Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərindəki “Araz” zavodunda partlayış baş verib VİDEO
Bakı, 26 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi (MSN) iyulun 26-da Şirvan şəhərindəki “Araz” zavodunda baş vermiş partlayışla əlaqədar məlumat yayıb.
AZƏRTAC nazirliyin saytına istinadla xəbər verir ki, məlumatda MSN-in Şirvan ”Araz” zavodunda hadisənin saat 15:35 radələrində baş verdiyi bildirilib. Qeyd olunub ki, baş vermiş hadisə ilə bağlı Müdafiə Sənayesi Nazirliyi tərəfindən rəsmi məlumat veriləcək.
Nazirlik hadisə ilə bağlı məlumat yayarkən MSN-in mətbuat xidməti ilə əlaqə saxlanılmasını xahiş edir.