsin qorunması ilə bağlı maarifləndirmə tədbirlərinin genişləndirilməsi vacibdir - ŞƏRH

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

O yazılar tarixi mənzərəni zədələyir - RƏY

Gülşən Axundova: Tarixi binalara və təbiətə məsuliyyətlə yanaşmaq hər birimizin vətəndaş borcudur

Üç azərbaycanlı atlet “IRONMAN 70.3” triatlon yarışının qalibi olub

İki şəhid qardaşın atası: Müqəddəs xatirəyə hörmət vandalizm yolu ilə ifadə oluna bilməz

Asif Nərimanlı: Şuşanın hər daşı və qayası özündə tarix yaşadır

Narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib

Vaqif Qasımov: Şuşaya qonaq kimi deyil, onun tarixinin qoruyucusu kimi yanaşmalıyıq

Berlində "IFA 2026" beynəlxalq texnologiya sərgisi keçirilir VİDEO

Berlində "IFA 2026" beynəlxalq texnologiya sərgisi keçirilir VİDEO

Azamat Tleujanov: Qazaxıstan ilə Azərbaycan ŞƏT və Orta Dəhliz vasitəsilə iqtisadi əlaqələri gücləndirə bilər

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlanıb

Azərbaycan musiqiçiləri Tsinandali festivalında iştirak edirlər

Bir ömür, minlərlə kadr: Kənan Məmmədovun kino salnaməsi VİDEO

Bir ömür, minlərlə kadr: Kənan Məmmədovun kino salnaməsi VİDEO

Şəkidə “Kəndə gəl” yay düşərgəsində folklorla bağlı təqdimat olub

Cıdır mövsümünün növbəti yarışlarının qalibləri məlum olub

Şahmatçılarımız 46-cı Ümumdünya Şahmat Olimpiadasına hazırlaşır

“Yay Fest 2026” iki mindən çox gənci bir araya gətirib

Tarixi-mədəni irsin qorunması: dəyərlərə münasibət və məsuliyyət

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Şimali Kipr sahillərində gəmi qəzasının 15 qurbanının axtarışı davam edir

“İngilis dilinin leksikologiyası” adlı yeni dərslik nəşr olunub

Azərbaycanın Almaniyadakı səfiri Aşağı Saksoniya torpağına səfər edib

Bakıda “IRONMAN 70.3” yarışı ilə bağlı nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb

Ekspert: ŞƏT yeni ticarət yollarının yaradılması üçün mühüm platformaya çevrilib

Naxçıvan şəhərinin bəzi hissələrində su təchizatında fasilə yaranacaq

Bütün turizm obyektlərini fasiləsiz videomüşahidə sistemləri ilə mümkün qədər tam təchiz etmək lazımdır ŞƏRH

ABB-nin təcrübə proqramında Qarabağ Universitetinin 61 tələbəsi iştirak edib

Xorvatiyalı idmançı: Son kilometrdə maksimum güc sərf edərək finişə birinci çatdım

Qarabağ Universitetində yeni tədris ilinin əsas hədəfləri müəyyənləşdirilib

“Sabah” klubu uşaq futbolunun inkişafı məqsədilə 10 milyon manatlıq proqram yaradır

Avropa İttifaqı “Airbnb” və digər qısamüddətli kirayə platformaları ilə bağlı qaydaları sərtləşdirir

Mirzə Fətəli Axundzadənin irsinə dair nadir sənədlər Gürcüstan arxivində

BMTMM sədri “The Black Garden” filminə dair “The Guardian” qəzetində dərc olunmuş rəyə cavab verib

Şəkidə 600-dən yuxarı bal toplayan məzunlarla görüş olub

Sentyabrın 6-na olan hava proqnozu açıqlanıb

ABŞ, Çin və daha 18 ölkə süni intellektin tənzimlənməsinə dair ümumi prinsiplər üzrə razılığa gəlib – “Karolina prinsipləri”

Qubada beynəlxalq şahmat festivalına start verilib

“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir

Milli Kitabxanada Gülnaz Abdullazadənin 80 illik yubileyinə həsr olunmuş sərgi açılıb

Almatıda Lətif Kərimovun 120 illiyinə həsr olunmuş “Zamanın nəfəsi xalq sənətində” sərgisi açılıb

"Yeni nəsil energetiklər: Şəbəkənin memarları" yarışının Bakı turunda "Yasamal RETSİ" qalib olub

Azərbaycan və Seneqal arasında rəqəmsal tərəfdaşlıq genişlənir

Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışında finişə ilk çatan idmançı bəlli olub

Gürcüstanlı soydaşımız Tailandda keçirilən peşəkar Muay Tay döyüşündə qalib gəlib

