DÜNYA


Serbiya Prezidenti Aİ-Qərbi Balkan sammitində iştirak edəcək

Serbiya Prezidenti Aİ-Qərbi Balkan sammitində iştirak edəcək

Belqrad, 6 dekabr, AZƏRTAC

Serbiya Prezidenti Aleksandar Vuçiç Albaniyanın paytaxtı Tiranada keçiriləcək Avropa İttifaqı-Qərbi Balkan ölkələri sammitində iştirak edəcəyini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, A.Vuçiç sammitdə iştirakının Serbiya üçün faydalı olacağına ümid etdiyini, sammitdə iştirak etməməyin isə ölkəyə böyük ziyan vuracağını bildirib.

Serbiya Prezidenti sammitdə iştirak edib-etməməklə bağlı məsələni hökumət üzvləri, eləcə də dost ölkələrin prezidentləri və Baş nazirləri ilə müzakirə etdiyini deyib: “Baxmayaraq ki, sammitdə Rusiyaya qarşı sanksiyalar və Kosovo məsələsi ilə bağlı yersiz çıxışlar olacaq. Lakin serb xalqının maraqları uğrunda mübarizə aparmaq üçün Tiranaya getməyə qərar verdim”.

Qeyd edək ki, A.Vuçiç ötən həftə Aİ-Qərbi Balkan ölkələri sammitində iştirak etməyəcəyini açıqlamışdı.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.