REGİONLAR


Qəbələ Beynəlxalq Musiqi Festivalının səhnəsində Azərbaycanın və Macarıstanın virtuoz musiqiçiləri çıxış ediblər VİDEO

Qəbələ, 4 avqust, Mustafa Dadaşov, AZƏRTAC

X Qəbələ Beynəlxalq Musiqi Festivalı beşinci gündür musiqisevərləri, şəhərin qonaqlarını maraqlı konsert proqramları ilə sevindirir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festival çərçivəsində avqustun 3-də axşam saatlarında Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında tamaşaçılara növbəti konsert proqramı təqdim olunub. Musiqisevərlərin qarşısında bu dəfə Macarıstandan gəlmiş “Budapeşt Gypsy Band” və Azərbaycanın “Qaytağı” instrumental ansamblları çıxış edib.

“Budapeşt Gypsy Band” musiqi qrupunun üzvləri Karoli Vadaj (simbal), Peter Berki və Noel Budai (violin), Lasio Onedi (viola), Bela Boben (kontrabas), Şaba Lukaç (klarnet) Macarıstanda yaxşı tanınan musiqiçilərdir. Kollektivin üzvləri nüfuzlu orkestrlərin tərkibində dünyanın bir çox ölkələrinin konsert salonlarında çıxış ediblər.

Konsertdə Azərbaycanın Xalq artisti, virtuoz qarmon ifaçısı Ənvər Sadıqovun rəhbərliyi ilə “Qaytağı” instrumental ansamblının çıxışı da tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. İfaçını pianoda bir çox beynəlxalq müsabiqə və festivalların qalibi Emil Əfrasiyab müşayiət edib.

Festival çərçivəsində avqustun 4-də kamera musiqisi axşamı və Yerusəlim Simfonik Orkestrinin konserti olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.