Azərbaycandan Ermənistana növbəti neft məhsulları və tranzit yüklər göndərilib VİDEO

Azərbaycandan Ermənistana növbəti neft məhsulları və tranzit yüklər göndərilib VİDEO

İçərişəhərdə Şanlıurfanın mədəniyyəti ilə bağlı keçirilən festival iki qardaş ölkə arasında mədəni körpüləri daha da möhkəmləndirir

Ekspert: Abidələrin, tarixi tikililərin və təbii qaya səthlərinin cızılması yolverilməzdir

İçərişəhərdə Şanlıurfanın zəngin mədəni irsi nümayiş olunacaq

Şanlıurfa Böyükşəhər Bələdiyyəsinin sədri: Azərbaycanla bizi ortaq mədəniyyət, tarix və dil bağlayır

Hüseyn Böyükfırat: Şanlıurfa Azərbaycan dilinə ən yaxın və böyük oxşarlıq təşkil edən bölgədir

“AzərEnerji” və Azərbaycan Mühəndislik Akademiyası enerji sektorunda mühüm layihələrə başlayır

Bu saata olan əsas xəbərlər

Göygöldə moruq festivalı: Sərgilər, konsertlər və əyləncə VİDEO

Göygöldə moruq festivalı: Sərgilər, konsertlər və əyləncə VİDEO

Bakı və Abşeronda su sistemlərinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramının icrası davam edir

Naxçıvanda 150 sosial xidmətdən 73-ü elektron qaydada təqdim olunur

Mənsurə Əliyeva: Tibb işçilərinin əməyinə verilən yüksək qiymət peşə məsuliyyətimizi daha da artırır

Əhliyyət Mehdiyev: Daşların üzərinə şəhidlərin adlarının səliqəsiz şəkildə yazılması xoşagələn hal deyil

Naxçıvan Muxtar Respublikasının bütün rayonlarında DOST mərkəzlərinin qəbul şöbələri fəaliyyətə başlayacaq

Qusar şəhərində 18 küçə asfaltlanır

Ombudsman: Ermənistan hüquq müdafiəçisinin iddiaları sülh prosesinə zərər vurmağa yönəlib

Premyer Liqa: Son çempion liderə, "Neftçi" debütanta qarşı

DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb

Gənc müəllim: Qürurluyam ki, coğrafiya fənni üzrə rayona ilk medalı mənim şagirdim gətirib VİDEO

Gənc müəllim: Qürurluyam ki, coğrafiya fənni üzrə rayona ilk medalı mənim şagirdim gətirib VİDEO

Çempionlar Liqası: "Sabah"ın ev oyunlarını keçirəcəyi stadion dəqiqləşib

BDYPİ: Skuter oyuncaq deyil, qaydalara ciddi əməl edilməlidir

Çində “Saudel” qasırğasına görə 600 min nəfər təxliyə edilib VİDEO

Çində “Saudel” qasırğasına görə 600 min nəfər təxliyə edilib VİDEO

Bakıda Dördüncü İqlim Həftəsi keçiriləcək

Azərbaycan “İstanbul İqlim Maliyyəsi Sammiti”ndə təmsil olunub

Fərid Qayıbov: “IRONMAN 70.3” yarışını çoxdan gözləyirdik VİDEO

Fərid Qayıbov: “IRONMAN 70.3” yarışını çoxdan gözləyirdik VİDEO

Tramp: Dünya çempionatı ABŞ iqtisadiyyatına 18 milyard dollardan çox gəlir gətirib

Bakının ev sahibliyi etdiyi “IRONMAN 70.3” triatlon yarışı başlayıb VİDEO

Bakının ev sahibliyi etdiyi “IRONMAN 70.3” triatlon yarışı başlayıb VİDEO

Niger Fransanı üsyan cəhdini qızışdırmaqda ittiham edib

Musiqişünas: Bu gün musiqiyə yenidən qulaq asmağı öyrənmək lazımdır

Media: Pentaqon və ABŞ səhiyyə institutları biomüdafiə sahəsində əməkdaşlıq edəcək

İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 3 nəfər ölüb

ABŞ Səudiyyə Ərəbistanına 5,75 milyard dollarlıq silah satışını təsdiqləyib

Tramp administrasiyası Yaxın Şərq üçün müharibədənsonrakı strategiya hazırlayır

PSJ Luis Enrike ilə müqaviləni uzadıb

Xaçmazda avtomobil bərbərxanaya çırpılıb, sürücü yaralanıb

ABŞ Prezidenti: Hörmüz boğazı tezliklə əvvəlki əhəmiyyətini itirə bilər